13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────bunun əvəzində azərbaycanlıların qədimdən məskunlaşdığı və kompakt yaşadıqları bir neçə Ermənistanrayonunun Azərbaycana birləşdirilməsini tələb edir. Bağırovun məktubunu müzakirə edən SSRİ rəhbərliyiErmənistanın iddiasını qəbul etmir. Nəticədə Ermənistan rəhbərliyinin Dağlıq Qarabağın Ermənistan tərkibinədaxil etmək haqqında təklifi qəti rədd edilmiş olur.1985-ci ilin dekabrında ABŞ-dakı daşnak partiyası və erməni milli komitəsi Böyük Ermənistan yaratmaq vəQarabağla Naxçıvanı, habelə Gürcüstanın Axalkalaki bölgəsini Ermənistana birləşdirməyi strateji məqsəd elanetdilər. O vaxtdan Dağlıq Qarabağ məsələsi ilə bağlı Ermənistanın iddiaları daha aşkar xarakter almışdır.Ermənistan beynəlxalq hüquq normalarını və BMT nizamnaməsini kobudcasına pozaraq yuxarı Qarabağüstündə respublikamıza qarşı elan olunmamış müharibəyə başladı, sərhədlərimizdə, hətta vətənimizin daxiliərazilərində günahsız qocaların, qadınların və məsum körpələrin qanı töküldü. “Böyük Ermənistan” yaratmaqməqsədini qarşıya qoyan təcavüzkar Yerevan Azərbaycanın xeyli hissəsini işğal etdi. 330 min nəfərdən çoxəhalisi olan Naxçıvanı blokadaya aldı. Ermənistan parlamenti isə daha da irəli gedərək 1989-cu il dekabr ayının1-də Dağlıq Qarabağın Azərbaycan tərkibindən çıxarılaraq Ermənistana birləşdirilməsi barədə qərar qəbul etdi.1990-cı ildə isə Dağlıq Qarabağdan Ermənistan parlamentinə 12 nəfər deputat seçildi.Yuxarıda sadalananları qeyd etməkdə məqsədimiz Ermənistanın təcavüzkarlığının gedişini açmaqla yanaşı,onun beynəlxalq tərəflərini şərh etməkdi. Azərbaycana qarşı təcavüzkarlığını pərdələmək üçün Ermənistanmünaqişənin kökləri barədə yanlış təsəvvür yaratmağa çalışırdı. Münaqişənin kökləri isə əslində əsasənaşağıdakılardan ibarətdir və onların deyilməsi vacibdir:Birincisi, Dağlıq Qarabağ münaqişəsinin kökləri dini, milli və etnik amillərdən deyildi, onu Azərbaycancəmiyyətinin inkişafı törətməmişdi. Bu münaqişənin əsas səbəbi Ermənistanın Azərbaycana qarşı əsassız əraziiddiaları idi. Azərbaycana qarşı Ermənistanın ərazi iddiaları isə 80-ci ilin ortalarından başlanmırdı. ÇarRusiyasının Azərbaycanın işğal etdiyi dövrdə, bütün sovet hakimiyyəti illərində, əvvəlcə 20-ci illərdə, sonra1950-80-cı illərdə Azərbaycanın ərazisi keçmiş mərkəzi orqanlar tərəfindən düşünülmüş şəkildə hissə-hissəparçalandı və zəngin təbii sərvətləri ilə birlikdə Ermənistana verildi. Nəticədə, 1918-20-ci illərdə 114 min km2ərazisi olan Azərbaycanın torpaqları ədalətsizcəsinə parçalanıb, paylanaraq 86,6 min km2-ə endirildi;İkincisi, antitürk, eləcə də, antiazərbaycan siyasəti Ermənistanın xarici siyasətinin rəsmi baş xəttinə vədövlət ideologiyasına çevrildi. Sovet hakimiyyəti illərində Ermənistanda yaşayan azərbaycanlılarınməskunlaşdığı şəhər, qəsəbə və kəndlərin tarixi adları dəyişdirildi, məscidlər, qəbiristanlıqlar yerlə-yeksanedildi və xəritədən silindi. Əsrin əvvəllərində əhalisinin yarıdan çoxu azərbaycanlılar olan Ermənistanda birnəfər də olsun azərbaycanlı qalmadı. Bir hissəsi 1918-1920-ci illərdə, ikinci hissəsi 1948-1952-ci illərdəqovulan azərbaycanlıların sonuncu 205 min nəfəri 1988-ci ildə bir neçə gün ərzində Ermənistandan vəhşicəsinəqovuldu. Nəticədə Ermənistan vətəndaşlarının 99 faizi ermənilərdən ibarət olan vahid millətli respublikayaçevrildi. Buna görədə Ermənistanın hərəkətlərinə regional hadisə kimi baxıla bilməz. Belə hərəkətlər bütündünya birliyini düşündürməlidir;Üçüncüsü, Ermənistanın öz təcavüzkarlığını “erməni xalqının öz müqəddəratını təyin etməsi hüququ” kimiqələmə verməklə ört-basdır etməsinin heç bir əsası yoxdur. Çünki erməni xalqı artıq müqəddəratını təyin edərəkvə hətta qonşu xalqların torpaqlarını zorla tutaraq Ermənistan adlı dövlət yaradıb.Beynəlxalq birliyin qəbul etdiyi sənədlər də Ermənistanın əsassız iddialarının əleyhinədir. ATƏTsənədlərində göstərilir ki, öz müqəddəratını təyin etmək məqsəd deyil, vasitə olmalıdır, xalqların kollektiv, dincvə demokratik yolla inkişafına xidmət etməlidir. Bu qarşıya qoyulmuş məqsədlə, xüsusən ayrılma iləeyniləşdirilə bilməz. Öz müqəddəratını təyin etmək ayrılmaq demək deyildir. Öz müqəddəratını təyin etməkmütləq hüququ olmayıb, başqa xalqların da hüquqlarının tarazlaşdırılmasını nəzərdə tutmalıdır. Nəticədə özmüqəddəratını təyin etmək başqa xalqların hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır. Zorakılıqmillətlərin öz müqəddəratını təyin etməsində yolverilməzdir. Xarici dövlətlər bu məsələdə bitərəf olmalıdırlar.Öz müqəddəratını təyin etmək istənilən dövlətin ərazi bütövlüyünün pozulmasına və separatçılığagətirməməlidir;Dördüncü, Ermənistanın Qarabağın dağlıq hissəsindəki ermənilərin hüquqlarının pozulması barədəböhtanlarının da əsası yoxdur. Çünki Azərbaycan xalqı daimi erməni xalqına böyük xeyirxahlıq göstərərək onaən yaxşı şərait yaratdı, sonuncu tikə çörəyini onlarla böldü, onlara sığınacaq verdi. Onlar üçün erməni dilindəradio, televiziya verilişləri, ali və orta məktəblər, mədəni-maarif müəssisələri açdı, qəzet və jurnallar, teatrlaryaratdı. Ən nəhayət, respublikada ən müxtəlif vəzifələrdə erməni xalqının nümayəndələri işləyirdilər və onlarAzərbaycanın tam bərabərhüquqlu vətəndaşları idilər.Beşinci, Dağlıq Qarabağın sosial-iqtisadi inkişafının geriliyi barədə mülahizələr də əsassızdır. Çünki, buregionun inkişafı nəinki Azərbaycanın və keçmiş SSRİ-nin digər respublikalarının , hətta Ermənistanın özününinkişafından da yüksək idi. Münaqişə yeni başlayarkən hətta erməni mütəxəssisləri də bunu etiraf edirdilər.Göründüyü kimi, münaqişə heç də ermənilərin iddia etdiyi kimi ,milli, dini , etnik zəminli deyil, DağlıqQarabağ ermənilərinin Ermənistanın və millətçi, şovinist ermənilərin təhriki ilə Azərbaycan dövlətini91

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!