13.07.2015 Views

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

EKOLOJİ LÜĞƏT

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────və bu meşələr özünəməxsus xüsusiyyətlərə məxsusdur. Böyük və KiçikQafqaz dağlarının aşağı qurşağında iberiya palıdı, orta dağ-meşəqurşağında fıstıq və vələs, yuxarı dağ qurşağında isə şərq palıdı meşələriüstünlük təşkil edir.Fıstıq, palıd və vələs meşələrindən başqa dağlarımızda kiçiksahələrdə 8 növ ağcaqayın, 3 növ cökə, 4 növ tozağacı, titrəkyarpaq qovaq,qoz, şabalıd, Qafqaz xurması, 6 ardıc növü, saqqızağacı meşələrinədə rast gəlinir. Talışın dağlıq meşələri dünyada müstəsnalıq təşkil edir.Burada aşağı dağ qurşağında şabalıdyarpaq palıd və dəmirağacı, ortadağ qurşağında şabalıdyarpaq palıd və fıstıq meşələri yayılmışdır. Bumeşələrdə relikt ağaclarından azatağacı, məxməri ağcaqayın, Lənkəran(ipək) akasiyası və yalanqoza da rast gəlinir.Fıstıq meşələri respublikamızın meşə fondunun 32 faizini təşkil edir(243 min hektar). Bu meşələrin ümumi oduncaq ehtiyatı 49 milyonkubmetrə bərabərdir. Böyük və Kiçik Qafqazdakı fıstıq meşələri dənizsəviyyəsindən 800-2000 m, Talış dağlarında isə 300-1800 myüksəklikdə yayılmışdır. Kiçik Qafqazın cənub yamaclarında (Laçın,Zəngilan və Naxçıvanda) fıstıq meşələrinə rast gəlinmir.Sahəsinin böyüklüyünə görə fıstıqdan sonra palıd meşələri gəlir.Respublikamızda palıd meşələrinin sahəsi 232 min hektardır, onlar meşəilə örtülü ərazinin 30 faizini təşkil edir.Vələs meşələri sahəsinə görə respublikamızda 3-cü yeri tutur. Onunümumi sahəsi 185 min hektar olub, respublikamızın meşəlik ərazisinin25 faizə qədərini təşkil edir, ümumi oduncaq ehtiyatı 23 milyonkubmetrdir.Hazırda dağ meşələrinin qeyri qənaətəbəxş vəziyyəti təşviş doğurur.Burada bütün meşələr qoruyucu əhəmiyyətə malikdir. Burada aparılacaqhər bir tədbir mövcud meşələrin qoruyucu funksiyasını yüksəltməyədoğru yönəldilməlidir.94

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!