13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Qarabağın işğalıAzərbaycan Respublikası – Cənubi Qafqazın Şərqində, ərazisinin əksər hissəsi Xəzər dənizi sahillərindəyerləşən müstəqil dövlətdir.1918-1920-ci illərdə İslam Şərqində ilk demokratik cümhuriyyət - Azərbaycan Xalq Cümhuriyyətiqurulmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 114 min km 2 olmuşdur. Sovet Rusiyası tərəfindənişğal ediləndən sonra 1920-ci ilin dekabrında Azərbaycanın Zəngəzur qəzası Ermənistana birləşdirilmişdir.Hazırda Azərbaycan Respublikasının ərazisi 86,6 min km2, əhalisi 8 mln. 200 min nəfərdir. Paytaxtı Bakışəhəridir.1920-ci il aprel ayının 28-də Sovet Rusiyası tərəfindən işğal edilən Azərbaycan Respublikası 1991-ci iloktyabrın 18-də yenidən dövlət müstəqilliyini bərpa etmişdir.Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisivə onun ətrafındakı 7 inzibati rayonu işğal altına düşmüşdür.1988-1993-cü illərdə işğal edilmiş Azərbaycan əraziləri: Dağlıq Qarabağ: işğal tarixi – 1988-1993-cü illər, ərazisi 4400 km2. (Şuşa, Xankəndi, Xocalı,Əsgəran, Xocavənd, Ağdərə, Hadrut); Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi – 1875 km2; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 1936 km2; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1154 km2; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 km2; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1112 km2; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 826 km2; Zəngilan rayonu: işğal tarixi - 30 oktyabr 1993-cü il, ərazisi - 707 km2.Beləliklə, Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğaledilmiş, 20 mindən çox insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur. Birmilyondan artıq insan 10 ildən çoxdur ki, qaçqın və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanınazərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətinin qurbanı olmuş, elementar insan haqlarındanməhrum edilmişdir.İşğal nəticəsində 900-dən artıq yaşayış məntəqəsi talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye,kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilmiş, ümumi yaşayış sahəsi 9 mln m2-dən artıq olan 150min yaşayış binası dağıdılmış, 4366 sosial mədəni obyekt, eyni zamanda 695 tibb ocağı məhv edilmişdir. İşğaledilmiş ərazilərdə kənd təsərrüfatı sahəsi, su təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat vəkommunikasiya xətləri tam sıradan çıxarılmışdır. Dağıntılar nəticəsində iqtisadiyyata 60 milyard ABŞdollarından artıq ziyan dəymişdir.Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey,100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır. Belə ki, Kəlbəcər tarix diyarşünaslıq muzeyi yerləyeksan olunduqdan sonra muzeyin ekspoziyasına daxil olan nadir qızıl və gümüş zinət əşyaları, ötən əsrlərdətoxunmuş xalçalar Ermənistana daşınmışdır. Şuşadakı tarix muzeyinin, Ağdamdakı çörək muzeyinin,Zəngilandakı Daş Abidələr muzeyinin də taleyi belə olmuşdur. Oğurlanmış və məhv edilmiş bu tarixi-mədənisərvətlərin dəyərini müəyyənləşdirmək, pulla qiymətləndirmək mümkün deyildir. Bir sözlə, ErmənistanRespublikası «Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında» Haaqa Konvensiyasının və«Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında» Paris Konvensiyasının müddəalarını kobudcasınapozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylıqətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycanərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası bu gün də işğalçılıqsiyasətini davam etdirir.73

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!