13.07.2015 Views

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────LİTORAL ZONA (lat. litoralis - sahil) – okean dibinin çəkilməzamanı ən aşağı və qabarma zamanı ən yuxarı su səviyyələri arasındakısahilboyu ekoloji zonası. Dərinliyi 40-50 sm-dən 200 m-ə qədərdir. L.z.qabarma və çəkilmə nəticəsində gündə iki dəfə su ilə örtülür və sudanazad olur. Süxurların xüsusiyyətindən asılı olaraq gilli, qumlu, daşlı vəqayalı L.z.-lar ayırırlar.LİTOREOFİL – çayların daşlı substratlarında yaşamağı üstün tutanhidrobiontlar.LİTOREOFİL BİOSENOZLAR – çayların iti axan yerlərində daşlıqruntlarda məskunlaşan qruplaşmalar (biosenozlar). L.b.-ın tipiknümayəndələrinə mamır, zəli, süngər, sapvari və diamat yosunlar, birçox həşəratların növləri aiddir.LİTOSFER – Yerin üst bərk qatı. L.-ə Yer qabığı və ondanMoxoroviçiç sərhədi ilə ayrılan üst mantiyanın üstdəki bərk hissəsi daxiledilir. L.-in qalınlığı qeyri-müəyyəndir, ehtimal ki, 50-200 km arasındadəyişir.LİTOSFERİN QORUNMASI – biosferin mühüm komponenti olanYerin bərk qabığının qorunmasına yönəldilən tədbirlər sistemi. Hazırdainsanın intensiv təsirilə əlaqədar insan və ətraf mühitin qarşılıqlıhormonik tarazlığını saxlamaq üçün litosfer planlı sürətdə qorunmalıdır.LİZİMETR pozulmamış torpaq monolitində suyun hərəkət sürətinivə həcmini ölçən cihaz (qurğu).LOKAL ÇİRKLƏNMƏ (lat. localis - yerli) – Böyük olmayanregionun (adətən sənaye müəssisəsi, yaşayış məntəqəsi və s. ətrafı)çirklənməsi.LONDON TİPLİ SMOQ – qazşəkilli çirkləndiricilərin (əsasənkükürd anhidridi), toz hissəciklərinin və duman damlalarının qarışığı.LOTİK QRUPLAŞMALAR (lat. lotus – yuyulmuş, yuyulubtəmizlənmiş) – axar sularda (bulaq, çay) yaşayan orqanizmlərin spesifikqruplaşmaları.LOTİK MÜHİT – axar su hövzələri: bulaq, kiçik çay, böyük çay.LÖSS – bincinsli, təbəqəsiz, əhəngli, yaxud gilli çökmə süxur. Rəngiaçıq sarı olur. Qranulometrik tərkibində 30-55% toz və 5-3-% gil iştirakedir. Tərkibində 27-90% kvars və silikatlar, 4-20% alüminium-oksid, 65və daha çox kalsium-karbonat olur.285

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!