13.07.2015 Views

azərbaycan respublikasının gömrük məcəlləsi mündəricat - VERTIC

azərbaycan respublikasının gömrük məcəlləsi mündəricat - VERTIC

azərbaycan respublikasının gömrük məcəlləsi mündəricat - VERTIC

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

1) gömrük qaydalarının pozulmasına görə məsuliyyətə cəlb edilməli olan fiziki şəxs qaçıbgizləndikdə və ya sair səbəblərə görə məsuliyyətə cəlb edilən şəxsin olduğu yer müəyyənedilmədikdə;2) məsuliyyətə cəlb edilən fiziki şəxs psixi və ya sair ağır xəstəliyə tutulmuş olduqda və bu,həkim tərəfindən təsdiq edildikdə;3) gömrük qaydalarını pozan şəxs müəyyən olunmadıqda.Bu maddənin birinci hissəsinin 1-ci bəndində göstərilən hallarda gömrük qaydalarınınpozulması haqqında işin icraatı bu Məcəllənin 287-ci maddəsi ilə müəyyən edilmiş icraatmüddəti keçdikdən sonra dayandırıla bilər. Bu maddənin birinci hissəsinin 2-ci və 3-cübəndlərində nəzərdə tutulan hallarda gömrük qaydalarının pozulması haqqında işlər üzrəicraat, icraat müddəti ərzində də dayandırıla bilər.Gömrük qaydalarının pozulması haqqında iş üzrə icraatın dayandırılmasına qədərAzərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsi məsuliyyətə cəlb edilməli olan şəxsiniştirakı olmadan da həyata keçirilməsi mümkün olan bütün prosessual hərəkətləri aparmalı, buMaddənin birinci hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən gömrük qaydalarınınpozulması haqqında işin dayandırılması üçün səbəb olmuş halların aradan qaldırılması üçünqanunvericiliklə nəzərdə tutulan hər cür tədbirlər görməlidir.Gömrük qaydalarının pozulması haqqında iş üzrə icraat Azərbaycan Respublikası gömrükorqanları vəzifəli şəxsinin qərarı ilə dayandırılır. Bu qərarda işin mahiyyəti və gömrükqaydalarının pozulması haqqında iş üzrə icraatın dayandırılmasının əsasları göstərilir.Məhkəmə-tibb eksperti və ya psixiatriya eksperti tərəfindən məsuliyyətə cəlb edilən fizikişəxsin Azərbaycan Respublikası gömrük orqanı vəzifəli şəxsinin yanına gəlməsinə imkanverməyən ağır və uzun sürən, lakin müalicə oluna bilən xəstəliyə tutulması müəyyənedildikdə, gömrük qaydalarının pozulması haqqında işin icraatı məsuliyyətə cəlb edilən fizikişəxs sağalanadək dayandırılır.Bu maddənin birinci hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən hallar aradan qaldırıldıqdaAzərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin qərarı ilə gömrük qaydalarınınpozulması haqqında iş üzrə icraat təzələnir.M a d d ə 2 9 9 . Gömrük qaydalarının pozulması haqqında iş üzrə məlumatlarınyayılmasının yolverilməzliyiGömrük qaydalarının pozulması haqqında işin materiallarında əks olunan faktik məlumatlar,həmçinin gömrük qaydalarının pozulması haqqında işlərin icraatı və bu işlərə baxılma iləəlaqədar şəxslərin Azərbaycan Respublikası gömrük orqanlarına çağırılması və həmin şəxslərinözləri haqqında məlumatlar, bu cür işlərə baxılmağa qədər, yalnız icraatı aparan və ya işəbaxan Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin, yaxud həmin gömrükorqanının və ya Azərbaycan Respublikası yuxarı gömrük orqanlarının rəisləri və ya onlarınmüavinlərinin, həmçinin Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyətiorqanının gömrük hüquqpozmaları ilə mübarizə üzrə struktur bölməsinin rəisi və ya onunmüavinlərinin icazəsi ilə elan edilə bilər.M a d d ə 3 0 0 . Gömrük işi sahəsində cinayətlərdən başqa sair cinayətlər haqqındaprokurora və ya ibtidai istintaq orqanlarına məlumat verilməsiGömrük nəzarətinin, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi və ya törədilmiş,törədilən və ya törədilməsinə hazırlıq görülən gömrük qaydalarının pozulması haqqındaərizələrin, müraciətlərin və digər məlumatların yoxlanılması, yaxud gömrük qaydalarınınpozulması haqqında işlərin icraatı və ya bu işlərə baxılma prosesində gömrük işi sahəsindəcinayətlərdən başqa, sair cinayətlərin əlamətləri aşkar edildiyi hallarda, AzərbaycanRespublikası gömrük orqanının rəisi və ya onun müavini aidiyyəti üzrə prokurora və ya ibtidaiistintaq orqanlarına bu barədə məlumat verir.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!