13.07.2015 Views

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────olunur. Q.s. – bulaq kimi yerin səthinə çıxır və ya bataqlıq əmələgətirərək çox kiçik sürətlə aradan axır. Q.s.-da çoxlu miqdarda üzvimaddələr vardır, içildikdə mədə xəstəlikləri törədir.QARA TORPAQLAR – çəmən-bozqır və meşə-bozqır zonalarındamüxtəlif ot bitkiləri altında inkişaf edən torpaq tipi. Q.t.-da humusunmiqdarı 8-12%, hətta 15%-ə, ümumi azotun miqdarı 0,2-0,6%, fosforunmiqdarı isə 0,1-0,2-ə çatır, Dünyada 240 mln ha Q. sahəsi var.Azərbaycanda Q.t.-lar bütöv zona təşkil etmir. Ona kiçik sahələrdəGədəbəy, Şamaxı, İsmayıllı və başqa rayonların ərazisində rast gəlinir.QARA TUFANLAR – torpağın külək eroziyası tipi. Q.t. güclüküləklər zamanı baş verir, xırda torpaq hissəcikləri havada asılı haldahərəkət edir.QARA YEL – ilin isti dövründə bitkisiz yer səthi üzərindən əsən vəözü ilə çoxlu miqdarda toz qaldıran güclü külək. Q.y. əsdikdə yazlıqəkin sahələrinin bitkisiz hissəsində sovrulma gedir; əkin sahələrini qumbasır və gətirmələrin qalınlığı 10-15 sm-ə çatır. Q.y. bəzən torpağı 20-25 sm dərinliyə qədər sovurur. Q.y. Azərb-nın bır sıra r-nunda müşahidəedilir, lakin çox intensiv olur. Q.y. Abşeron rayonunda və mərkəzi-çölzonasının qərb rayonlarında müşahidə olunur. Q.y--in zərərli təsirininqarşısının alınmasında eroziyaya qarşı aqrotexniki tədbirlər vətarlaqoruyucu meşə zolaqlarının salınması mühüm rol oynayır.Aqrotexniki və meşə-meliorasiya işlərinin birlikdə tətbiqi isə dahasəmərəli nəticə verir.QARAÇÖHRƏ FƏSİLƏSİ (Taxaceae) bu fəsiləyə Torreya,sefalotaksus və qaraçöhrə (Taxus) cinsləri daxil olub əsasən şimalyarımkürəsində yayılmışdır. Dünyada 8 qaraçöhrə növü məlumdur.Onun bir növü – giləmeyvəli və ya avropa qaraçöhrəsi (T.baccata)Azərbaycanda, Böyük Qafqazda (Balakəndən Şamaxıya qədər) vəşimal-şərq yamacda, Kiçik Qafqazda (Tovuz, Gədəbəy, Kəlbəcər,Daşkəsən, Dağlıq Qarabağ) və Lerik rayonunda (Hamarat kəndiətrafında) yayılmışdır. Boyu 25-27 m, yoğunluğu 150 sm-ə çatır, 1500-2000 ilə qədər yaşayır. Üçüncü dövrün həmişəyaşıl iynəyarpaqlı ağacıAzərbaycanın qırmızhı kitabına daxil edilmişdir.255

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!