13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────təsdiqləmişdir. Məhz Ermənistanın xüsusi xidmət orqanları terror aktlarının icrası üçün cinayətkarları zəruripartlayıcı materiallar və texniki vasitələrlə təchiz etmiş və maliyyələşdirmişlər. Azərbaycanın milli təhlükəsizlikorqanları həmin cinayətin 43 təşkilatçısını və icraçısını aşkarlamış, onlardan 30 nəfəri Azərbaycan RespublikasıAli Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum olunmuşdur, ölkənin hüdudlarından kənarda gizlənənlərbarədə isə əməliyyat-axtarış tədbirləri davam etdirilir.Bu dəhşətli terror aktının qeyri-adiliyi ondadır ki, Azərbaycan torpaqlarını işğal edən və Dağlıq Qarabağınseparatçı rejiminə himayədarlıq edən qonşu Ermənistanın xüsusi xidmət orqanları həmin cinayəti həyatakeçirmək üçün terrorçuları digər həmsərhəd ölkədə - Rusiya Federasiyasında, ölkəmizin bir sıra şimal rayonlarıbarəsində ərazi iddiaları irəli sürən separatçılar sırasından hazırlamışlar. Bu isə müxtəlif etnik yönümlüseparatçılar arasında qarşılıqlı əlaqələrin beynəlxalq terrorizmin əsas tərkib hissələrindən biri olduğuna daha birsübutdur.Təəssüf ki, bu yeganə fakt deyil. Belə ki, 2000-ci ilin əvvəlindən etibarən Azərbaycanın şimal rayonlarındayaşayan avar xalqının adından separatçılıq hərəkatını başlamaq məqsədini güdən bir qrup fəallaşmışdı. 2001-ciilin iyun ayından Dövlət Yol Polisinin postlarına, rayon polis şöbəsinə və hərbi hissəyə bir neçə basqınlar, ŞeyxŞamilin abidəsinin partladılması kimi cinayətlərin törədilməsi Zaqatala və Balakən rayonlarında vəziyyətikəskinləşdirmişdi.Həmin cinayətlərin istintaqı zamanı göstərilən qrupun rəhbəri Hacı Maqomedovun və sonradan onun həbsedilmiş silahdaşı Şaban Buşdiyevin erməni xüsusi xidmətlərinin nümayəndələri ilə əlaqələri olması faktıaşkarlanmışdır.1997-ci ildə onların hər ikisi Azərbaycan ərazisində «Avar dövləti»nin yaradılması üçün 1 milyon ABŞdolları və 1000 ədəd avtomat silahın alınması məsələsinin müzakirəsi məqsədi ilə Yerevan və Xankəndiyə səfəretmişlər. Sonradan onlar bu danışıqları Mahaçqalada davam etdirmiş və nəticədə 1000 ədəd avtomat silahın və300 min ABŞ dollarının verilməsi barədə razılığa gəlmişlər. Bundan sonra avar separatçılarının «Car-Balakəndövləti»nin yaradılması ideyası və bu istiqamətdə fəaliyyətlərinə dəstək almaq üçün H.Maqomedov 2001-ci ilindekabr ayında yenidən Yerevana getmişdir. Bu səfərin əsas məqsədi yaz-yay mövsümündə yerli icrahakimiyyətinin binasının zəbt edilməsi, həbs olunmuş silahdaşlarının azadlığa buraxılması şərti ilə vəzifəlişəxslərin girov götürülməsi və dövlətə qarşı digər cinayət əməlləri üçün müxtəlif növ silah, o cümlədən istilikraketlərinin alınması idi.2001-ci ilin sentyabr ayında Zaqatala rayonu ərazisində müxtəlif cinayət əməlləri törədilməsi ilə əhalini təsiraltında saxlamağa, ərazini nəzarətsiz zonaya çevirməyə cəhd göstərən şəxslərin dindirilməsi zamanı məlumolmuşdur ki, onların silah və maddi cəhətdən təchiz edilməsində separatçı-terrorçu qurumun «müdafiə naziri»və digər «rəhbər işçiləri» birbaşa iştirak etməklə, həmin şəxsləri separatçı hərəkətlərə təhrik etmişlər.1994-cü ilin iyul ayının 3-də Bakı metrosunun «28 may» və «Gənclik» stansiyaları arasında 13 nəfərinölümü, 42 nəfərin yaralanması ilə nəticələnən terror aktı Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkiledilmişdir. Bu məqsədlə Qarabağ uğrunda gedən döyüşlər zamanı əsir düşmüş Azər Aslanovun anasını aldadıbYerevana çağırmış, oradan Azərbaycanın işğal olunmuş ərazilərinə apararaq girov saxlayıb A.Aslanovu həmincinayəti törətməyə sövq etmişlər (bu fakt erməni millətçi-separatçı ekstremizminin əsas ideoloqlarından biri,hazırda İnterpol xətti ilə axtarışda olan Zori Balayanın «Cəhənnəm və cənnət arasında» kitabında öz əksinitapmışdır). İstintaq və məhkəmə prosesində sübuta yetirilmişdir ki, A.Aslanovun terrorçu kimi hazırlanmasının«ideoloji təminatında» Zori Balayanın və Dağlıq Qarabağ erməni separatçılarının lideri olmuş, hazırdaErmənistan Respublikasının prezidenti Robert Koçaryanın iştirakı olmuşdur.90-cı illərin əvvəllərindən etibarən beynəlxalq terrorçu qrupların liderlərinin reabilitasiyasına çalışanErmənistan rəhbərliyi xarici diasporanın radikal təşkilatlarının, xüsusilə «Daşnaksutyun», ASALA, MAQ,«Erməni birliyi», «Erməni Azadlıq Cəbhəsi» və digər terror təşkilatları fəallarının Ermənistan ərazisindətoplanması məqsədi ilə genişmiqyaslı kampaniyaya başlamış, onların fəaliyyətlərinə siyasi-hüquqi şəraityaradaraq sığınacaq vermiş, pul, silah, saxta sənəd və nəqliyyatla təchiz etmişdir. Həmçinin Azərbaycandaermənilərin sıx yaşadıqları əraziyə yardım adı altında bir sıra xarici dövlətlərdən terrorçular, silah və maliyyəvəsaitləri göndərilir, Türkiyə nümayəndəliklərinə qarşı terror aktları törətmiş ermənilərin azad olunması vədəstəklənməsi Ermənistanda dövlət səviyyəsində təşkil olunurdu. Belə ki, Suriyada doğulmuş, ASALA üzvü,1983-cü ilin iyun ayında Fransanın Orli aeroportunda partalyış törətdiyinə görə həbs edilmiş VarujanKarapetyanın Ermənistan xüsusi xidmət orqanları tərəfindən Eçmiədzin kilsəsinin imkanları vasitəsi ilə azadolunması üçün imza toplama kompaniyası keçirilmişdir.Fransada terror aktları törətdiyinə görə həbs edilmiş ABŞ vətəndaşı, tanınmış beynəlxalq terrorçu MonteMelkonyan azad olduqdan sonra 1990-cı ildə Ermənistandan Dağlıq Qarabağa göndərilərək azərbaycanlıları öztorpaqlarından məcburi köçkün vəziyyətinə salmış terrorçu qruplara rəhbərlik etmişdir. 1993-cü ilin yayındaAzərbaycan qoşun hissələri tərəfindən məhv edilmiş M.Melkonyanın Yerevanda dəfn mərasimində prezident77

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!