13.07.2015 Views

azərbaycan respublikasının gömrük məcəlləsi mündəricat - VERTIC

azərbaycan respublikasının gömrük məcəlləsi mündəricat - VERTIC

azərbaycan respublikasının gömrük məcəlləsi mündəricat - VERTIC

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Əgər konkret prosessual hərəkətin və ya bu Məcəllənin 326 və 327-ci maddələri ilə nəzərdətutulmuş hərəkətin icra edilməsi zamanı foto və kino çəkilişlərindən, video yazısı, səsyazmadan istifadə edilmişsə, texniki vasitələr tətbiq edilmişsə, bu, protokolda göstərilməli,həmçinin hərəkətin icra edilməsində iştirak edən şəxslərə texniki vasitələrdən istifadə olunmasıhaqqında əvvəlcədən məlumat verilməsi protokolda qeyd edilməlidir.Protokol hərəkətin icra edilməsində iştirak edən bütün şəxslər tərəfindən oxunur və eynizamanda onlara protokola əlavə edilməklə və ya ona əlavə kimi tikilməklə qeydlər etməkhüququna malik olmaları izah edilir.Protokol onu tərtib edən Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsi tərəfindənvə hərəkətin icra edilməsində iştirak edən digər şəxslər tərəfindən imzalanır.Hərəkətin icra edilməsi prosesində hazırlanmış foto şəkillər və neqativlər, kinolentlər, videoyazılar və fonoqramlar, sxemlər, planlar, çertyojlar protokola əlavə olunur.Zəruri hallarda Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanınınmüəyyən etdiyi protokol forması sərbəst forma ilə əvəz edilə bilər. Sərbəst formalı protokollarbu Məcəllə ilə müəyyən edilmiş qaydada tərtib edilməlidir.M a d d ə 3 4 6 . Protokolun surətinin verilməsinin məcburiliyiŞəxsin Azərbaycan Respublikası gömrük orqanına gətirilməsi haqqında protokolun surətiimza etdirilməklə gətirilən şəxsə verilir.İnzibati qaydada saxlama haqqında protokolun surəti imza etdirilməklə inzibati qaydadasaxlanılan şəxsə verilir.Malların, nəqliyyat vasitələrinin, sənədlərin və digər əşyaların götürülməsi, malların,nəqliyyat vasitələrinin və başqa əmlakın üzərinə həbs qoyulması, əraziyə, binaya və nəqliyyatvasitələrinə gömrük müayinəsi keçirilməsi haqqında prosessual hərəkətin protokolunun surətiimza etdirilməklə, barəsində həmin hərəkətlər icra edilən fiziki şəxsə, vəzifəli şəxsə, idarə,müəssisə və təşkilatın rəhbərinə və ya onun müavininə, həmçinin hüquqi şəxs yaratmadansahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsə verilir.M a d d ə 3 4 7 . Sorğu-sual protokoluna olan əlavə tələblərƏgər sorğu-sual edilən şəxs işin mahiyyəti üzrə izahatını öz əli ilə yazmaq istəmirsə və yabunu edə bilmirsə, yaxud gömrük qaydalarının pozulması haqqında işin icraatını və ya bu işəbaxılmanı həyata keçirən Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsi bunu zərurihesab edirsə, sorğu-sual edilən şəxsin şifahi izahatı göstərilən vəzifəli şəxsin tərtib etdiyiprotokolda yazılır. Sorğu-sual edilən şəxsin izahatı birinci şəxs adından və mümkün qədərhərfən protokolda yazılır. Zəruri hallarda sorğu-sual edilən şəxsə verilən suallar və onuncavabları protokolda yazılır.On altı yaşa çatmış şahidin sorğu-sual protokolunda, onun imzası ilə təsdiq edilməklə izahatverməkdən imtina etmək və ya boyun qaçırmağa görə inzibati məsuliyyət haqqında şahidəxəbərdarlıq edilməsi barədə qeyd edilir. Şahid gömrük qaydalarının pozulmasına görəməsuliyyətə cəlb edilən şəxsin əridirsə (arvadıdırsa) və ya yaxın qohumudursa protokolda beləqeyd aparılmır.Əgər sorğu-sual tərcüməçi və ya mütəxəssisin iştirakı ilə keçirilibsə, protokolda tərcüməçi vəya mütəxəssisə onunu hüquq və vəzifələrinin izah edilməsi qeyd edilməlidir.Əgər gömrük qaydalarının pozulmasına görə məsuliyyətə cəlb edilən fiziki şəxs, vəzifəli şəxsvə ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs, yaxud gömrükqaydalarının pozulmasına görə məsuliyyətə cəlb edilən idarə, müəssisə və təşkilatın rəhbəri vəya onun müavini sorğu-sual edilirsə, sorğu-sual edilən şəxsə mütəxəssisə, həmçinin gömrükqaydalarının pozulması haqqında işin icraatını və ya bu işə baxılmanı həyata keçirənAzərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinə etiraz etmək hüququnun izahedilməsi barədə protokoda qeyd edilir.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!