13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────qərarlaşdırılmışdır ki, onların Xəzər dənizinə dərin enişi Rusiyaya məxsus olmalıdır, o biri yandakı enişi isəİrana məxsusdur. Sərhəd Çikoir yüksəkliyi zirvəsindən, Talışı Ərş dairəsindən ayıran dağlar üzrə Qəmərkuhunzirvəsinədək keçir. Suların axarını iki yerə bölən dağların başı, yuxarıda Adınabazarın yuxarı axarı və Çikoirzirvəsi arasındakı sahə haqqında deyilən kimi, burada da eləcə sərhəd hüdudunu təşkil edəcəkdir. Sonra sərhədxətti suların axarına aid yuxarıda şərh olunan qaydalara aramsız əməl etməklə Qəmərkuhun zirvəsindən Zuvandvə Ərş dairələrini ayıran dar silsiləsi üzrə Velkiç dairəsinin sərhədlərinədək uzanacaqdır. Beləliklə, adı çəkilənDarin zirvəsindən əks tərəfdə yerləşən hissəsi istisna olmaqla Zuvand dairəsi Rusiyaya birləşir. Hər iki dövlətarasındakı sərhəd xətti su axınının yuxarıda qeyd olunan qaydalarına daima uyğun olaraq, Velkiç dairəsisərhədindən Kloputanın zirvəsi və Velkiç dairəsindəki dağların baş silsiləsi üzrə Astara çayının şimalmənbəyinədək, buradan o çayın yatağı boyu onun Xəzər dənizinə töküldüyü yerədək davam edəcək ki, buradada Rusiya torpaqlarını İrandan ayırmalı olan sərhəd xətti qurtarır.V maddəİran şahı Həzrətləri bütün Rusiya imperatoru Həzrətlərinə öz səmimi dostluğuna sübut olaraq, bu maddə iləhəm öz adından, həm də öz vərəsələri və İran taxt-taçının varisləri adından, yuxarıda göstərilən sərhəd xəttiarasında və Qafqaz sıra dağları və Xəzər dənizi arasında yerləşən bütün torpaqların və bütün adaların, bununlabərabər həmin məmləkətlərdə yaşayan bütün köçəri və başqa xalqların əbədi zamanadək Rusiya imperiyasınaməxsus olduğunu təntənə ilə tanıyır.VI maddəİran şahı Həzrətləri hər iki dövlət arasında yaranmış müharibə ilə Rusiya imperiyasına vurulmuş xeyli ziyana,həmçinin Rusiya təbəələrinin düçar olduğu qurbanlara və itkiyə hörmət əlaməti olaraq, onların əvəzini pultəzminatı ilə ödəməyi öhdəsinə götürür. Müqaviləyə qoşulan hər iki yüksək tərəf o mükafatın məbləğini onkurur tümən raiçə, ya iyirmi milyon gümüş manat qərarlaşdırmışdır, onun vaxtı, ödəniş qaydası və təminatısözbəsöz hazırkı Traktata daxil edilə biləcək qüvvəyə malik olan xüsusi müqavilədə qərarlaşdırılmışdır.VII maddəİran şahı Həzrətləri öz əlahəzrət oğlu şahzadə Abbas Mirzəni öz vərəsəsi və taxt-taçın varisi təyin etməkiltifatına bulunan kimi, Bütün Rusiya imperatoru Həzrətləri İran şahı Həzrətlərinə öz dostluq münasibətlərini vəbu varislik qaydasının təsdiqinə kömək etmək arzusunu açıq-aşkar sübut etməkdən ötrü bundan sonra şahzadəAbbas Mirzə Həzrətlərinin simasında İran taxt-taçının vərəsəsi və varisini, onun taxta çıxmasından sonra isə onuo dövlətin qanuni hökmdarı hesab etməyi öhdəsinə götürür.VIII maddəRusiya tacir gəmiləri, əvvəlki qayda üzrə, Xəzər dənizində və onun sahilləri boyunca azad üzmək vəbununla bərabər onlara yaxınlaşmaq hüququna malikdir; gəmi qəzası hallarında İranda onlara hər cür köməkedilməlidir. Bu üsulla İran ticarət gəmilərinə də Xəzər dənizində əvvəlki qayda ilə üzmək və Rusiya sahillərinəyan almaq hüququ verilir ki, orada gəmi qəzası hallarında onlara qarşılıqlı surətdə hər cür vəsaitlə köməkgöstərilməlidir. Hərbi gəmilərə gəldikdə isə, qədimdə olduğu kimi, yalnız Rusiya hərbi bayrağı altında olanhərbi gəmilər Xəzər dənizində üzə bilər; bu səbəbdən də əvvəlki müstəsna hüquq indi də onlara verilir və təsdiqedilir ki, Rusiyadan başqa heç bir dövlətin Xəzər dənizində hərbi gəmiləri ola bilməz.IX maddəBütün Rusiya imperatoru Həzrətləri və İran şahı Həzrətləri hər vasitə ilə onlar arasında bu qədərxoşbəxtliklə bərpa olunmuş sülh və dostluğu bərqərar etməyi arzulayaraq, müvəqqəti tapşırıqların icrası və yadaimi qalmaq üçün bu və ya o biri dövlətə göndərilən yüksək sarayların [hökumətlərin. — Red.] səfirlərinin,nazirlərinin və işlər müvəkkillərinin, onların dərəcəsinin, razılığa gələn yüksək tərəflərin şərəfinə, onlarıbirləşdirən səmimi dostluğa və yerli adətlərə uyğun olaraq, ehtiramla və (hər birinin) ayrılıqda qəbul edilməsiniqarşılıqlı surətdə rəva bilirlər. Xüsusi protokol ilə bu və ya o biri tərəfin əməl etməsi üçün bu məzmundamərasim qərarlaşdırılacaqdır.36

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!