13.07.2015 Views

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────Cəmiyyətin landşafta təsir göstərməsinə qədər onun əmələ gəlməsiəsasən iqlim şəraiti, həmçinin tektonik və bioloji faktorlarla təyinedilirdi. Bu özünü landşaft tiplərinin adında əks etdirir: zonal – qurşaqlandşaft tipləri (tundra, ekvator və s.) biogen, orogen (düzən, dağ, dərəvə s.) landşaft. İnsanın peyda olması ilə landşaftəmələgətirən vəlandşaftı dəyişdirən mühüm faktordan biri insan cəmiyyətinin fəaliyyətioldu. Bu özünü landşaftların adında əks etdirir: antropogen landşaft,əkinçilik landşaftı və s.Landşaftın əmələ gəlməsi və müasir vəziyyətinin formalaşmasıpaleocoğrafi, arxeoloji və tarixi metodlarla, landşaftın vəziyyətini,strukturunu və prosesləri təhlil etmək yolu ilə müəyyən edilir.LANDŞAFTIN GEOKİMYASI – geokimya elminin landşaftdakimyəvi elementlərin akkumlyasiyası, yerləşməsi, miqrasiyası vəçıxarılmasını tədqiq edən hissəsi.LANDŞATIN GÜCDƏN DÜŞMƏSİ – (tükənməsi) – insanfəaliyyətinin təsiri nəticəsində destruksiyanın (resursların tükənməsişəklində) başlanğıcı, landşaftın tarazlığının pozulması.LANDŞAFTIN İNFORMASİYALILIĞI – insanın hər hansı təbiikompleksdə olduğu zaman aldığı infomasiyanın (sezici və rasional)miqdarı.LANDŞAFTIN İNTEQRASİYASI – təbii və antropogenfaktorların təsiri nəticəsində landşaftın inkişafı; bu zaman landşaftınmorfoloji strukturu və funksiyasının xarakterində bəzi fərqlər silinir(yoxa çıxır).LANDŞAFTIN KLİMAKS VƏZİYYƏTİ – terminin əsası biolojitermindən başlanır. 1904-cü ildə Kliment tərəfindən irəli sürülmüşdür.Klimaks bitki örtüyünün yüksək, final, sabit inkişaf mərhələsi olubhəmin ərazinin iqlimi ilə tam vəhdət təşkil edir.LANDŞAFTIN KOMFORTLUĞU – müəyyən landşaftda əhalininekobioloji və sosial-psixoloji həyat şəraitini əlverişli hala gətirmək üçüntədbirlər (komfort, diskomfort). L.k. sərvətlərdən səmərəli istifadəolunması və yaşayış mühitinin mühafizəsi məsələlərinin həllində nəzərəalınır.LANDŞAFTIN KOMPONENTLƏRİ – coğrafi komponentlər –coğrafi qabıq mühitinin (sferinin) ayrı-ayrı fraqmentlərindən ibarət278

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!