13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Tarixi aspektAzərbaycan ərazisində ilkin dövlətçilik ənənələri hələ miladdan əvvəl III minillikdə təşəkkül tapmışdır.Eramızdan əvvəl III minilliyin birinci yarısında yaranmış Aratta, eramızdan əvvəl III minilliyin ikinci yarısındamövcud olmuş Lullubum və Kutium dövlətləri erkən Azərbaycan dövlətləridir. Eramızdan əvvəl IX əsrdəmüasir Cənubi Azərbaycan ərazisində Manna dövləti meydana gəldi. Adı ilk dəfə IX əsr mənbələrində çəkilənMidiya da Azərbaycan ərazisində mövcud dövlətlərdən olmuşdur.Miladdan əvvəl IV əsrdə yaranmış Atropatena və Albaniya dövlətləri Azərbaycan xalqının çoxəsrlikdövlətçilik ənənələrini davam və inkişaf etdirmişlər. Müxtəlif tarixi dövrlərdə Azərbaycanın mərkəzləşmişEldəgizlər, Şirvanşahlar, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər dövlətləri mövcud olmuşdur. XIX əsrinəvvəllərində Rusiya və İran imperiyaları arasında Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrininimzalanmasına qədər olan dövrdə Azərbaycan ərazisində dövlət idarəçiliyi qurumları xanlıqlar olmuşlar. Bütünbu dövlət qurumlarının mövcudluğu müddətində Yuxarı Qarabağ ərazisi Azərbaycan dövlətlərinin ayrılmaztərkib hissəsi olmuşdur. 1804-1813, 1826-1828-ci illərdə Rusiya-İran müharibələrinin gedişində və sonralarermənilərin İran, Türkiyə və Cənubi Azərbaycandan ön Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsindəburada onların sayı süni şəkildə artılırmışdır. Təkcə 1826-1828-ci illərdə İrandan ön Qafqaza, o cümlədənQarabağa 18.000-ə qədər erməni ailəsi köçürülmüşdür. Türkmənçay müqaviləsinin şərtləri maneəsiz olaraqermənilərin İrandan köçməsinə şərait yaradırdı ki, bu da onların Qafqazda, o cümlədən Naxçıvan, Qarabağ,İrəvan mahallarında sərbəst şəkildə məskunlaşmasına imkan yaratdı. Bu ərazilərin köklü sakinləri olmayanermənilər həmin torpaqlarda məskunlaşdıqdan sonra Azərbaycana qarşı ərazi iddiaları irəli sürmüşlər.XIX əsrin sonlarından, millətçi «Qaçaq», və «Daşnaksutyun» partiyaları yarandıqdan sonra ermənilərməskunlaşdıqları, lakin tarixən azərbaycanlılara məxsus torpaqlardan soydaşlarımızın qovulması işinin sistemlişəkildə icrasına başladılar. İki əsri əhatə edən erməni ekspansiyası prosesi azərbaycanlılara qarşı ən müxtəlifformalarda - soyqırım, deportasiya, terror, separatizm, tarixin saxtalaşdırılması və milli mədəniyyət abidələrininməhv edilməsi ilə müşayiət olunan mənəvi terror formalarında təzahür etmişdir. Bu mənada, 1905-1907-ci illərerməni ekspansiyasının kütləvi təzahürünün ilk nümunəsi kimi qeyd oluna bilər.1918-ci ilin mart-aprel aylarında erməni daşnaklarının silahlı terrorçu dəstələri tərəfindən Bakıda,Şamaxıda, Qubada, Gəncədə, Lənkəranda, Qarabağda dinc azərbaycanlı əhaliyə qarşı keçirilən soyqırım aktınəticəsində on minlərlə soydaşımız qətlə yetirildi.1918-ci ilin may ayında Zaqafqaziya Seymi buraxıldıqdan sonra Cənubi Qafqazda üç müstəqil respublika -Azərbaycan, Gürcüstan və Ermənistan Respublikaları yarandı. 28 may 1918-ci ildə keçmiş ZaqafqaziyaSeymindəki Azərbaycan Milli Şurası Müstəqillik Aktının qəbul edildiyini bəyan etdi. Həmin il may ayının 29-da ADR hökuməti İrəvanı öz müstəqilliyini elan etmiş, lakin siyasi mərkəzə malik olmayan ErmənistanRespublikası hökumətinə güzəştə getdi. Həmin dövrdə İrəvanın əhalisinin 70%-ni azərbaycanlıların təşkil etdiyihalda, qalan 30%-i digər millətlərə mənsub olan əhalidən ibarət olmuşdur. İyun ayının 4-də Osmanlı İmperiyasıilə Cənubi Qafqaz respublikaları arasında Batum Sülh Müqaviləsi imzalandı. Müqavilə ilə ErmənistanRespublikasının sərhədləri müəyyənləşən zaman bütün Qarabağ bölgəsi Azərbaycanın tərkib hissəsi kimi təsbitolundu. Növbəti aylar ərzində imzalanmış müqavilədə əksini tapmış sülh və mehriban qonşuluq əlaqələrişərtlərinin ziddinə olaraq, Ermənistan tərəfi Azərbaycana qarşı geniş-miqyaslı təcavüz aksiyasına başladı. İyuniyulaylarında erməni terrorçuları tərəfindən Naxçıvan, Zəngəzur və Qarabağda törədilmiş zorakılıq aktlarınəticəsində azərbaycanlı əhaliyə ciddi ziyan dəydi.1920-ci il yanvar ayının 11-də Azərbaycan Respublikasının müstəqilliyi Versal Konfransının Ali Şurasıtərəfindən tanındı. Lakin həmin il aprel ayının 27-də Azərbaycanın Sovet Rusiyasının XI Qızıl Ordusutərəfindən işğal olunması nəticəsində ADR-in fəaliyyətinə son qoyuldu. Sovet rejiminin hökmran olduğu illərdəermənilərin Azərbaycan dövlətinə və azərbaycanlılara qarşı fəaliyyəti üçün daha əlverişli imkanlar yarandı.Azərbaycanın təxminən 20.000 kvadrat km-lik ərazisi Ermənistan Respublikasının tərkibinə qatıldı. 1923-cü iliyul ayının 7-də isə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsi «İnzibati mərkəziXankəndi olmaqla, Dağlıq Qarabağda Muxtar Vilayətin yaradılması haqqında» qərar qəbul etdi. Xüsusən qeydolunmalıdır ki, Ermənistan SSR-nin sərhədləri daxilində kompakt şəkildə yaşayan 300.000-dən artıqazərbaycanlıya hər hansı formada muxtariyyət hüququnun təqdim edilməsindən imtina edildi.1945-ci ildə Ermənistan KP MK-nın birinci katibi Arutinov Dağlıq Qarabağın Ermənistana birləşdirilməsiilə bağlı SSRİ ali rəhbərliyinə məktub ünvanlayır. O, fikrini müvafiq addımı Dağlıq Qarabağın inkişafıbaxımından əhəmiyyəti, eyni zamanda yerli ermənilərin arzusu ilə izah edir. Lakin bu dövrdə Qarabağerməniləri arasında birləşmə arzusu ilə bağlı ümumiyyətlə, hər hansı sorğu aparılmamışdır. Azərbaycan KPMK-nın birinci katibi Mir Cəfər Bağırov məsələ ilə bağlı Moskvadan göndərilmiş sorğuya cavabındaArutinovun irəli sürdüyü dəlillərin əleyhinə çıxır, lakin sonda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə(azərbaycanlılar yaşayan Şuşa rayonu istisna olmaqla) razılığını bəyan etmiş, bunun müqabilində Ermənistan68

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!