13.07.2015 Views

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────EKOLOJİ SİYASƏT – cəmiyyətin təbiətə təsiri ilə bağlı olantədbirlər sistemi. Hər bir istehsal üsulu üçün E.S.-in öz prinsiplərixarakterikdir. E.S. dövlətin sosial-iqtisadi siyasətinin ayrılmazhissəsidir.EKOLOJİ SPEKTR – müəyyən ərazidə və ya biosenozda müxtəlifsistematik və ekoloji kateqoriyaların (fitofaqlar, yırtıcılar, hər şeyləqidalananlar) faizlə nisbəti. E.s. adətən taksonomik və ya biosenotikanalizin rəqəmlərinə uyğun olaraq ayrı-ayrı sektorlara bölünmüşdairədən ibarət olur.EKOLOJİ STRES – populyasiyanın daxili strukturunun pozulmasıvə onunla əlaqədar fərdlərin nəsil verməsinin azalması, ölümünçoxalması və s. Fərdlər arasında əlaqələr (kontakt) çoxaldıqda baş verir.E.s. ətraf mühitin kəskin dəyişməsinə orqanizm və ya sistemin cavabreaksiyası hesab olunur.EKOLOJİ SUKSESSİYA – Bax: SuksessiyaEKOLOJİ TARAZLIQ – (təbiətdə) hər hansı təbii qruplaşmasındacanlı orqanizmlərin növ tərkibinin, onun sayının, məhsuldarlığının,sahədə paylanmasının, həmçinin mövsümü dəyişməsinin, biotikmaddələr mübadiləsinin və digər bioloji proseslərin nisbi davamlığı.Müəyyən ekosistem üçün xas olan mühit şəraitinin dəyişməsi E.t.-ıpozur, bir növün azalmasına, digərinin isə artmasına səbəb olur.Bununla yanaşı orqanizmlərin təbii qruplaşmaları müxtəlif zədəvericitəzyiqlərə qarşı davam gətirmək qabiliyyətinə malik olub normal şəraitbərpa olunarkən öz ilkin vəziyyətinə qayıdırlar, yəni müəyyəndavamlılığa malikdirlər.Çox vaxt E.t.-ın pozulması dedikdə atmosferin qaz tərkibinin vəhidroloji rejimin kəskin dəyişməsi, ətraf mühitin qlobal çirklənməsi başadüşülür. E.t.-ın mürəkkəb və bir-birilə bağlı mexanizmlərini bilmədəntəbiətdən səmərəli istifadə etmək, hər hansı bir təsərrüfat fəaliyyətini vətəbii mühiti həyat üçün yararlı halda saxlamağı proqnozlaşdırmaqmümkün deyildir.E.t.-ı saxlamaq aktuallığı ekosistemlərin bərpa oluna bilməyənpozulmasına təsir göstərən vasitələrin yarandığı dövrdə, yəni 20-ci əsrin2-ci yarısında artdı.EKOLOJİ TƏDQİQAT – orqanizmlər və onların qruplaşmalarının140

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!