13.07.2015 Views

azərbaycan respublikasının gömrük məcəlləsi mündəricat - VERTIC

azərbaycan respublikasının gömrük məcəlləsi mündəricat - VERTIC

azərbaycan respublikasının gömrük məcəlləsi mündəricat - VERTIC

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Sərbəst anbar sahibi yalnız Azərbaycan şəxsləri ola bilər.Sərbəst anbar sahibinin vəzifələri:anbarda olan malların gömrük nəzarətindən kənar götürülməsinə yol verməmək;gömrük nəzarətinin həyata keçirilməsini çətinləşdirməmək;sərbəst anbar təsis edilməsi üçün verilən lisenziyanın şərtlərinə riayət etmək, gömrüknəzarətinin və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün AzərbaycanRespublikası gömrük orqanlarının vəzifəli şəxslərinin sərbəst anbarlara daxil olmalarınaşərait yaratmaq, Azərbaycan Respublikası gömrük orqanlarının qanuni tələblərini yerinəyetirmək.M a d d ə 8 2 . Gömrük rüsumlarının, vergilərin alınması və iqtisadi siyasəttədbirlərinin tətbiq edilməsiXarici malların və Azərbaycan mallarının sərbəst gömrük zonalarına gətirilməsi və yaonların sərbəst gömrük zonalarında yerləşdirilməsi zamanı gömrük rüsumları, vergiləralınmır, iqtisadi siyasət tədbirləri tətbiq edilmir.Mallar sərbəst gömrük zonaları ərazisindən və sərbəst anbarlardan AzərbaycanRespublikasının gömrük ərazisinin qalan hissəsinə gətirilərkən və ya mallar sərbəst gömrükzonalarının ərazisindən və sərbəst anbarlardan Azərbaycan Respublikasının hüdudlarındankənara topdan satış qaydasında aparılarkən malın mənşəyindən asılı olaraq gömrükrüsumları, vergilər alınır və iqtisadi siyasət tədbirləri tətbiq edilir.Marağı olan şəxsin xahişi ilə Azərbaycan Respublikası gömrük orqanları AzərbaycanRespublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydadamalın mənşəyini sertifikatla təsdiq edir.İxrac zamanı mənşə haqqında sertifikat olmadıqda, ixrac gömrük rüsumlarının,vergilərin alınması və iqtisadi siyasət tədbirlərinin tətbiq edilməsi məqsədi ilə mallarAzərbaycan malları, digər məqsədlər üçünsə xarici mallar hesab edilir.M a d d ə 8 3 . İxrac gömrük rejiminə uyğun aparılması nəzərdə tutulan mallarıngömrük rüsumlarından, vergilərdən azad edilməsi, yaxud ödənilmiş məbləğlərinqaytarılmasıİxrac gömrük rejiminə uyğun Azərbaycan Respublikasının hüdudlarından kənaraaparılması nəzərdə tutulan mallar sərbəst gömrük zonalarına gətirilərkən və ya sərbəstanbarlara yerləşdirilərkən, əgər bu cür azad etmə və ya qaytarma malların faktiki aparılmasıüçün nəzərdə tutulmuşsa, bu cür mallar gömrük rüsumlarından, vergilərdən azad edilir vəya ödənilmiş məbləğ qaytarılır. Bu cür malların faktiki aparılması gömrük rüsumlarının,vergilərin qaytarılması və ya onlardan azad etmə günündən başlayaraq, altı aydan gecolmamaqla həyata keçirilir.Azərbaycan Respublikasının hüdudlarından kənara aparılmalı olan mallar sərbəstgömrük zonaları ərazisindən və sərbəst anbarlardan Azərbaycan Respublikasının gömrükərazisinin qalan hissəsinə qaytarılarkən və ya müəyyən edilmiş müddətlərdə faktiki aparmahəyata keçirilmədikdə gömrük rüsumları, vergilər, həmçinin Azərbaycan RespublikasınınMərkəzi Bankının verdiyi kreditlər üzrə həmin bankın müəyyən etdiyi dərəcələrlə onlardanfaizlər alınır.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!