13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Genişlənən antaqonizmin ikinci səbəbi ondan ibarət idi ki, ermənilərin şəhər burjuaziyası müsəlmanəhalinin geridə qalan kütlələrinə münasibətdə Türkiyə şəraitində yırtıcı, əsas etibarilə sələmçi xarakter daşıyankapitalın nümayəndəsi kimi çıxış edirdi.Beləliklə, sırf iqtisadi zəmində kəskinləşən Erməni məsələsi "böyük dövlətlərin" - Rusiyanın və İngiltərəninfaciəli müdaxiləsi nəticəsində daha da mürəkkəbləşdi. Rusiya ticarət-sənaye kapitalının Qara dənizi, Bosforu vəDardaneli zəbt etmək səyi "xristianları müsəlman Türkiyəsinin zülmündən xilas etmək uğrunda mübarizə"şuraları ilə pərdələnirdi; milli-siyasi müqəddəratı müstəqil təyin etmək məqsədi ilə bu şüarlardan istifadəedəcəyinə ümid bəsləyən erməni burjuaziyasının əksəriyyəti nəinki özü Rusiya istiqamətini götürdü, üstəlik,Türkiyə Ermənistanı erməniləri arasında həmin istiqamətdə təşviqat aparmağa başladı. Bu mövqe Türkiyəhökumətinin erməni burjuaziyasına münasibətini kəskin şəkildə dəyişdi, halbuki 1877-ci il müharibəsinədəkhökumət erməni burjuaziyasını nəinki təqib eləmirdi, əksinə, hətta adlı-sanlı ermənilərin böyük dövlət vəzifələritutmalarına şərait yaradırdı. Türkiyə ilə sülh şərtlərinin müzakirəsi zamanı Rusiya ermənilərinin Qafqaz canişiniböyük knyaz Mixail Nikolayeviçə məktub göndərməsi və patriarx Nerses başda olmaqla Türkiyə ermənilərininrəsmi müraciət etməsi - onların Rusiyadan kömək istəməsi bu münasibətləri daha da kəskinləşdirdi. Rusiyahəmin müraciətdən istifadə edərək San-Stefaniya ilkin sülh müqaviləsinə 16-cı paraqraf saldı. Bu paraqrafa görəTürkiyə erməni vilayətlərində dərhal lazımi islahatlar keçirməli idi, həmin iş görülənədək rus qoşunları AsiyaTürkiyəsində işğal etdikləri torpaqları öz əllərində saxlamaqda davam edirdilər.Çar Rusiyasının "özlərini onun himayədarlığına vermiş ermənilərin yaşadığı dağlıq ərazilərə möhkəmqədəm basmaq" cəhdi Yaxın Şərqdəki əsas rəqibi - İngiltərə tərəfindən qətiyyətlə dəf edildi. Berlin Konqresindəİngiltərə göstərilən 16-cı paraqrafın yeni maddə (Berlin Traktatının 61-ci maddəsi) ilə əvəz edilməsinə nail oldu.Bu maddə Türkiyə hökumətinin erməni əyalətlərində lazımi islahatlar keçirməyə borclu olduğunu təsdiq edirdi,lakin həmin islahatların keçirilməsi üzərində nəzarəti təklikdə Rusiyaya yox, Berlin Konqresinin iştirakçısı olanaltı böyük dövlətdən ibarət "birliyə" verirdi.Berlin Konqresinin qərarları erməni burjuaziyasının rəhbər dairələrində milli erməni dövlətinin yaradılmasıuğrunda mübarizədə kömək göstəriləcəyinə ümid doğurdu - həm də təkcə Rusiya tərəfindən deyil, bütün böyükdövlətlər tərəfindən. Bu xam xəyal ermənilərə "dənizdən dənizədək" (Qara dənizdən Aralıq dənizinədək)"Böyük Ermənistan" boyun olmuş İngiltərə diplomatiyası tərəfindən möhkəm qızışdırılırdı. Lakin istiqamətindəyişməsi ermənilərin ancaq tam təcrid edilməsi ilə nəticələndi - onların beynəlxalq vəziyyəti mənasında. OnlarRusiyadan özləri imtina etmişdilər. İngiltərəyə həmin mərhələdə yalnız o lazım idi ki, Rusiyaya özünün YaxınŞərq siyasətində ermənilərdən istifadə etməyə imkan verməsin. İngiltərənin Türkiyədəki öz siyasətində isə buzaman ermənilər lazım deyildi: həmin siyasətin növbəti vəzifələrini Türkiyə ilə gizli müqavilə həll etmişdi.Müqaviləyə əsasən İngiltərə Türkiyəni Rusiyadan qorumaq öhdəliyi müqabilində Kipr adasını aldı…Böyük dövlətlərdən kömək almaq üçün ümidini itirən… erməni burjuaziyası… silahlı mübarizəyə keçdi.Rusiya Zaqafqaziyasında məskən salan millətçi Qnçak və Daşnaksütyun partiyaları yaradıldı və onlar Türkiyəyətəbliğatçılar və təşviqatçılar göndərdilər, üsyançı dəstələri təşkil etdilər. Bu dəstələrin çıxışlarından məqsəd realdöyüş qələbələri deyildi (Türkiyə hökuməti ilə mübarizədə qalib gəlmək üçün ermənilərin qüvvəsi açıq-aydınçatışmırdı), daha çox böyük dövlətlərin diqqətini Ermənistan hadisələrinə cəlb etməyə çalışırdılar ki, onlarmüdaxiləyə və Berlin traktatının 61-ci maddəsində göstərilən öhdəlikləri yerinə yetirməyə cəlb olunsunlar -Türkiyə də, Qərbi Avropa dövlətləri də həmin maddəni eyni dərəcədə unutmuşdular. Göstərilən partiyalarınxaricdəki komitələri Qərbi Avropada bu istiqamətdə güclü iş aparırdılar. 1890-cı illərin axırlarına yaxın Qaçaqmeydandan çıxdı və ermənilərin yeganə rəhbər siyasi təşkilatı Daşnaksutyun oldu.Təbiidir ki, üsyan mübarizəsi yerlərdə vəziyyəti daha da kəskinləşdirdi... Misiri işğal edəndən sonraingilislərin Nil vadisinin işğalını leqallaşdırmaq haqqında Sultan Əbdülhəmidlə müqavilə bağlamaq niyyəti boşaçıxan İngiltərə erməniləri "yadına saldı" və onlardan Sultanı hədələmək üçün istifadə etməyə cəhd göstərdi….İngiltərənin ermənilərə "ani" marağı sönüb getmişdi; üstəlik o, rus hökumətinin "hər hansı bir dövləttərəfindən müstəqil çıxışa yol verməyəcəyini" bildirən Rusiya ilə bağlı idi. Rusiyaya gəlincə isə o, həmin dövrdəZaqafqaziyada ruslaşdırma siyasəti yeridirdi və "Asiyada ermənilərin müstəsna üstünlüklərə malik olacağı əraziyaradılması" ideyasının əleyhinə çıxış edirdi. Bundan başqa Bolqarıstan barəsində niyyəti baş tutmamışdı -Bolqarıstan çar Rusiyasının köməyi sayəsində azad edilsə də onun vassalı olmaq istəmirdi. Bunu görən çardiplomatiyası knyaz Lobanov-Rostovskinin dili ilə bildirdi ki, o "digər Bolqarıstan" yaradılmasına yolverməyəcək. Bağdad yoluna konsessiya almaqla məşğul olan Almaniya isə... Əbdülhəmidin "cinayətkar rəiyyət"barəsində yeritdiyi siyasəti bəyəndiyini imperator II Vilhelmin dili ilə açıq bildirirdi.1890-cı illərdə erməni millətçi burjuaziyasının təbəqələşməsi rəhbər Daşnaksutyun partiyasını siyasətidəyişdirməyə məcbur etdi - partiya Ümumtürkiyə inqilabi hərəkatında dayaq axtarmağa başladı: gənc türklərləsaziş bağladı; 1907-ci ildə daşnakların təşəbbüsü ilə Osmanlı imperiyasının bütün müxalifətçi partiyalarınınParisdə qurultayı keçirildi. Qurultayda dövlət çevrilişi planı işlənib hazırlandı.54

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!