13.07.2015 Views

azərbaycan respublikasının gömrük məcəlləsi mündəricat - VERTIC

azərbaycan respublikasının gömrük məcəlləsi mündəricat - VERTIC

azərbaycan respublikasının gömrük məcəlləsi mündəricat - VERTIC

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin təhqir edilməsi, ona hədəqorxugəlinməsi, müqavimət göstərilməsi, həyatına, sağlamlığına və əmlakına, zorakılıq vəya qəsd edilməsi bu Məcəlləyə və Azərbaycan Respublikasının digər qanunvericilikaktlarına uyğun məsuliyyətə səbəb olur.M a d d ə 4 1 6 . Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsininqanuni sərəncamlarının və ya tələblərinin icrasının məcburiliyiAzərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin gömrük fəaliyyətinə aidqanuni sərəncamlarının və ya tələblərinin icrası idarə, müəssisə və təşkilatlar, dövlətorqanları və onların vəzifəli şəxsləri, eləcə də digər işçiləri, o cümlədən fiziki şəxslər üçünməcburidir.Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin qanuni sərəncamlarına vəya tələblərinə tabe olmamaq, həmçinin bu şəxslərin üzərinə qoyulmuş vəzifələrin yerinəyetirilməsinə maneçilik törədən hərəkətlər bu Məcəllə ilə və Azərbaycan Respublikasınındigər qanunvericilik aktları ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.5 8 - c i f ə s i lFİZİKİ QÜVVƏNİN, XÜSUSİ VASİTƏLƏRİN VƏ ODLU SİLAHIN TƏTBİQİM a d d ə 4 1 7 . Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiqi şərtlərivə hüdudlarıAzərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəllə ilə müəyyənedilmiş hallarda və qaydada fiziki qüvvəni, xüsusi vasitələri və odlu silahı tətbiq etməkhüququna malikdirlər.Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri fiziki qüvvənin, xüsusivasitələrin və odlu silahın tətbiqi ilə əlaqədar hallarda fəaliyyət göstərmək üçün xüsusihazırlıq keçməli, həmçinin bu sahədə yararlı olmaları barədə müntəzəm yoxlanılmalıdırlar.Fiziki qüvvəni, xüsusi vasitələri və odlu silahı tətbiq edərkən Azərbaycan Respublikasıgömrük orqanlarının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur:öz tələblərinin yerinə yetirilməsi üçün kifayət qədər vaxt verməklə fiziki qüvvəni, xüsusivasitələri və ya odlu silahı tətbiq etmək niyyəti barədə xəbərdarlıq etmək, onların tətbiqindələngiməyin, onun həyatı və sağlamlığı üçün bilavasitə təhlükə yaratdığı, digər ağırnətəcələrə səbəb ola biləcəyi, qəfil və ya silahlı basqın, döyüş texnikası və nəqliyyatvasitələrindən istifadə etməklə hücum zamanı, yaxud xəbərdarlıq edilməsi yaranmışvəziyyətdə yersiz və ya qeyri-mümkün olduğu digər hallar istisna edilir;bədən xəsarəti almış həkimə qədər yardım göstərilməsini təmin etmək və baş vermişhadisə barədə Azərbaycan Respublikası gömrük orqanı rəisinə və ya onu əvəz edən şəxsədərhal məlumat vermək;hüquqpozmanın və onu törədən şəxslərin xarakteri və təhlükəlilik dərəcəsindən,həmçinin göstərilən müqavimətin qüvvəsindən asılı olaraq, təhlükənin aradan qaldırılmasızamanı vurulan ziyanın minimum olmasına çalışmaq.Azərbaycan Respublikası gömrük orqanının rəisi və ya onu əvəz edən şəxs bütün ölümvə ya ağır bədən xəsarəti yetirilməsi halları haqqında dərhal prokurora məlumat verməlidir.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!