13.07.2015 Views

azərbaycan respublikası təhsil nazirliyi bakı dövlət universiteti fizika ...

azərbaycan respublikası təhsil nazirliyi bakı dövlət universiteti fizika ...

azərbaycan respublikası təhsil nazirliyi bakı dövlət universiteti fizika ...

SHOW MORE
SHOW LESS
• No tags were found...

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİBAKI DÖVLƏT UNİVERSİTETİFİZİKA PROBLEMLƏRİ ELMİ-TƏDQİQAT İNSTİTUTU“TƏSDİQ EDİRƏM”Fizika problemləri ETİDirektoruAMEA-nın müxbir üzvü_______prof.Hacıyev S.A._____________2011-ci ilNƏZƏRİ FİZİKA ŞÖBƏSİ“YÜKSƏK ENERJİLƏR FİZİKASI” QRUPUNÜVƏ FİZİKASIElementar zərrəciklərin, adron proseslərinin nəzəri hesablanması və mövcudeksperimental nəticələrlə müqayisəli analiziELEMENTAR ZƏRRƏCİKLƏRİN QARŞILIQLI TƏSİRİNİN KVANTXROMODİNAMİKASINDA VƏ NAMBU-İONA-LAZİNİOMODELLƏRİNDƏ TƏDQİQİmövzusunda 2011–ci il üçünH E S A B A T I“Yüksək enerjilər fizikası”qrupunun rəhbəriAMEA-nın müxbir üzvü,prof. S.A.HacıyevB A K I – 2 0 1 1

1. G İ R İ ŞAdronların kvark-qlüon quruluşunun nəzəri tədqiqi, bu quruluşuneksperimental öyrənilməsi yüksək enerjilər fizikası qarşısında duran mühümproblemlərdəndir. Məlumdur ki, adronların daxili strukturu dalğa funksiyalarıvasitəsilə xarakterizə olunur. Bu funksiyalar kvant xromodinamikasının (KXD)qeyri-perturbativ metodlarının köməyilə araşdırılır və ya mövcud eksperimentalnəticələrdən müəyyən edilir. Ona görə də, adron proseslərinin nəzəri hesablanmasıvə alınmış nəzəri ifadələrin müxtəlif eksperimental qrupların nəticələri iləmüqayisəli analizi aktual olaraq qalır.Proseslərin nəzəri hesablanmasında KXD-nin perturbativ, başqa sözləhəyəcanlaşma nəzəriyyəsinə əsaslanan üsulları ilə yanaşı digər metodlardan dageniş istifadə edilir. Sonuncular arasında KXD-nin işıq konusunda cəmləməqaydalarını, dəyişən qarşılıqlı təsir sabiti üsulunu və infraqırmızı renormalontexnikasını, holoqrafik KXD-nin hesablama metodlarını qeyd etmək lazımdır.Bundan başqa, adronların öyrənilməsində istifadə edilən və kvant-sahənəzəriyyəsinin qapalı inteqral tənliklərinə əsaslanan qeyri-həyəcanlaşma metodlarıda göstərmək olar. Həmçinin, fiziki sistemin miqyas invariantlığına görə onunkonkret dinamikası haqqında informasiya almağa imkan verən qrup-nəzərimetodlar adron fizikasına da tətbiq edilir.Qrupda aparılmış tədqiqatlarda həm perturbativ, həm də qeyri-perturbativKXD-metodlarından istifadə edilmiş, mezonların, protonların iştirakı ilə baş verənmüxrəlif eksklüziv, yarı-inklüziv proseslər, onların paylanma funksiyalarıöyrənilmişdir.2. STRUKTUR VƏ ŞTAT CƏDVƏLİ2

Hal-hazırda “Yüksək enerjilər fizikası” qrupunda 7 əməkdaş çalışır.Onlardan 1 əməkdaş elmlər doktoru, 5 əməkdaş isə elmlər namizədidir.Əməkdaşların 6 əməkdaş tam ştat, 1 əməkdaş 0.5 ştat vahidində çalışır.İCRAÇILARIN STRUKTUR VƏ ŞTAT CƏDVƏLİ№ Soyadı, adı, atası Təvəllüdü Vəzifəsi Elmi adı,elmi dərəcəsiŞtatvahidi1. Cəfərov Rauf Q. 1961 Baş elmi işçi f.-r.e.d., dos. 12. Ağayev Şahin S. 1957 Aparıcı e.i. f.-r.e.n., dosent 13. Bədəlov Vətən H. 1958 Aparıcı e.i. f.-r.e.n. 14. Məmmədov Şahin Ə. 1962 Aparıcı e.i. f.-r.e.n. 15. Əhmədov Azər İ. 1964 Böyük e.i. f.-r.e.n. 0,56. Əliyeva Təranə H. 1964 Böyük e.i. f.-r.e.n., dos. 17. Səfərova Gülnarə Ə. 1972 Kiçik e.i. 13

3. QRANTLAR ƏSASINDA YERİNƏ YETİRİLƏN ELMİ TƏDQİQAT İŞLƏRİ (cədvəl 15)a) Respublikadaxili qrantlar;b) Beynəlxalq qrantlarBAKI DÖVLƏT UNİVERSİTETİFİZKA PROBLEMLƏRİ ELMİ-TƏDQİQAT İNSTİTUTUNƏZƏRİ FİZİKA ŞÖBƏSİYüksək enerjilər fizikası qrupuCədvəl 153.1 RESPUBLİKADAXİLİ QRANTLAR№ Layihənin adı Layihənin İcraçılar Donor təşkilat Layihənin müddəti Layihənin dəyərirəhbəri1 2 3 4 5 61 Dörd-kvarklı qarşılıqlı f.r.e.d.f.r.e.d. BDU 01.10.2011- 1000 AZNtəsir modellərində səpilmə R.Q.Cəfərov R.Q.Cəfərov01.04.2012amplitudu üçün Bete-Solpiter tənliklərinin həllivasitəsilə Redce trayektoriyalarıngenerasiyası2 Yüksək effektli dəyişəntezlikli lazer şüa mənbələrininişlənib hazırlanmasıüçün dalğaların kvazisinxronqeyri-xətti qarşılıqlıtəsirinin öyrənilməsif.r.e.d. prof.R.C.QasımovaG.Ə.SəfərovaElmin İnkişafıFondu01.03.2011-01.03.201210.000AZN

3.2 BEYNƏLXALQ QRANTLAR№ Layihənin adı Layihənin İcraçılar Donor təşkilat Layihənin müddəti Layihənin dəyərirəhbəri1 2 3 4 5 61 Abşeron yarımadasınınf.r.e.d., prof. f.r.e.n. STCU 01.02.2009- 239898$Bakı ətrafı Q.Q.Məmmədov V.H.Bədəlov31.01.2011ərazilərində radioekolojitədqiqatlarınaparılması2 Higgs Boson Productionin New PhysicsModels at hadron,prof. C.Aydın f.r.e.n.A.İ.ƏhmədovTUBİTAK 01.07.2011-30.10.201112000YTLlepton and photoncolliders5

4. AMEA-nın Fizika İnstitutunun Yüksək enerjilər fizikası və nəzərifizika laboratoriyaları ilə əməkdaşlıq.5. “YÜKSƏK ENERJİLƏR FİZİKASI” QRUPUNDA APARILMIŞELMİ İŞLƏRİN XARAKTERİSTİKASIİSTİQAMƏT: NÜVƏ FİZİKASI.PROBLEM: YÜKSƏK ENERJİLƏR FİZİKASI.Mövzu: ELEMENTAR ZƏRRƏCİKLƏRİN QARŞILIQLI TƏSİRİNİNKVANT XROMODİNAMİKASINDA VƏ NAMBU-İONA-LAZİNİOMODELLƏRİNDƏ TƏDQİQİİş 1: HOLOQRAFİK KXD VƏ RENORMALON METODUÇƏRÇİVƏSİNDƏ MEZONLARIN ƏSAS VƏ YÜKSƏK TVİSTPAYLANMA FUNKSİYALARI.Mərhələ 3. Ekslüziv proseslərin və kəmiyyətlərin hesablanmasında holoqrafikpaylanma funksiyalarının tətbiqi.İcraçı Ağayev Ş.S.Pion-foton elektromaqnit keçid form faktoru kvant xromodinamikasının işıqkonusunda cəmləmə qaydaları çərçivəsində tədqiq edilmişdir. Analitikhesablamalarda pionun dalğa funksiyasında altı qeyri-asimptotik hədd nəzərəalınmış, həyəcanlaşma nəzəriyyəsində əsas həddə düzəliş yenidən hesablanmış vəədəbiyyatda mövcud olan səhvlər tapılaraq aradan qaldırılmışdır. Keçid formfaktoruna tvist-6 əlavələr ilk dəfə olaraq hesablanmışdır. Alınmış nəzəri nəticələrCLEO və, xüsusilə BaBar eksperimentlərinin nəticələrini izah etməyə imkanvermişdir. Eksperimentlərlə müqayisə nəticəsində pionun yeni model paylanmafunksiyaları tapılmışdır. Göstərilmişdir ki, bu funksiyalar təkcə pion-foton keçidiniyox, eyni zamanda pionun elektromaqnit form faktoru və B meson-pion keçid formfaktoru üçün mövcud olan eksperimental nəticələri də müvəffəqiyyətlə izah edir.İş 2: KVARK MODELLƏRİNDƏ ORTA SAHƏ PAYLANMASINDAKVARKLARIN RABİTƏLİ HALLARININ TƏDQİQİMərhələ 3. Dikvark və kvarkların rabitəli halı kimi yüngül adronlarınfiziki xüsusiyyətlərinin öyrənilməsiİcraçılar: R.Q. Cəfərov, T.H. ƏliyevaDördfermionlu qarşılıqlı təsirə əsaslanan, kiral simmetriyanın dinamikpozulması effektinə malik Nambu – İona-Lazinio modelinin qeyri-perturbativoblastda yüngül adronların öyrənilməsinə yararlılığı, həmçinin sonlu temperatur vəsıxlıqlarda kosmologiya və nüvə fizikasına tətbiq imkanlarının genişlənməsi,modeldə adronlara kvark və dikvark rabitəli halı kimi baxılması, onun (modelin)

strukturunun multi-mənbə formalizmində daha geniş tədqiq olunmasını gününtəlabatına çıxarir. Bu xarakterli tədqiqat, geniş öyrənilmiş Bete-Solpiter tiplitənliklərə gətirilməsi mümkünlüyü nöqteyi-nəzərindən çox zəruridir.Yuxarıdakıları nəzərə alaraq orta sahə paylanmasında, dikvark və triplekvarkrabitəli hallar üçün tənliklər alınıb tədqiq edilmişdir.İş 3: PROTON-PROTON TOQQUŞMASININ PERTURBATİV VƏHOLOQRAFİK KXD-DƏ TƏDQİQİMərhələ 3. Proton-proton toqquşmasında mezonların yaranmasıprosesində yüksək tvist effektlərini dəyişən qarşılıqlı təsir sabiti üsulu iləperturbativ kvant xromodinamikasında və holoqrafik kvantxromodinamikasında alınan nəticələri müqayisəli analiz etmək vəeksperiment baxımından yararlı hesablamaları davam etdirmək.İcraçı Əhmədov A.İİşdə proton–proton toqquşmalarında pionların inklüziv yaranması prosesindəyüksək tvist və renormalon effektləri dəyişən və dondurulmuş qarşılıqlı təsir sabitimetodları ilə perturbativ və holoqrafik kvant xromodinamikası çərçivəsindəöyrənilmişdir. pp → γ π X prosesinin effektiv kəsiyini hesablayarkən pionunpKXD-də hesablanmış asimptotik dalğa funksiyasından və həmçinin holoqrafikholholKXD-də alınmış φ asy (x)və φ VBGL (x)(A.Vega, İ.Schmidt, T.Branz, T.Gutsche,V.Lyubovitskiy) dalğa bunksiyalarından istifadə olunmuşdur.İş 4: DİRAK-MAKSVEL TƏNLİKLƏRİNİN HƏLL METODLARININTƏDQİQİMərhələ 3. Dirak-Maksvel tənliklərinin invariant həllərinin tədqiqiİcraçı Bədəlov V.HDirak-Maksvel tənliklər sisteminə Li qrup-nəzəri metodunun köməyiləinvariantlıq cəbri tapılmışdır. İnvariantlıq cəbrinə əsasən Kartan invariantlarmetodundan istifadə etməklə invariantların funksional bazisi müəyyən edilmişdir.Tənliklər sistemində dəyişənlərin sayı N = 12 , invariantlıq cəbrinin bazisoperatorlarının bütün koordinatlarından asılı olan ümumu matrisin ranqı r ∗ (ζ )olduğundan asılı olmayan invariantlar sayı s = N − r∗( ζ ) = 12 − r∗( ζ ) -dır. Tapılmışinvariant həllərin çoxüzlüsü H invariant qrupun qeyri-məxsusi çoxüzlüsüdürsə,tapılmış həllərin invariantlıq tələbi H invariant qrupun üzərinə müəyyənməhdudiyyət qoyur. Beləliklə, qeyri-məxsusi H invariant həllərin varlığı şərtininödənilməsi üçün r ∗ ( ξ ) = r ∗ ( ζ ) ≤ 4 olmalıdır və bu şərti ödəyən və ödəməyəninvariantlar müəyyən edilmişdir. Nəticədə, bütün səkkiz axtarılan funksiya buinvariantlarla ifadə olunur. İnvariant H həllərbir tam ədədlə, həllərin ρ ranqı iləxarakterizə olunur. Asılı olmayan tənliklərin sayı m = 8 olduğundan, həllərin ρranqı ρ = s − m = 12 − r ( ζ ) − 8 = 4 − r ( ζ ) olur. Qrupu tətbiq etdikdən sonra axtarılan∗∗7

səkkiz funksiya üçün müəyyən sayda adi diferensial tənliklər alınır. Laqranjianınəlavə simmetriyası nəticəsində alınan əlavə şərtlərə görə asılı olmayan dəyişənlərinsayı azalır və bunu davam etdirsək, sonda adi diferensial tənlik alınır. Tapılmışinvariant həllərin ρ = 0, 1, 2, 3 ranga görə həllərin klasifikasiyası aparılmışdır.Həmçinin tapılmış həllərin Lorens invariant simmetrik, silindrik həllər və konikavtomodel həllər olması öyrənilmlşdir.İş 5: XARİCİ XROMOMAQNİT SAHƏDƏ FOTONUN İKİ FOTONAPARÇALANMASI PROSESİ. HOLOQRAFİK KXD-DƏ ADRONLARINXÜSUSİYYƏTLƏRİMərhələ 3. Xarici xromomaqnit sahədə temperatur effektləri.İcraçı Məmmədov Ş.Ə.Delta baryonların elektromaqnit qarşılıqlı təsir zirvəsinə holoqrafik kvantxromodinamikasında baxılmıışdır. AdS/KXD modeli olaraq sərt-divar modeligötürülmüşdür. Bu model çərçivəsində Rarita-Şvinger sahəsi üçün 5-ci ölçü üzrəhərəkət tənliyinin həlli yazılmış, bu sahə üçün elektromaqnit cərəyanın tenzorstrukturu göstərilmiş, izospin qrupunun uyğun təsviri seçilmişdir. 5 ölçülü anti de-Sitter fəzasında qaşılıqlı təsir Laqranjianı yazılmış və göstərilmişdir ki, buLaqranjian elə elektromaqnit cərəyanına gətirir ki, onun tenzor strukturu Rarita-Şvinqer sahəsi üçün cərəyanın məlum tenzor strukturu ilə eynidir. Cərəyanlarınifadələrinin müqayisəsindən zirvə funksiyası əmsalları tapilmışdır.İş 6: MOLEKULLARDA NÜVƏ KVADRUPOL VƏ SPİN–SPİNQARŞILIQLI TƏSİRLƏRİNİN HESABLANMASIMərhələ 3. FH, HCl, N 2 , CO, LiH molekullarda nüvə kvadrupol və spinspinqarşılıqlı təsir enliyinin LCAO metodu ilə hesablanmasıİcraçı Əliyeva T.H.Molekulların kvadrupol momentinə malik nüvələrində nüvə kvadrupolqarşılıqlı təsir enerjilərini Xartri-Fok-Rutan metodu ilə hesablayarkən Sleyter atomorbitalları daxil olan bir-, iki- və üçmərkəzli inteqrallar meydana çıxır.Molekulların bir çox xassələrini, o cümlədən nüvə kvadrupol qarşılıqlı təsirenerjisini hesablayarkən bazis atom orbitalları kimi Sleyter atom orbitallarındanistifadə etmək məqsədə uyğundur.Hesabat ilində Sleyter atom orbitalları daxil olan iki- və üçmərkəzli nüvəkvadrupol qarşılıqlı təsir inteqralları üçün ümumi analitik ifadə alınmışdır. Buməqsədlə Sleyter funksiyalarının köçürmə düsturundan istifadə olunmuş, iki-, üçvədördmərkəzli inteqrallar daha sadə birmərkəzli inteqralların sırası şəklində ifadəolunmuşdur. FH, HCl, N 2 , CO, LiH molekullarının kvadrupol nüvələrində elektriksahəsinin qradiyenti hesablanmışdır.İşdə həmçinin spin-spin qarşılıqlı təsir inteqralları üçün Sleyter funksiyalarıbazisində analitik ifadələr alınmışdır.8

İş 7. NİZAMLI DOMEN QURULUŞUNDA DALĞALARIN FAZADƏYİŞMƏLƏRİNİ NƏZƏRƏ ALMAQLA ÜÇ DALĞALI QARŞILIQLITƏSİRİN ÖYRƏNILMƏSİMərhələ 3. Fərq tezlikli dalğaların generasiyası zamanı kvazisinxronizmrejiminin təhlili.İcraçı Səfərova G.Ə.Kvazisinxron qarşılıqlı təsirdə nizamlı domen quruluşunda tezliyinçevrilməsi prosesləri bir sıra işlərdə tədqiq olunmuşdur ki, burada əsassən sabitamplitud yaxınlaşmasından istifadə edilir. Harmonika generasiyası halında, sabitintensiv yaxınlaşmada dalğaların qeyri-xətti kvazisinxron qarşılıqlı təsirinin təhliligöstərdi ki, məsələnin optimal parametrlərini seçməklə çevrilmə effektivliyiniənənəvi bircins qeyri-xətti mühit halında müqayisə də xeyli atırmaq olar.Hesabat ilində dissipativ və dispersiyaedici mühitlərdə qarşılıqlı təsirdə olanbütün dalğaların faza dəyişmələrini nəzərə almaqla dalğanın fərq tezliyindəgenerasiyasına nəzəri baxılmışdır.Koherent şüalanmanın kiçikölçülü mənbələrinin yaradılması lazer fizikasınınaktual problemidir. Bu problemi bu oblastda ən yeni nailiyyətlərin və qeyri-xəttioptikanın köməyilə həll etmək olar. Bu istiqamətdə optik tezliklərin çevrilməsininmüxtəlif üsulları aktiv tədqiq olunur.9

6. ÇAP OLUNMUŞ ELMİ İŞLƏRİN SİYAHISI6.1 RESPUBLİKADA ÇAP OLUNMUŞ MƏQALƏLƏRİN SİYAHISI№ Mövzunun adı Jurnalın adı, tarixi, №-si,Müəlliflərsəhifəsi1 2 31 D -ölçülü Şredinger tənliyinin Vud-Sakson potensiallı “Opto, nanoelektronika vəV.H.Bədəlovsahədə l ≠ 0 halı üçün supersimmetrik həllikondensə olunmuş mühit fizikası”Respublika Elmi Konfransı, 16-17dekabr, s., 20112 Abşeron yarımadasının torpaqlarında dozimetrik və “Opto, nanoelektronika və Q.Q.Məmmədov,spektrometrik ölçmələrkondensə olunmuş mühit fizikası” M.Ə.Ramazanov, V.H.Bədəlov,Respublika Elmi Konfransı, 16-17 C.Ə.Nagıyev,dekabr, s., 20113 Çoxmərkəzli spin-spin qarşılıqlı təsir inteqrallarının Sleyter “Opto, nanoelektronika vəT.H. Əliyevafunksiyalarının köçürmə düsturu tətbiq etməklə analitik kondensə olunmuş mühit fizikası”hesablanmasıRespublika Elmi Konfransı, 16-174 Phase effects at parametric interaction in intense light fieldsin noncentrosymmetrical mediadekabr, s., 2011Bakı Universitetinin Xəbərləri, №1, 2011, s. 145 - 156J. Kasumova, G.A. Safarova, L.S.Gadjieva

6.2 XARİCDƏ ÇAP OLUNMUŞ MƏQALƏLƏRİN SİYAHISI№ Mövzunun adı Jurnalın adı, tarixi, №-si,Müəlliflərsəhifəsi1 2 310 ∗Light cone sum rules for the π γ γ form factor revisited Phys. Rev. D 83, 054020, 2011 S.S.Agaev, V.M.Braun, N.Offen,F.A.Porkert,2 The meson production in photon-photon collisions in Int. J. Mod.Phys. E v.20, N 5, A.I.Ahmadov, R.M.Burjaliyevnext –to-leading order and intrared renormalons p.1243-1270, 20113 Meson production in proton-proton collisions in the naivenon-abelianization approximation and the role of infraredarXiv: hep-ph/1107.1562A.I. Ahmadov, Sh.M. Nagiyev, E.A.Dadashovrenormalons4 Energy spectrum for chromoelectric flux tube in the Int. J. Theor. Phys. 50, 1819 (2011) Shahin Mamedov, Douglas Singletonglasmaand Shemsettin Turkoz5 Electromagnetic interaction vertex of delta baryons in arXiv: hep-ph/1103.3778Sh.Mamedovhard-wall AdS/QCD model6 Analytical solutions of the D-dimensional Schrödinger arXiv: math-ph /1111.4734V.H.Badalov, H.I.Ahmadov.equation with the Woods-Saxon potential for arbitrary l -state7 Optical waves intracavity interaction in domain structureswith quadratic and cubic nonlinearity8 Параметрическое преобразование мощного лазерногоизлучения в нецентросимметричных средахThe International Academy ofScience and Higher Education (GreatBritain). VIII International Scientificand Practical Conference "Space andtime - coordinate system of humandevelopment". August 25 – 1 Sept.2011, p. 85-86.Молодежь и наука: Реальность ибудущее. Материалы IVМеждународной научно-практическойконференции, Украина, томIV,Естественные и прикладныенауки, 2011 г с.218-220.11R.J. Kasumova, G.A. SafarovaКасумова Р.Дж., Гаджиева Л.С.,Сафарова Г.А.

6.3 RESPUBLİKADA ÇAP OLUNMUŞ TEZİSLƏRİN SİYAHISI№ Mövzunun adı Jurnalın adı, tarixi, №-si,səhifəsi1 The Bethe-Salpeter type equation for three-quark bound Abstract Book of 4-th Congress ofstatesthe Turkic World MathematicalSociety (TWMS) Baku,Azerbaijan, 1-3 July, 2011, p. 218MüəlliflərR.G. Jafarov6.4 XARİCDƏ ÇAP OLUNMUŞ TEZİSLƏRİN SİYAHISI№ Mövzunun adı Jurnalın adı, tarixi, №-si,səhifəsi1 The equations for multi-particle relativistic systems in Abstract Book of Internationalthe framework of multi-local source formalism Conference “Continuum Mecha-nicsand Related Problems of Analysis” toCelebrate the 70th Anniversary of theGeorgian National Academy ofScience & the 120th Birthday of itsFirst President Academician N.Muskhelishvili, Tbilisi, Georgia, 9-142 Quasi-phase-matched interaction of the optical waves atintracavity harmonics generationSeptember, 2011, pp.140-141Proceedings of Asia-PacificConference on FundamentalProblems of Opto- and Microelectronics(Samara, 4-8 July). - LPI,2011. - Russia, Moscow- 1 DVD-ROM, SAMP 1. ISBN 978-5-902622-20-8.MüəlliflərR.G. JafarovR.J. Kasumova, G.A. Safarova12

7. XARİCİ DÖVLƏTLƏRİN TƏHSİL VƏ ELMİ MÜƏSSİSƏLƏRİİLƏ ƏLAQƏLƏR7.1.Elmi-texniki əməkdaşlıq1. Ş.S. Ağayev Almaniyanın Regensburq Universitetinin Nəzəri fizikainstitutu ilə əməkdaşlığı davam etdirir.2. A.İ. Əhmədov Qaradəniz Texniki Universitetinin Fizika bölümününəməkdaşları ilə birgə tədqiqat aparır.3. Ş.Ə. Məmmədov Ankara Universitetinin Fizika bölümündə birgə elmi işaparmışdır.4. R.Q. Cəfərov Rusiyanın Yüksək Enerjilər Fizikası İnstitutunun NəzəriFizika Divizyonu ilə birgə elmi iş aparır.7.2. Qrupun əməkdaşları hesabat ilində aşağıdakı beynəlxalqkonfranslarda məruzələrlə çıxış etmişlər:1. R.Q. Cəfərov, “Continuum Mechanics and Related Problems of Analysis”(Tbilisi, Gürcüstan, 9-14 Sentyabr, 2011) Beynəlxalq Konfransda iştirak etmiş vəməruzə etmişdir.2. Ş.Ə.Məmmədov "Recent Advances in Quantum Field and String Theory"(Tbilisi, Gürcüstan) Beynəlxalq Konfransda iştirak etmiş və məruzə etmişdir (26-30 Sentyabr, 2011).7.3. Əməkdaşlarımız 2011-ci ildə aşağıdakı qrantları qazanmış və yaqrantlarda iştirak etmişlər:1. R.G. Cəfərov – BDU-nun 50+50 qrantı2. A.Əhmədov – Konuk Bilim İnsani Destekleme Proqramı (TÜBİTAK)2221 N-li qrantı (01.07.2011-30.10.2011 Qaradəniz Texniki Universitetinə elmiezamiyyət).3. V.Bədəlov –STSU əməkdaşlıq qrantında (STCU 3998) iştirak edir(Ukrayna Elmi Texnoloji Mərkəz, Kiyev ş.).4. G.Səfərova –Azərbaycan Respublikasının Prezidenti yanında Elminİnkişafı Fondunun 2010-2011-ci il qrantı (http://www.elmfondu.az).7.4. Xaricdə çap edilmiş məqalələr (ottisklər əlavə olunmalıdır)Xaricdə 8 məqalə çap olunmuşdur.7.5 İmpakt –faktoru olan jurnallarda çap olunmuş məqalələr haqqındaməlumat (ottisklər əlavə olmaqla) 3 məqalə8. ELMİ-TƏDQİQAT İŞLƏRİNİN NƏTİCƏLƏRİNİN TƏTBİQİ8.1 Dövlət və özəl strukturlarda tətbiq olunmuş elmi nəticələr – yoxdur.

8.2 Təhsildə elmi-tədqiqat işlərinin nəticələrinin və informasiyatexnologiyalarının tətbiqi. Elmi –tədqiqat işlərinin səmərəliliyi.Yoxdur.8.3 İstehsalatda tətbiq üçün hazır olan işlər haqqında məlumat.Yoxdur.9. PATENT VƏ İNFORMASİYA İŞLƏRİYoxdur.10. DÖVLƏT PROQRAMLARININ İCRASIYoxdur.10.1 “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafıüzrə Milli Strateqiya”-nın həyata keçirilməsi ilə bağlı “Dövlət Proqramı”Yoxdur10.2 “Azərbaycan Respublikasında kitabxana –informasiya sahəsinin2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”Yoxdur10.3 “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil alitəhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”Yoxdur11. ETİ, ETM-də keçirilmiş ELMİ KONFRANSLARIN,SEMİNARLARIN, SİMPOZİUMLARIN XARAKTERİSTİKASIHesabat ilində qrupun əməkdaşları Ş.S.Ağayev, R.Q.Cəfərov, T.H.Əliyevavə G.Ə. Səfərova “Fizikanın Müasir Problemləri” V Respublika Konfransınıntəşkilində iştirak etmişlər.12. ETİ, ETM, ETL-də ELMİ-PEDAQOJİ KADRLARINHAZIRLANMASIBDU-nun “Nəzəri fizika” kafedrasında magistr işlərinə rəhbərlik edilir.13. DİSSERTASİYA MÜDAFİƏSİ VƏ DİSSERTASİYAŞÜRALARININ FƏALİYYƏTİHesabat ilində qrupun əməkdaşı G.Ə. Səfərova “Kvadratik, kubik qeyri–xətti optik kristallarda dalğaların koherent səpilməsi və tezliyin parametrikçevrilməsi zamanı faza effektləri” mövzusunda dissertasiya işini müdafiə etmişdir.14

14. 2012-CI ILDƏ LAZIM OLAN AVADANLIQElmi avadanlıqlar haqqında məlumatCədvəl 16№ Elmi cihazların yaşxarakteristikası5 ilə 6-10 il 10 ildənqədərartıq2011-ci ildəalınmış yeniavadaniıqlarınsayıAvadanlıqlarınadıBir avadanlığınqiymətiYeni elmi avadanlıqlara tələbat(2012-2013-cü illərdə)AlınacaqavadanlıqlarınsayıYekun qiymət1 2 3 4 5 6 7 81 - - - - kompüter 800 5 4000 manat2 - - - printer 125 2 250 manatskaner 150 manat 1 150 manatksereks aparatı 250 manat 1 250 manatsürətli internet

15. ƏSAS NƏTICƏLƏR VƏ TƏKLIFLƏRNəticələr:1. Pionun elektromaqnit keçid form faktoru KXD-nin işıq konusundacəmləmə qaydaları çərçivəsində tvist-6 dəqiqliyi ilə, pionun paylanmafunksiyasında altı qetri-asimptotik hədd nəzərə alınmaqla hesablanmışdır. BABAReksperimentinin müvafiq nəticələri izah edilmişdir.2. Orta sahə paylanması çərçivəsində dörd-fermionlu qarşılıqlı təsirliNambu-İona-Lasinio modelində üç-kvarklı rabitəli sistem üçün Bete-Solpiter tipliintegral tənlik alınmışdır.3. Dirak-Maksvel tənliyinin invariant həlləri tapılmış, ranqa görə həllərinklassifikasiyası verilmişdir.Təkliflər:1. Pionun yeni paylanma funksiyalarından başqa eksklüziv və yarı-inklüsivproseslərin hesablanmasında istifadə edilsin.2. KXD-nin işıq konusunda cəmləmə qaydaları və renormalon metoduçərçivəsində digər mezonların, xüsusilə eta mezonların elektromaqnit keçid formfaktorlarının hesablanması məqsədəuyğun sayılsın.3. Dörd-fermionlu qarşılıqlı təsir modellərində yeni ikifermionlu vəüçfermionlu mənbə formalizmində dikvarklar üçün funksiyaların tədqiqi davametdirilsin və renorm-qrup metodları ilə amplitudun asimptotikası öyrənilsin.4. Yüksək tvist effektlərinin proton-proton toqquşmasında hesablamaq və buişləri holoqrafik KXD-də davam etdirmək.5. Dirak –Maksvel tənliyinin həllərinin qurulması istiqamətində işlər davametdirilsin.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!