13.07.2015 Views

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────– Dəm qazı, karbon oksidi, CO, yanacağın tam yanmamasındanəmələ gəlir. D.q. insan üçün çox təhlükəlidir, belə ki, hemoqlobinləmöşkəm birləşmə yaradaraq ondan oksigeni çıxarır, bununla dahemoqlobinin qan sistemində hərəkətinə mane olur. CO havada 0,08%-dən artıq olduqda insan üçün ölümcül sayılır.– Karbon qazı, CO 2 – bax: karbon qazı.QAZ BALANSI – Mühitə (atmosferə, su mühitinə, torpağa) daxilolan və mühitdən gedən qazların nisbəti.QAZ MÜBADİLƏSİ (BİOLOGİYADA) – orqanizm ilə xaricimühit arasında gedən qaz mübadiləsi. Ətraf mühitdən daim oksigenorqanizmə daxil olub, orqan, toxuma və hüceyrələrində sərf edilir;maddələr mübadiləsi nəticəsində orqanizmdə əmələ gələn karbon qazıvə digər qazabənzər məhsullar ayrılıb mühitə verilir. Q.m. olmadanorqanizm üçün enerji və maddələr mübadiləsi, eləcə də normal həyatmümkün deyil.QAZADÖZÜMLÜLÜK – orqanizmin adətən havada rastgəlinməyən uçucu maddələrin nisbətən yüksək konsentrasiyasına davamgətirməsi.QAZINTI YANACAQLARI – milyon illərlə bitki və heyvanlarınqalıqlarının çürüməsi yolu ilə yaranan istilik qazıntıları. (neft, təbii qaz,yanan şistlər və s.).QAZKİMİLƏR yastıdimdiklilər (Anseriformes) – suda üzən quşlardəstəsi. Paladeylər və ördəkkimilər fəsiləsini birləşdirir.QAZLAR – maddənin aqreqat hallarından biri. Qaz molekullarıarasındakı qarşılıqlı təsir qüvvəsi, maye və bərk cisimlərdəkinə nisbətənçox zəifdir. Buna görə də Q.-ın xüsusi forması olmur və molekullarındaim nizamsız hərəkəti nəticəsində onlar olduğu qabın bütün həcminidoldurur.Q. aşağıdakılara bölünür:– İnert (təsirsiz) Q. – helium, neon, arqon, kripton, ksenon və radonqazlarının ümumiləşdirilmiş adı.– İxrac Q. – daxili yanacaq mühərriklərinin işlənməsi zamanı əmələgələn Q., atmosfer havasını əsas çirklənmə mənbəyi sayılır.– Turş Q. – qazəmələgətirən kimyəvi birləşmələr qrupu. Burakarbon-2-oksid, hidrogen-xlorid, kükürd-oksid və b. daxildir. Bu qazlar260

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!