13.07.2015 Views

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────MEŞƏNİN ÇƏTİRİ – eyni tipli morfoloji tərkibdən ibarət olanyarusların çətirlərinin məcmusu.MEŞƏ-PARK – şəhər və digər yaşayış məntəqələri ətrafındarekreasiya məqsədilə istifadə olunan abadlaşdırılmış meşə massivləri.MEŞƏNİN SU REJİMİ – atmosfer və qrunt sularının meşəyə daxilolması və onların meşə tərəfindən istifadə olunması, həmçinin suyunmeşə daxilində və ondan kənarda hərəkət etməsini təyin edənhadisələrin məcmusu. M.s.r. adətən konkret sahədə müəyyən dövrərzində (əsasən bir il müddətində) atmosfer meşə bitkisi-torpaq sistemidaxilində su balansı ilə xarakterizə olunur. Yağıntının bir hissəsi meşəçətirləri arasındakı boşluqlardan keçib meşə döşənəyinə çatır, bir hissəsiisə ağaclar və aşağı yarus bitkiləri tərəfindən tutulub saxlanır. Meşədöşənəyinə və torpağın səthinə çatan suyun bir hissəsi sızaraq torpağınalt qatlarına gedir və ya səthi axım şəklində hidroloji şəbəkəyə daxilolur. Meşə altda torpaq çox məsaməli olduğundan və çox zəif donmayaməruz qaldığından suyu bitkinin və torpağın səthindən buxarlanmahesabına və desuksiya, sonra isə transpirasiya yolu ilə sərf edir. Meşəformasiyası ot və mədəni bitkilərə nisbətən potensial buxarlanmacəminin çoxluğu ilə xarakterizə olunur, bu meşənin özününxassələrindən asılıdır.MEŞƏNİN TƏBİİ BƏRPASI – meşə çətri altında, meşəqırmasahələrində, meşə yanğını yerlərində meşənin yeni nəslinin yaranmasıprosesi. M.t.b. toxumla, kötük pöhrələri ilə, kök bicləri ilə gedir. M.t.b.-nın intensivliyi fiziki-coğrafi şəraitdən, meşə tipindən, meşəqırma üsulundanvə ağac cinslərinin meşəçilik xüsusiyyətindən asılıdır. Fizikicoğrafimühit meşənin bərpası üçün meşə zonasında daha əlverişlidir.M.t.b. zamanı ağac cinslərinin dəyişilməsi (suksessiya) müşahidəolunur. M.t.b.-na kömək etmək məqsədilə meşəqırma sahəsindətoxumluq ağaclar saxlanılır, torpaq yumşaldılır, toxumun cücərməsinəşərait yaradılır. Bəzən bu tədbirlərlə yanaşı seyrək və açıq sahələrdə,həmçinin ağac şitillərinin əkini və yaxud toxumunun səpini aparılır.MEŞƏNİN TİPİ – senopopulyasiyanın dominantlıq etdiyi oxşarmeşə biogeosenozların (meşə sahəsi) məcmusu. Belə meşə sahələrioxşar flora və faunaya, eyni torpaq tipinə, oxşar enerji axınına vəmaddələr mübadiləsinə və s. malik olur.304

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!