13.07.2015 Views

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────həşərat və s. ilə qidalanır. Köçəri quşlardır.LEYSAN – qısamüddətli atmosfer yağıntısı. Adətən yağış halındadüşür. İntensivliyi adətən 1-3 mm/dəq və daha çox olması ilə fərqlənir.Dünyada ən güclü L. Havay adalarında (21 mm/dəq, 1913)Azərbaycanda isə Zaqatala rayonunda (10,7 mm/dəq, 1959) müşahidəedilmişdir.LƏLƏKYEYƏNLƏR (Mallophaga) – pteriqotlar qrupundanqanadları ikinci dəfə reduksiyaya uğramış həşərat dəstəsi. Quşlarda,bəzən də məməlilərdə parazitlik edir (tükyeyənlər). 2600-dən çox növüməlumdur. Azərbaycanda 150-dəq artıq növü yayılmışdır. Quşçuluğazərər vuran toyuq lələkyeyəni əsl L.-dəndir. Mübarizə tədbirləri:insektisidlər tətbiq etmək, heyvan saxlanan binaları təmizləmək vədezinfeksiya.LİANLAR (fr. Liane, lier – bağlanmaq, sarınmaq) – gövdəsinimüstəqil olaraq dik saxlaya bilməyən bitkilər; dayaq üçün başqabitkilərdən, qaya və tikililərdən istifadə edirlər. L. sarmaşan vədırmanan ağac, kol və otlardır. Bu xüsusiyyət onlarda təkamül gedişindəişıq uğurunda mübarizəyə uyğunlaşma nəticəsində əmələ gəlmişdir.Azərbaycanda Böyük Qafqazda və Talış meşələrində daşsarmaşığı,ağəsmə, güyəmə, böyürtkan, maya sarmaşığı, şərq üzümü bitir. Bəzinövləri dekorativdir. L.-dan bəzi paxlalılar (məs. noxud, paxla) və üzümbecərilir.LİBİX SİSTEMİ –orqanizmlərin normal həyat fəaliyyətinilimitləndirən ətraf mühit faktorlarının məcmusu. Alman kimyaçısıY.F.Libixin (1840) adı ilə ifadə olunur.LİFLİ BİTKİLƏR – lif almaq üçün becərilən bitkilər. 2000-dəkbirillik və çoxillik bitki növündə lif var. Dünyada ən çox pambıq, cut,kənaf, kətan, Azərbaycanda pambıq, kətan, kənaf becərilir.LİXENOLOGİYA (lichen – dəmrov, şibyə) – botanikanınşibyələrdən bəhs edən bölməsi. L.-ya aid işlər Azərbaycan MEA-nınBotanika institutunun ibtidai bitkilər şöbəsində aparılır.LİQNİN – suda həll olunmayan aromatik tərkibli mürəkkəb üzvimaddələr; hüceyrə qılafı odunlaşan zaman hüceyrə qidalanır.LİL – su hövzələri dibində narın dənəli çöküntü. Tərkibinin 50%-dən çoxu 0,01 mm-dən kiçik olan hissəciklərdən ibarətdir. L.-dən tibbdə282

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!