13.07.2015 Views

azərbaycan respublikasının gömrük məcəlləsi mündəricat - VERTIC

azərbaycan respublikasının gömrük məcəlləsi mündəricat - VERTIC

azərbaycan respublikasının gömrük məcəlləsi mündəricat - VERTIC

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikası gömrük orqanlarınınvəzifəli şəxsləri ola bilərlər.Azərbaycan Respublikası gömrük orqanlarında vəzifəyə ilk dəfə təyin edilən şəxslərüçün altı aya qədər sınaq müddəti müəyyən edilə bilər.Azərbaycan Respublikası gömrük orqanlarında ilk dəfə vəzifəyə təyin edilənAzərbaycan Respublikası vətəndaşları aşağıdakı məzmunda and içirlər:«Mən Azərbaycan Respublikası gömrük orqanı vəzifəli şəxsinin səlahiyyətlərini həyatakeçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasınınqanunvericiliyinə sözsüz riayət etməyə, Azərbaycan Respublikasının iqtisadi suverenliyinivə təhlükəsizliyini müdafiə etməyə, öz xidməti vəzifələrimi vicdanla yerinə yetirməyə vəgömrük xidməti intizamının tələblərinə əməl etməyə and içirəm».And içmə mərasimi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyətiorqanının müəyyən etdiyi qaydada keçirilir.Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr verilir.Xüsusi rütbələrin müəyyən edilməsi və onların verilməsi qaydasını AzərbaycanRespublikasının müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyimforması müəyyən edilir. Geyim formasını Azərbaycan Respublikasının müvafiq icrahakimiyyəti orqanı, onun geyilmə qaydasını isə Azərbaycan Respublikasının gömrük işiniaparan icra hakimiyyəti orqanı müəyyən edir. Xüsusi geyim forması pulsuz verilir.Bu maddənin beşinci və altıncı hissələrinin müddəaları, Azərbaycan Respublikasınıngömrük işini aparan icra hakimiyyəti orqanının tabeçiliyində olan gömrüklaboratoriyalarının rəhbərləri və mütəxəssisləri, elmi-tədqiqat və tədris müəssisələrininprofessor-müəllim heyəti və mütəxəssisləri barəsində də tətbiq edilir.M a d d ə 4 1 5 . Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərininöz xidməti vəzifələrini lazımi səviyyədə yerinə yetirmələri üçün təminatAzərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri üzərlərinə düşənvəzifələri yerinə yetirərkən Azərbaycan Respublikasının qanunvericiliyini və AzərbaycanRespublikasının beynəlxalq müqavilələrini rəhbər tutur və birbaşa rəislərinə tabedirlər.Azərbaycan Respublikası gömrük orqanı və ya onun vəzifəli şəxsi tərəfindən qərar qəbuledilməsinə, yaxud həmin vəzifəli şəxsin fəaliyyət göstərməsinə qanunsuz təsir etməyə və yahər hansı bir formada müdaxiləyə yol verilmir və bu cür hərəkətlər bu Məcəlləyə uyğunməsuliyyətə səbəb olur.Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin sahibkarlıq fəaliyyətiilə (o cümlədən vasitəçilərin köməyi ilə) məşğul olmaq, gömrük məsələləri üzrə üçüncüşəxslərin müvəkkili olmaq, əvəzçilik şərti ilə istənilən haqqı ödənilən işi görmək (elm-tədrisvə yaradıcılıq fəaliyyətindən başqa), müqavilə ilə mülki-hüquqi xarakterli gömrük işi iləəlaqədar işləri yerinə yetirmək, öz xidməti vəziyyətindən istifadə etməklə şəxslərəAzərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmayan hər hansı bir yardımıgöstərmək və bunun müqabilində haqq, imtiyazlar və xidmətlər əldə etmək, təsərrüfatsubyektlərinin idarə edilməsində bilavasitə və ya nümayəndə vasitəsilə iştirak etməkixtiyarı yoxdur.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!