13.07.2015 Views

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────diaqramlarda eyni barometrik təzyiqli məntəqələri birləşdirən xətlər.İZOFENLƏR – eyni mövsümi hadisə məntəqələrini birləşdirənxətlər. (məs., botanikada: bitkilərin izofeni çiçəklənmənin eynitarixləri).İZOFİTLƏR – bitkilərin xəritədə eyni hündürlüklərini göstərənxətlər.İZOFİTOXRONA – eyni davamiyyətli vegetasiya mövsümlərinibirləşdirən xətlər.İZOHİDRİKLƏR – eyni qalıqlı hidrogen ionlarını göstərən xətlər.İZOXATLAR – küləyin sürəti eyni olan nöqtələri xəritədəbirləşdirən xətlər.İZOXİONLAR (izo... və yun. chin – qar) – xəritədə qar sərhədininyüksəkliyini göstərən izoxətlər.İZOGİPSLƏR – yer səthinin dəniz səthindən eyni hündürlükdə olannöqtələrini xəritədə birləşdirən xətlər.İZOGİYETLƏR (izo... və yun. hyetos – yağış) – vahid zamanda vəya orta çoxillik, aylıq, illik yağıntıların miqdarını göstərən izoxətlər.İZOKOSMLAR – kosmik şüalanma gərginliyinin eyni olduğunuxəritədə göstərən xətlər.İZOQALİNLƏR (izo... və yun. halinos – duzlu) – okeanlarda eyniduzluluğu göstərən nöqtələri birləşdirən xətlər (xəritədə).İZOMER – Yağıntıların aylıq miqdarı eyni olan məntəqələribirləşdirən xətt: ortaillik yağıntının miqdarına görə faizlə ifadə olunur.İZONAQLAR – su hövzələrində eyni davamiyyətli buz örtüyünügöstərən izoxətlər.İZONEFLƏR – eyni buludluluq izoxətləri.İZOSEYTLƏR – xüsusi xəritələrdə zəlzələnin eyni gücdə qeydolunduğu yerləri birləşdirən xətlər.İZOTERLƏR – yayın orta temp-u eyni olan yerləri xəritədəbirləşdirən xətlər.İZOTERMİK QAT – 1) yüksəklik artdıqda temperatur dəyişməyənistənilən hava qatı: 2) stratosferin ilkin adı.İZOTERMLƏR – iqlim xəritələrində müəyyən vaxt içərisində ortatemperaturu eyni olan müxtəlif yerləri birləşdirən xətlər. İ. Orta, illik,yanvar və iyul temperaturlarını göstərir.İZOTİP – müxtəlif ölkələrdə və ya rayonlarda yayılan heyvan və yabitki növmüxtəlifliyi.229

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!