13.07.2015 Views

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────geniş yayılmış və müxtəlif biotoplarda yaşayan bitki və heyvanlar.EVRİXRON ORQANİZMLƏR – bütün ilboyu və ya ilin çoxhissəsi aktiv olan heyvanlar. Mağaralarda, okeanın dərinliklərindəyaşayan heyvanlar və köçəri quşlar E.o. sayılır.EVRİHİQROBİONT – mühitin rütubətliyinin çox dəyişməsinədavam gətirən orqanizm.EVRİQAL ORQANİZMLƏR (evri... və yun. gals - duz) – mühitinduzluluğunun və kimyəvi tərkibinin çox dəyişməsinə dözənorqanizmlər.EVRİİON NÖVLƏR – pH mühitinin çox dəyişməsinə davamgətirən növlər (bəzi milçəklər, kiçik xərçənglər pH-ın 2-dən 10 arasındadəyişməsinə davam gətirir).EVRİOKSİBİONTLAR – suda oksigenin çox dəyişməsinə davamgətirən orqanizmlər.EVRİTERM ORQANİZMLƏR, EVRİTERMOBİONTLAR –müxtəlif temperatur şəraitində yaşamağa uyğunlaşan və temperaturunböyük tərəddüdünə davam gətirən mikroorqanizmlər, bitkilər vəheyvanlar. E.o.-ə yüksək və mülayim enliklərdə yaşayan bir çox quşnövləri və məməlilər daxildir.EVRİTERMOFİLLƏR – geniş diapazonlu temperatur faktoruşəraitində (10... 40°) yaşamaq qabiliyyətinə malik olan orqanizmlər(adətən heyvanlar).EVRİTOP ORQANİZMLƏR – ən müxtəlif yerlərdə yaşayan bitkivə heyvan növləri. E.o.-in arealı, adətən çox genişdir. Ən müxtəlifsubstratlarda bitən adi şam ağacı, eldar şamı, qamış, sürünən ayrıq,heyvanlardan adi dağ siçanı, canavar, tülkü və s. E.o-ə aiddir.EVTROF GÖL – çox dərin olmayan (10-15 m-ə qədər) yüksəkbioloji məhsuldarlığa malik olan düzənlik gölləri. Yayda bu göllərdəkütləvi şəkildə fitoplankton (qismən göy-yaşıl yosunlar) inkişaf edir,uyğun olaraq bakterial, zooplankton və balıq da bol olur. E.g.-ün qruntulilli olub, suyu az duru, suyun rəngi yaşıldan qonur-yaşıl rəng arasındadəyişir.EVTROF ORQANİZMLƏR – yalnız qida maddələri ilə zənginolan torpaq və su hövzəsi şəraitində normal inkişaf edə bilənorqanizmlər. Məs. palıd, fıstıq, vələs, göyəm, göyrüş humusla vəmineral qida maddələri ilə zəngin olan torpaqlarda yaxşı bitir.EVTROF SU HÖVZƏSİ – biogen maddələr və planktonla zənginolan su hövzəsi.168

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!