13.07.2015 Views

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────ƏƏCDAD – çoxlu bitki sortları və heyvan cinsləri yaratmaq üçün ilkmaterial rolunu oynamış vəhşi heyvan və yabanı bitki növləri.ƏCZAÇILIQ – dərman maddələrinin tədqiqi, istehsalı, saxlanması,hazırlanması və buraxılması problemlərini öyrənən kompleks elmi-təcrübifənn. Dərman maddələrini hazırlayan elmi-tədqiqat institutları,laboratoriya və müəsissələr, dərman bitkilərinin toplanması və emalı iləməşğul olan idarələr, apteklər və anbarlar, analitik laboratoriyalar Ə.müəsissələrinə daxildir.ƏDVİYYAT BİTKİLƏRİ – orqanlarında ətirli və dadlı maddələrolan bitkilər. Bu orqanlar qidaya kəskinlik, xüsusi dad və ətir vermək,həmçinin iştahını artırmaq, mədənin fəaliyyətini yaxşılaşdırmaq üçünədviyyat kimi işlədilir. Azərbaycanda əsasən, ot formasında olan Ə.b.bitir və becərilir; ən geniş yayılanı şüyüd, cəfəri, kərəviz, dağkeşnişi,vəzəri, kəvər, reyhan, bədrənc, nanə, soğan, sarımsaq, zəfəran və s.-dir.ƏHALİ – Yer kürəsində, yaxud konkret ərazi, qitə, ölkə, rayon,şəhər və s.-də yaşayan adamların cəmi. Ə.-nin tədqiqi ilə demoqrafiyaelmi məşğul olur.ƏHALİ COĞRAFİYASI – iqtisadi coğrafiyanın əhalinin tərkibini,yerləşməsini, məskunlaşmasını və yaşayış məntəqələrini öyrənən sahəsi.Ə.c. müxtəlif ərazilərdə əhalinin formalaşmasını, strukturunu, sayını,sıxlığını, yerləşməsini və bir çox başqa məsələlərini tədqiq edir.Azərbaycan MEA Coğrafiya in-tunda Ə.c. şöbəsi var.ƏHALİ MİQRASİYASI – insanların yaşayış yerini dəyişməsi iləəlaqədar (bir yerdən başqa yerə köçməsi) xarici (qitələrarası vədövlətlərarası), daxili (rayonlararası) və kənd yerlərindən şəhərlərəköçmək. Ə.m. iqtisadi səbəblə yanaşı, siyasi hadisələrlə əlaqədar da başverə bilər (dövlət sərhədlərinin dəyişməsi, müharibələr).ƏHALİNİN SANİTARİYA VƏZİYYƏTİ – əhalinin sağlamlığınısəciyyələndirən göstəricilər kompleksi.ƏHALİNİN SIXLIĞI – konkret ərazinin məskunlaşma dərəcəsi;vahid sahədə sakinlərin sayı (adətən 1 km 2 -də). Bu düsturla təyin170

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!