13.07.2015 Views

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────mübadiləsinin intensivliyi və enerji göstəricilərinə görə).GEOEKOLOGİYA – ekologiyanın bir sahəsi; biosfer də daxilolmaqla ekosistemləri (geosistemləri) yüksək səviyyədə tədqiq edir.Sinonimləri: landşaft ekologiyası, biogeosenologiya.GEOFİLLƏR – torpaqda, lildə. bəzən bəzi süxurlarda yaşayanheyvanlar (məs. soxulcan, lildə yaşayan dəniz molyuskası və s.).GEOFİTLƏR (geo ... və yun. phyton – bitki) – qışlamanı, yaxuduzunmüddətli quraqlığa davamlığı təmin edən orqanları və bərpatumurcuqları həyat formalarından biridir. Əlverişsiz şəraitdə dözəbiləcək G. torpaqla, soyuq qışda isə məhv olmuş yerüstü orqanlar vəqarla mühafizə olunur. G.-ə bir çox soğanaqlı (zanbaqkimilər),kökümsovlu (bir çox taxıllar, cil) və köküyumrulu bitkilər (kartof, batat)aiddir.GEOFİZİKA – Yerin fiziki xassələrini və onun qabığında gedənprosesləri öyrənən kompleks elm.GEOFİZİKİ AMİL – Müəyyən sahənin səthinin və ya Yerindərinliyinin fiziki xüsusiyyətləri ilə bağlı amil (məs. maqnit sahəsi).GEOFİZİKİ XİDMƏT – təbii mühit elementlərinin (iqlim,hidrosfer, ionosfer, günəş şüalanması, yer qabığının dinamikası və s.)vəziyyətinin dəyişməsinə müşahidə və nəzarət sistemi.GEOFİZİKİ MÜHARİBƏ – bax meteoroloji müharibə.GEOFİZİKİ MÜHİT – bu və ya digər orqanizmlərin yer sahəsininfiziki prosesləri və xassələrinin məcmusu.GEOGİGİYENA – insanın daim sağlamlığı üçün biosferin gigiyenaxarakteristikasını nizamlamağa yönəldilən tədbirlərin əsasını işləyibhazırlayan elm sahəsi. Bəzən (dar çərçivədə) G. təbiətin, (ətraf mühitin)mühafizəsi sinonimi kimi başa düşülür.GEOKİMYA – Yer kürəsinin kimyəvi tərkibi, orada elementlərinyayılması və miqrasiya prosesləri haqqında elm. G.-nın bir çox bölməsivar: ümumi G., izotoplar G-sı, hidrogeokimya, landşaft G-sı,biogeokimya, geokimyəvi axtarış metodları və s.GEOKİMYƏVİ AMİLLƏR – torpaq, qrunt, torpaq məhlulu və suhövzələrindəki suyun mineral tərkibinin xüsusiyyətinin orqanizm vəbiosenozlara təsir göstərən amillər. Bir çox kimyəvi elementlər növlərinyaşaması üçün mühüm şərait hesab olunur.179

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!