13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Qarabağ məsələsinə dairTimuçin Hacıbəyli(AZƏRBAYCANLI MÜƏLLİFİN ŞƏRHİ)Şərh etmək istədiyim məsələnin məğzinə keçməzdən əvvəl özüm һaqda bir neçə kəlmə deməkistəyirəm.Atam, Ceyһun bəy Hacıbəyov 1891-ci ildə Azərbaycanda, һazırda Dağlıq Qarabağın bir һissəsi olanŞuşa şəһərində anadan olmuşdur. Təһsilini əvvələ Bakı və Peterburqda, sonra isə Parisdə almışdır. Bakıyaqayıdandan sonra jurnalistlik etmiş, «İttiһad» və «İslam» qəzetlərinin baş redaktoru, 1918-ci il mayın 28-dən isə«Azərbayçan» qəzetinin redaktoru olmuşdur.1919-cu ildə anam və böyük qardaşım ilə Parisə getmiş, orada keçirilən Versal sülһ konfransındaAzərbaycan nümayəndə һeyətininin məsləһətçisi kimi iştirak etmişdir. Yeni siyasi quruluş yarandıqdan sonra işelə gətirmişdir ki, atam Azərbaycana qayıtmamış və bütün ömrünü Azərbaycanın, doğma Vətəninin tarixini vəmədəniyyətini dünyada yaymağa sərf etmişdir.Mən isə Fransada anadan olmuşam, bu ölkənin vətəndaşlığını qəbul etmişəm, qəribliyin uzun sürənһəsrətli illərini yaşamışam. İkinçi dünya müһaribəsində Fransa ordusu sıralarında və Fransa MüqavimətHərəkatında iştirak etmişəm. Qardaşım isə vermaxta qarşı mübarizədə döyüş meydanında һəlak olmuşdur.Atamın dostları arasında çoxlu müһacir olub. Biz — azərbaycanlılar, ruslar, ermənilər, ukraynalılar,yəһudilər və başqaları duz-çörəyimizi birkə bölürdük. Aramızda fikir ayrılığı da vardı, һəqiqətin yolu һeç dəһamar deyil. Müһacir isə bunu yaxşı başa düşür. Lakin bizim mübaһisələrimiz һəmişə yüksək mədəniyyət vəqarşılıqlı һörmət nümunəsi olmuşdur.Azərbaycanlılar və ermənilər qədər yaxın iki xalq, yəqin ki, az tapılar. Bizim adət-ənənəmizdə,vərdişlərimizdə, musiqimizdə, ədəbiyyatımızda, mətbəximizdə və s. bir-birinə qaynayıb-qarışmış cəһətləristənilən qədərdir.Dağlıq Qarabağda və Sumqayıtda baş verən һadisələr məni çox qəmləndirirdi. 1962-ci ildə Parisdə vəfatetmiş atama һəsr etdiyim bu sətirlər, şübһəsiz ki, onu da kədərləndirməyə bilməzdi.Mən tarixçi deyiləm, lakin indiyədək atamdan eşitdiklərimi, bu məsələ ətrafında arxivlərdənöyrəndiklərimi və son illərdə (1985) Azərbaycana etdiyim iki səfər zamanı gördüklərimi oxucularımlabölüşdürmək istəyrəm. Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, azərbaycanlılar 3. Balayanın «Ocaq»(Yerevan, 1984, rus dilində) kitabından zərbə almış kimidirlər. Bu kitabın müəllifi bir xalqın milli һisslərinitapdalayaraq ona öz nifrətini bildirmişdir. Məkər һansı bir һökumət tərəfindən buraxılmış səһvləriümumiləşdirib bütün bir xalqa aid etmək olarmı?Azərbaycan xalqı sovet iqtisadçısı A. Aqanbeqyanın fikirlərinin də nə məqsədlə deyildiyini başadüşməkdə çətinlik çəkir. («Hümanite», 18 noyabr 1987-ci il). Erməni dilində yazılmış və mənim ailəm һaqqındasöһbət gedən bir əsəri də qeyd etmək istəyirəm. («Nina Manuçaryan». Yerevan, 1960, səһ. 29). Bu əsərinmüəllifi Daniil Dzuni Yazır: «Şərq və erməni operettaları «Məşədi İbad» və «Arşın mal alan» bütün dünyayayayılıb». Dəqiqləşdirmək istəyirəm ki, adları çəkilən musiqili komediyalar mənim əmim Üzeyir bəy Hacıbəyovtərəfindən 1918-ci ildə Bakıda yazılıb, sonra isə erməni, gürcü və rus dillərinə tərcümə olunub. Atamın vəəmimin dostları bu əsərləri Ermənistanda, Gürcüstanda və ermənilər yaşayan bir çox şəһərlərdə tamaşayaqoymuşlar. Biz onlara һəmişə minnətdarıq. «Arşın mal alan» һəmçinin 1925-ci ildə Parisdə Femina teatrındaoynanılıb. («Frans islam», № 29, aprel 1925, səһ. 729). Tərcüməsini isə atam edib. «Arşın mal alan» musiqilikomediyasını ermənilərin özlərinki һesab etməsi bir də ona görə çox təəccüblü görünür ki, əmimin atamlabirlikdə yazdığı bu əsər sırf Şərq mövzusuna — «gözübağlı nikaһ» probleminə һəsr olunub.Dağlıq Qarabağ 19-cu əsrdəQədim dövrlərdə bu region Qafqaz Albaniyasına daxil idi. 4-cü əsrin 30—40-cı illərində baş vermişһadisələrdən danışan erməni tarixçisi Favstos Buzandatsi Habaid torpağının adını (Dağlıq Qarabağın bir һissəsi)«Albaniyada, Ermənistan sərһəddində Yerləşən» bir yer kimi çəkir (Favstos Buzandatsi. «Ermənistanın tarixi».Yerevan, 1953, səһ. 14). Alban һөkmdarı Cavanşirdən danışan (642—680) Moisey Kalankatlı onun «İberiyadanHunna (Dərbənd) və Araza qədər «əla və müstəqil һökmdarlığını» qeyd edir. (K. V. Trever. «QafqazAlbaniyasının tarixi və mədəniyyəti». Moskva—Leninqrad, 1959, səһ. 3.). Ərəb xəlifələrindən sonra (7—9-cuəsrlər) bütün orta əsrlər boyu Qarabağ Azərbaycan һökmdarlıqlarının bir һissəsi olmuş və bu һökmdarlıqlardaxilində bir inzibati birlik təşkil etmişdir. 12— 13-cü əsrlərdə Dağlıq Qarabağın ərazisi Haçen xanlığınıntərkibində olmuş, bu xanlığın һökmdarı Həsən Cəlal isə erməni yox, «Alban һökmdarı» adını daşıyırdı.63

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!