13.07.2015 Views

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────dövründə qorunması üçün ayrılan sahə.FAUNİSTİK STRATİFİKASİYA – ekosistemdə heyvanların üfiqi(yaruslu, mərtəbəli) yerləşməsi. Maksimal F.s. ekvator və mülayimqurşaqlarda, minimal F.s. isə səhra, bozqır və tundrada müşahidə olunur.F.s. floristik stratifikasiya ilə sıx bağlıdır.FAUNİSTİKA – zoocoğrafiyanın fauna kompleksini öyrənənbölməsi. F.-nın məlumatlarının zoocoğrafiya üçün böyük əhəmiyyətivar.FAYDALI QAZINTILAR – Yer qabığında maddi istehsalsahəsində effektiv istifadə oluna bilən üzvi və qeyri üzvi mənşəlimineral aqreqatları; bərk, maye və qaz halında olur. F.q. tərkibinə vəxalq təsərrüfatında işlədilmə sahəsinə görə 3 əsas qrupa bölünür: metal(qara, əlvan, nadir, radioaktiv metalların və s. filizləri), qeyri-metal(sement xammalı, çınqıl, qum, miko, azbest, qrafit, kükürd, şora, kaliumduzları, apatit, fosforit, qiymətli daşlar və s.) və yanar qazıntılar (kömür,torf, yanar şistlər, neft və təbii qazlar).FAYDALI MƏHSUL – insanın təsərrüfat fəaliyyəti nəticəsindəçirklənən su hövzəsi və torpağın, sənaye balıqları, məməlilər,onurğasızlar, faydalı bitkilər, həmçinin bakteriya və yosunlar tərəfindənbioloji özünütəmizləmə prosesi.FENETİKA – biologiyanın bölməsi; fenlərin mənşəyi vəyayılmasını öyrənir.FENOİNDİKASİYA – fitosenozların fenoloji inkişafınınqanunauyğunluqlarına görə ətraf mühitin qiymətləndirilməsi. Çiçəkləməəyrisi və fenospektr əsasında aparılır.FENOL (KARBALOL TURŞUSU) –çox sadə aromatik (ətirli)spirt (C 6 H 5 OH), bərk maddədir, rəngsiz olub havada çəhrayı rəng olankristaldır. Tibbdə az miqdarda dezinfeksiya məqsədilə işlədilir. Fenolunbuxarı ilə nəfəs aldıqda selikli qişanı xəstələndirir, dəriyə dəydikdəyanıq əmələ gətirir, qida yoluna düşdükdə qaraciyər və böyrəklərizədələyir. Hətta kiçik dozalarda bir çox su orqanizmləri üçün məhvedicitəsir göstərir. İnsan üçün birdəfəlik ölüm dozası 154 q-dır.FENOLOGİYA – Təbiətdə mövsümi hadisələr, onların başlamamüddəti və bu müddətləri müəyyən edən səbəblər haqqında biliklərsistemi. F. bitki və heyvanat aləminin (biofenologiya) mövsümi177

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!