13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Qarabağ 1920-1980-ci illərdəSovet hökumətinin Qarabağın ərazisini bölüşdürməsiRusiyada Sovet hakimiyyəti möhkəmləndikcə çar Rusiyası sərhədlərinin bərpa edilməsinə başlandı.Azərbaycan Xalq Cümhuriyyətinin şimal sərhədlərində möhkəmlənən XI Qırmızı Ordu hissələrinərespublikanın işğalı planını reallaşdırmaq üçün müvafiq əmr və sərəncamlar verildi. Azərbaycan Parlamentidaxilində sovet dövlətini müdafiə edən qüvvələr və Qarabağda erməni-daşnak separatçılarının qaldırdıqları martqiyamı Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu sürətləndirdi. 23 ay yaşamış olan Azərbaycan XalqCümhuriyyəti XI Qırmızı Ordunun süngüləri ilə devrildi, Şimali Azərbaycanda sovet hakimiyyəti quruldu.Bununla Qarabağ ətrafındakı hadisələrin yeni mərhələsi başlandı.Dağlıq Qarabağa muxtariyyət verilməsi: 1920-1923-cü illərDağlıq Qarabağ: coğrafiyası və "Dağlıq Qarabağ" anlayışı. Bu problemin şərhi üçün əvvəlcə DağlıqQarabağın coğrafiyası və "Dağlıq Qarabağ" anlayışı üzərində dayanaq.Relyefinə görə Qarabağ aran (düzən) və dağlıq hissələrə bölünür. Bu reallıq elmdə də öz təsdiqini tapmışdır.Məsələn, tanınmış qafqazşünas M.A.Skibitskinin oğlu A.M.Skibitski "Qafqaz böhranı" adlı məqaləsində yazır:"Qarabağ xanlığının dağlıq hissəsi o vaxt Dağlıq Qarabağ adlanırdı. Şərqdə Qarabağ dağ silsiləsi, Qərbdə isəZəngəzur dağları arasındakı torpaqlar, habelə Yuxarı Qarabağla, aran yeri olan Aşağı Qarabağı bir-birindənayıran Qarabağ yaylası həmin yerə aid idi". Aydın olduğu kimi çar Rusiyası tərkibində olduğu zaman Qarabağınərazisi, daha doğrusu keçmiş Qarabağ xanlığının torpaqları müxtəlif inzibati bölgülərə məruz qaldığından,"Qarabağ" anlayışı əvvəlki inzibati-siyasi mənasını itirmişdi. Lakin Azərbaycan Xalq Cümhuriyyəti dövründə(1918-1920) "Qarabağ" anlayışı öz əvvəlki mənasını yenidən özünə qaytardı. S.Şadunsun yuxarıda göstərilənfikrindən aydın olduğu kimi, elə Dağlıq Qarabağ termini də bu zaman daşnaklar tərəfindən meydana gətirildi.Bu zamandan "Dağlıq Qarabağ" anlayışı yalnız coğrafi deyil, siyasi maraq da kəsb etməyə başladı.Bolşeviklər Şimali Azərbaycanda hakimiyyəti ələ keçirdikdən sonra bu anlayış inzibati-siyasi məna kəsbetməyə başlayır, Azərbaycan-Ermənistan münasibətlərində və ona müdaxilə edən Rusiyanın siyasi leksikonundaəsas anlayışlardan birinə çevrilir. Elə bu zaman Dağlıq Qarabağın coğrafi baxımdan əhatə dairəsində dədəyişiklik baş verir. Yenə A.M.Skibitskinin yazdığı kimi "... Qarabağ yaylası 1923-cü ildə muxtariyyət almış vəMuxtar Dağlıq Qarabağ Vilayəti və ya Azərbaycanın yeni sərhədləri daxilində qısaca olaraq Dağlıq Qarabağadlanmışdır".Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV): yaradılması tarixi, əsas hadisələrinin sinxronlaşdırılması vəburadan irəli gələn nəticələr. Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının prinsipial məsələlərinimüəyyən etmək, daha doğrusu bu prosesi tam aydınlığı ilə təsəvvür etmək üçün əsas hadisələrə mənsubiyyətiüzrə sinxron şəkildə diqqət yetirək."RK (b) P MK Qafqaz Bürosuplenumunun iclasprotokolundanİştirak edirlər:Dinlənildi:1. yol. Orconikidze və Nazaretyanəvvəlki Plenumun Qarabağhaqqında qərarına yenidənbaxılması məsələsini qaldırdılar5 iyul 1921-ci ilRKP MK üzvü Stalin, Qafbüronun üzvləri: yol. Orconikidze, Kirov,Oraxelişvili, Fiqatner, Nərimanov, Myasnikov, ASSR Xalq Xarici İşlərKomissarı Hüseynov.Qərar verildi:1) Müsəlmanlar və ermənilər arasında milli sülhün zəruriliyindən və yuxarıvə aşağı Qarabağın Azərbaycanla kifayət qədər iqtisadi əlaqələrini nəzərəalaraq Dağlıq Qarabağ ASSR tərkibində saxlanılsın, ona muxtar vilayətintərkibində saxlanılan, inzibati mərkəzi Şuşa ş. olmaqla geniş vilayətmuxtariyyəti verilsin. Səs verirlər - 4 lehinə, 3 bitərəf. 2) Azərbaycan MKyatapşırılsın ki, sonradan RKP MK Qafbürosunun təsdiqinə verməkləmuxtar vilayətin sərhədlərini müəyyən etsin. 3) RKP MK QafbürosununRəyasət Heyətinə Dağlıq Qarabağın Fövqəladə Komitəsinə namizədhaqqında Azərbaycan və Ermənistan MK ilə danışıq aparması tapşırılsın. 4)Azərbaycan MK tərəfindən Dağlıq Qarabağın muxtariyyət həcmi müəyyənedilsin və təsdiq üçün MK Qafbürosuna təqdim edilsin.RKP MK Qafbürosunun Katibi: Fiqatner."Qaynaq: Sov. İKP MK yanında MLİ PAAF. (indi ARDSRİHA), f. 64, siyahı 2, iş 1, v. 118; 122-122ob; Кистории образования Нагорно-Карабахский автономной области Азербайджанской ССР, с. 90-91; 9239

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!