13.07.2015 Views

azərbaycan respublikasının gömrük məcəlləsi mündəricat - VERTIC

azərbaycan respublikasının gömrük məcəlləsi mündəricat - VERTIC

azərbaycan respublikasının gömrük məcəlləsi mündəricat - VERTIC

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

1 1 - c i f ə s i lMÜVƏQQƏTİ İDXAL (İXRAC)M a d d ə 6 7 . Gömrük rejiminin məzmunuMalların müvəqqəti idxalı (ixracı) — Azərbaycan Respublikasının gömrük ərazisində vəya ondan kənarda gömrük rüsumlarından, vergilərdən tamamilə və ya qismən azadolunmaqla, həmçinin iqtisadi siyasət tədbirləri tətbiq edilmədən mallardan istifadəedilməsinə yol verilməsindən ibarət gömrük rejimidir.Təbii aşınma və ya mallardan istifadə edilməsi nəticəsində dəyişikliklər, habelə normalşəraitdə daşınma və saxlanc itkiləri istisna edilməklə, müvəqqəti idxal (ixrac) edilən mallardəyişməz halda geri qaytarılmalıdır.M a d d ə 6 8 . Malların gömrük rejimi altında yerləşdirilməsinin şərtləriAzərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyənetdiyi qaydalarla gömrük ödənişlərinin ödənilməsi təmin edilməklə malların müvəqqətiidxalına (ixracına) yol verilir.Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, müvəqqəti idxalına(ixracına) icazə verilməyən malların kateqoriyalarını müəyyən edir.M a d d ə 6 9 . Malların müvəqqəti idxalı (ixracı) üçün icazəMalların müvəqqəti idxalı (ixracı) üçün icazəni Azərbaycan Respublikasının gömrükişini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada AzərbaycanRespublikasının gömrük orqanları verir.Malların etibarlı eyniləşdirilməsini təmin etmək mümkün olmadıqda AzərbaycanRespublikasınının gömrük orqanları malların müvəqqəti idxalına (ixracına) icazə vermirlər.M a d d ə 7 0 . Malların müvəqqəti idxal (ixrac) müddətləriMalların müvəqqəti idxal (ixrac) müddətləri Azərbaycan Respublikası gömrük orqanlarıtərəfindən müəyyən edilir və bir qayda olaraq bu cür idxalın (ixracın) məqsədləri və şərtlərinəzərə alınmaqla iki ildən artıq olmamalıdır.Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı ayrı-ayrı malkateqoriyaları üçün daha az və daha çox müvəqqəti idxal (ixrac) müddətləri müəyyən edəbilər.Göstərilən müddətlərin uzadılması Azərbaycan Respublikasının gömrük işini aparanicra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Azərbaycan Respublikası gömrükorqanları tərəfindən həyata keçirilir.M a d d ə 7 1 . Gömrük rüsumlarını, vergiləri ödəməkdən azad etməMüvəqqəti idxal (ixrac) edilən malların gömrük rüsumları və vergilərin ödənilməsindəntamamilə və ya qismən azad edilməsi qaydalarını Azərbaycan Respublikasının müvafiq icrahakimiyyəti orqanı müəyyən edir.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!