13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Çevriliş 1908-ci ildə həyata keçirildi, lakin daşnakların gözlədikləri nəticəni vermədi: yeni rejimdəermənilərin vəziyyəti qətiyyən yaxşılaşmadı. Həm də gənc türklər hökuməti təqsirkarları yüngülcəcəzalandırmaqla kifayətləndi. Bununla əlaqədar olaraq erməni siyasi dairələri yenə də istiqaməti dəyişdilər vəözlərini ilkin dayaq bazasına - Rusiyaya üz tutdular. Bu dəfə çar hökuməti məmnuniyyətlə onlara meyl göstərdi.Dünya müharibəsi yaxınlaşırdı; Milyukovun ifadəsincə, "Rusiya ilə Türkiyə arasındakı yol ayrıcında məskənsalmış" ermənilər böyük siyasi əhəmiyyət kəsb etdilər. 1913-cü ildə rus diplomatları mütəşəkkil erməniburjuaziyası ilə saziş bağladılar və "məzlum ermənilərin müdafiəsi" uğrunda açıq çıxış edərək şərqvilayətlərində islahatlar keçirilməsi tələbini irəli sürdülər. Almaniyanın müdafiə etdiyi Türkiyə hökuməti inadlımüqavimətdən sonra 1914-cü ildə (26/1) islahatlar haqqında saziş imzalamağa məcbur oldu. Həmin sazişə görəermənilər dövlətlərin, birinci növbədə Rusiyanın nəzarəti altında idarəetmə, dil, hərbi mükəlləfiyyət və i. a.sahələrdə çox geniş muxtariyyət almalı idilər.Rusiyanın bu müdaxiləsi saziş imzalanandan azacıq sonra başlanmış dünya müharibəsi zamanı ermənilərinvəziyyətini xeyli ağırlaşdırdı, həm də müharibə başlanan kimi daşnaksutyunlar "Böyük Ermənistan" şüarınıyenidən ortaya atdılar, üstəlik əsas etibarilə Türkiyənin fərari ermənilərindən ibarət könüllü dəstələr yaratmağabaşladılar…1917-ci il fevral inqilabı erməni məsələsinin tarixində yeni dövr açdı. Bir il ərzində Zaqafqaziya Rusiya iləəlaqə saxlamaqda davam edirdi və Petroqraddan direktiv almış Xüsusi Zaqafqaziya Komitəsi tərəfindən idarəolunurdu…1917-ci ilin oktyabrında daşnakların rəhbərliyi altında erməni milli konqresi toplaşdı. Konqres ErmənistanlaRusiyanın digər hissəsinin əlaqəsini təsdiq etdi və Türkiyə Ermənistanının dünya müharibəsi zamanı rusqoşunları tərəfindən işğal olunmuş ərazilərinin Rusiyada saxlanılması tələbini irəli sürdü. Konqresdə Tiflisdəyerləşən erməni "milli mərkəzi" və 15 üzvdən ibarət Milli şura seçildi…Mərkəzi dövlətlərin darmadağın edilməsi erməni burjuaziyası qarşısında yeni və geniş imkanlar açdı:müharibədən sonra yaranmış şəraitdə ermənilər qaliblərə təkcə Türkiyə əleyhinə (Kilikiyada) deyil, həm dəSovet Rusiyası əleyhinə (Zaqafqaziyada) dayaq kimi çox "lazım idilər". Erməni məsələsi yeni, əvvəlkindəndaha böyük əhəmiyyət kəsb edirdi. Bununla əlaqədar olaraq "qalib dövlətlər" hər şeydən əvvəl ən təhlükəlisaydıqları "Sovet" istiqamətində özlərinin müvafiq "erməni bazası"nı yaratmaqdan ötrü tədbirlər gördülər.Daşnakların Ermənistan respublikası müttəfiqlərdən Kars vilayətini, İrəvan quberniyasını geri aldı ki, bu daErmənistanın ərazisinin 17.500 ingilis kvadratmilinə, əhalisinin 1.510.000 nəfərə (795.000 nəfər erməni,575.000 nəfər müsəlman, 140.000 nəfər digər millət) çatmasına imkan verdi. Daşnaklar bununlakifayətlənməyərək, Gürcüstanın tərkibindəki Axalkalaki və Borçalı ərazilərinə və Azərbaycanın tərkibindəkiQarabağa, Naxçıvan diyarına, böyük Yelizavetpol quberniyasının cənub hissəsinə yiyələnmək iddiasındaolduqlarını bildirdilər. Həmin əraziləri zorla ilhaq etmək cəhdləri (ingilislərin Zaqafqaziyanın işğal etdikləridövrdə) Gürcüstanla müharibəyə (dekabr 1918) və Azərbaycanla uzun, qanlı mübarizəyə səbəb oldu. Nəticədəmübahisəli rayonların əhalisi 10-30 % azaldı və bir sıra yaşayış məntəqələri sözün əsl mənasında ermənilərtərəfindən yerlə-yeksan edildi…İngiltərənin Yaxın Şərqdəki vəziyyətini möhkəmləndirən tədbirlər - 1919-cu ildə İranla müqavilə bağlamasıvə Konstantinopolu işğal etməsi (16/ III-1920) onun Erməni məsələsinə marağını tam-kamal soyutdu: 1919-cuilin axırlarında İngilislər Zaqafqaziyanı tərk etdilər və San-Remodakı konfransda (aprel-may-1920)Ermənistanın taleyi məsələsi… lazım olmadığı üçün Qərbi Avropa imperialistlərinə - Şimali Amerikaimperialistlərinə verildi…Beləliklə iki "erməni bazası"ndan biri ləğv edildi. Erməni məsələsi Zaqafqaziyada cəmləşdi. "BöyükErmənistan"la bağlı bütün ümidlərinin açıq aydın puça çıxmasına baxmayaraq, daşnaklar burada davakarmillətçilik siyasəti yeritməkdə davam edirdilər. Sovet sərhədi Ermənistanın şimalı boyu müəyyən ediləndənsonra onların vəziyyəti xeyli ağırlaşdı: daşnakların terrorçu rejimindən, saysız-hesabsız talan və müharibələrdəntəngə gələn, daim aclıq və dilənçilik şəraitində yaşayan Ermənistanın xalq kütlələri kor-təbi surətdə Sovethakimiyyətinə can atırdılar. Bakıda Sovet hakimiyyəti qurulandan cəmi üç gün sonra Ermənistanın bir sıraməntəqələrində üsyanlar qalxdı (Aleksandropolda hətta bir neçə saatlığa Sovet hakimiyyəti elan edildi).Üsyanlar daşnaklar tərəfindən vəhşicəsinə yatırıldı. Digər tərəfdən, Sovet Rusiyası ilə Ankara arasında 1920-ciildə başlanmış dostluq münasibətləri daşnak Ermənistanı ilə toqquşdurdu, çünki daşnak Ermənistanı adlarıçəkilən dövlətlərin birləşdikləri yolda düşmən qüvvə kimi dururdu.Buna görə də daşnaklar Ankara hökumətinin başının Qərbdəki yunan-ingilis cəbhəsində mübarizəyəqarışmasından istifadə edib Türkiyə tərəfdən özlərinin təhlükəsizliyini təmin etməyi qərara aldılar, çünki SovetRusiyası təcavüzkar əməliyyatlara qətiyyən cəhd göstərmirdi. İrəvan hökuməti Qarabağın, Naxçıvanın və SovetFederasiyasına açıq-aydın meyl edən ərazilərin ona verilməsi təklifi ilə razılaşdı (1920-ci ilin iyununda), eynizamanda daşnak qoşunlarının başçılarına məxfi əmr verdi ki, adları çəkilən ərazilərdə partizan əməliyyatlarınabaşlasınlar. Bu əməliyyatlar 1920-ci ilin sentyabrında başlandı. Eyni zamanda ingilislərdən silah almış55

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!