13.07.2015 Views

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────EDİFİKATOR NÖVLƏRİN YIĞIMI – biosenozun strukturunu(nüvəsini) müəyyənləşdirən növlərin xarakterik tərkibi.EDİFİKATORLAR (lat. Aedificator - qurucu) – fitosenozunəsasını təşkil edən bitki növləri. Məs., fıstıq meşəsində fıstıq, yovşanlıqyarımsəhrasında isə yovşan edifikatordur. E. fitosenozda üstünlük təşkiledib, mühitin yaranmasında və dəyişilməsində mühüm rol oynayır,fitosenozda rast gələn digər bitki növlərini öz mühitinə tabe edir. E.-ınyaratdığı mühitə uyğunlaşmayan növlər isə sıradan çıxır. E. həminfitosenozda məhsuldarlığın 60-70%-dən çoxunu təşkil edir.EDİFOEKOLOGİYA – bax. Ekopedologiya.EFEMER ÇAY – yalnız müəyyən mövsümdə yağışlar zamanı vəqar əriyəndə yatağı su ilə dolan çay; qalan vaxtlar quruyur və ya birbirindənaralı kiçik su qalıqları görünür.EFEMERLƏR (yun. ephemeros – bir günlük) – səhra, yarımsəhra,bozqır və düzən sahələrin ekoloji şəraitinə uyğunlaşmış, vegetasiyadövrü qısa olan birillik bitkilər qrupu. Yazda və payızda torpaqdanəmlik çox olduqda E. inkişaf edib çiçəkləyir və toxum verir, quraqlıqdüşdükdə isə quruyub sakitlik mərhələsinə keçir. Belə həyat tərziolanların kserofit hala keçməsinin qarşısını alır. Ona görə də E. mezofitvə ya ksero-mezofit qrupa daxil olur. E. iki qrupa bölünür: tipik E. vəqış E.-i. Tipik E.-in (tipik mezofitlər) toxumu yazda cücərir vəvegetasiyasını 1,5-2,5 ay ərzində başa çatdırır. Qış E.-inin toxumlarıpayızda cücərdiyi üçün vegetasiya dövrü uzun çəkir (bütün qışı və yazınəvvəli). E.-in təsərrüfat əhəmiyyəti böyükdür. E. qış otlaqlarında(Qobustan, Ceyrançöl, Acınohur və s.) yem bazasının əsasını təşkil edir.EFEMEROFİTLƏR – akklimatizasiyaya qadir olmağauyğunlaşmayan kənardan gətirilən bitki növləri.EFEMEROİDLƏR – İllik vegetasiyasını qısa müddətdə (payızdanyaza kimi) başa vuran və yerüstü hissəsini yayda quruyub məhv olançoxillik ot bitkiləri qrupu. Yeraltı hissəsi (kök yumruları, soğanaq vəkökümsov) ilin çox hissəsini sakitlik halında keçirir və bir neçə il qalır.Quraqlıq E.-i səhra, yarımsəhra və bozqırlarda bitərək, həminregionlarda otlaqların əsas yem bitkisidir. E.-ə həm də kifayət qədərrütubətli meşə və subalp (alp) zonalarında rast gəlinir. Onlar əsas meşəvə subalp bitkiləri inkişafa başlayanadək öz vegetasiyasını tamamlayır.125

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!