13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Türkmənçay müqaviləsiTürkmənçay müqaviləsi Rusiya ilə İran arasında 1828-ci il fevralın 10 (22)-da Cənubi Azərbaycanda,Təbriz yaxınlığında Türkmançay kəndində bağlanmışdır. Bu müqavilənin bağlanması ilə həmin dövlətlərarasında 1813-cü il 12 oktyabr tarixli Gülüstan müqaviləsi qüvvədən düşmüş sayılır, Zaqafqaziya ölkələriRusiyaya qəti şəkildə birləşdirilir (Naxçıvan və İrəvan xanlıqları da daxil olmaqla), Rusiya yeganə dövlətolmaqla Xəzər dənizində hərbi donanma yerləşdirmək hüququnu saxlayır, İran üzərinə gümüş pul ilə 20milyon manatlıq təzminat qoyulurdu. Türkmənçay müqaviləsi ilə 1804-1813 və 1826—1828-ci illərRusiya—İran savaşlarına son qoyuldu, Zaqafqaziya feodal—ara çəkişmələri kəsildi. Bununla yanaşı,Türkmənçay müqaviləsi vahid Azərbaycan xalqını və onun torpaqlarını iki yerə parçalamış oldu.Türkmənçay müqaviləsinin mətni Rusiyada dəfələrlə çap edilmişdi. Aşağıda müqavilənin mətni ilkçaplardan biri üzrə azərbaycancaya çevrilmişdir: «Sbornik traktatov, konvençii i druqix aktov,zaklyuçennıx Rossii s Evropeiskimi i Aziatskimi derjavami a takje i s Severo-Amerikanskimi Ştatami».SPb., 1845, s. 13Ə—14Ə.TÜRKMƏNÇAY TRAKTATII maddəBütün Rusiya imperatoru Həzrətləri və İran şahı Həzrətləri arasında, onların vərəsələri və taxt-taçınvarisləri, onların dövlətləri və qarşılıqlı surətdə təbəələri arasında bundan sonra əbədi sülh, dostluq və tamrazılıq olacaqdır.II maddəBütün Rusiya imperatoru Həzrətləri və İran şahı Həzrətləri hörmətlə qəbul edirlər ki, razılığa gələn yüksəktərəflər arasında baş vermiş və indi xoşbəxtlikdən qurtarmış müharibə ilə Gülüstan traktatının qüvvəsi üzrəqarşılıqlı təəhhüdlər də başa çatmışdır; onlar göstərilən Gülüstan traktatını Rusiya və İran arasında yaxın vəuzaq gələcəyə sülh və dostluq münasibətləri qurmalı və təsdiq etməli olan indiki şərtlər və qərarlarla əvəzetməyi zəruri hesab etdilər.III maddəİran şahı Həzrətləri öz adından və öz vərəsələri və varisləri adından Arazın o tayı və bu tayı üzrə Erivanxanlarını və Naxçıvan xanlığını Rusiya imperiyasının tam mülkiyyətinə güzəştə gedir. Şah Həzrətləri bu güzəştnəticəsində, hazırkı müqavilənin imzalanmasından sayılmaqla altı aydan keç olmayaraq, yuxarıda adları çəkilənhər iki XANLIĞIN idarə edilməsinə aid olan bütün arxivləri və ictimai sənədləri Rusiya rəisliyinə verməyi vədedir.IV maddəMüqaviləyə qoşulan yüksək tərəflərin razılıqı ilə hər iki dövlət arasında sərhədlər aşağıdakı hüdudda qəraraalınır: sərhəd xətti Türkiyə torpaqlarının ucundakı kiçik Araratın zirvəsindən aralıda duz istiqamətə ən yaxınnöqtədən başlayaraq o dağların zirvəsindən keçir; buradan maillik üzrə kiçik Araratın cənub tərəfindən axanAşarı Qarasu çayının yuxarılarına düşür, sonra sərhəd xətti o çayın axarı üzrə Şərur qarşısında onun Arazatöküldüyü yerədək davam edir; bu məntəqədən Abbasabad qalasınadək Araz çayının yatağı üzrə keçir; buradaqalanın Arazın sağ sahilində yerləşən xarici istehkamları yanında yarım araç, yəni 3,2 Rusiya persti enindəbütün istiqamətlərdə dövrə haşiyələnəcək və o ətrafda olan torpaq sahəsi büsbütün məhz Rusiyaya məxsusolacaqdır və bu gündən sayılmaqla iki ay ərzində ən yüksək dəqiqliklə ayrılacaqdır. Sərhəd xətti o yerdən,göstərilən dövrənin şərq tərəfdən Arazın sahilinə birləşdiyi yerdən başlayaraq bir daha o çayın yatarı iləYeddibulaq bərəsinədək gedir; buradan İran torpaqları Araz çayının yatarı üzrə 3 araça, yəni 21 Rusiya verstiuzanacaqdır; sonra sərhəd Muran düzü vasitəsilə Bolqarcayadək, iki kiçicik Adınabazar və Sarıqamış çaylarınınbirləşməsindən 3 araç, yəni 21 verst aşağında olan torpaqlara gedir; sərhəd buradan Bolqarçayın sol sahili iləyuxarı, adları çəkilən kiçik Adınabazar və Sarıqamış çaylarının birləşməsinədək, sonra Şərqi Adınabazar çayınınsağ sahili üzrə onun yuxarılarınadək davam edir, buradan isə Çikoir yüksəkliyinin zirvəsinədək elə davam edirki, o yüksəklikdən Xəzər dənizinə tökülən bütün sular Rusiyaya məxsus olacaqdır, İran tərəfə axan bütün sularisə İrana məxsus olacaqdır. Burada iki dövlət arasındakı sərhəd dar zirvələr ilə müəyyən edilir;35

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!