13.07.2015 Views

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────(basqılı sular) təsiri altında hərəkət edə bilən yeraltı sular.QRUNT SULARI – yer səthindən aşağı su keçməyən birinci layüzərində, üst səthi sərbəst olan yeraltı sular; əsasən atmosfer yağıntıları,çay, göl, su anbarları, suvarma kanallarının infiltrasiyasından əmələgəlir. Atmosfer yağıntılarının miqdarından, həmçinin suvarmarejimindən asılı olaraq Q.s.-nın səviyyəsi, debiti, temperaturu vəkimyəvi tərkibi dəyişir. Meşə, meşə-çöl və çöl rayonlarında şirin və yaminerallaşmış Q.s., quru çöl, səhra və yarımsəhra rayonlarında şor, vəya çox minerallaşmış Q.s. üstünlük təşkil edir.Q.s-nın böyük xalq təsərrüfatı əhəmiyyəti var; su təchizatı mənbəyikimi sənaye müəssisələrində, şəhərlərdə, kəndlərdə və s.-də istifadəedilir.QRUP HALINDA YAYILMA (növlərin, fərdlərin) –populyasiyada bir neçə fərdlərin topa halında yerləşməsi (qrupu)müşahidə olunur; bu qrupların arasında məsafə eyni (bərabər Q.h.y) vəmüxtəlif (qeyri-bərabər Q.h.y.) ola bilər.QRUPLAŞMA METABOLİZMİ ƏMSALI – fotosintez zamanıayrılan oksigenin udulmuş karbon qazının miqdarına nisbəti: O 2 /CO 2 .Qruplaşmanın (biosenoz, ekosistem) metabolizmi-biosenozun canlıelementləri arasında, həmçinin canlı elementlərlə ətraf mühit (biotop)arasında gedən maddələr mübadiləsi.QUDUZLUQ (Hidrofobiya) – yoluxucu xəstəlik: sinir sistemininağır xəstələnməsi, qıcolmalar, iflic, udlaq və tənəffüs əzələlərininspazması.QUM – xırda qırıntılı kövrək çökmə süxur. Fiziki aşınma nəticəsindəəmələ gəlir. Ölçüsü 0,1 mm-dən 1 mm-ə qədər olan müxtəlif mineral(əsasən, kvars, çöl ştatı və s.) və süxur qırıntılarından ibarətdir. Q.-larəmələgəlmə şəraitinə görə çay, göl, buzlaq, dəniz, eol mənşəli olur. Q.-larda qiymətli minerallar – qızıl, platin, almaz, yaqut, rutil, titanit və s.ola bilər.QUM EKOSİSTEMLƏRİ – hipoekosistem sırasına aid olubsenogenetik proseslərin tamamlanması, bitki örtüyü ilə zəif örtülməsi(3-25%), fauna, fitofaq və zoofaqların az zənginliyi ilə seçilir. Lakin bubiota hərəkət edən qum relyefinə və qumluqlara yaxşı uyğunlaşır.QUMMİ – selikli və yapışqanlı məhlul əmələ gətirən kompleks269

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!