13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────XX yüzilliyin 80-ci illərinin ortalarından “yenidənqurma” və “aşkarlığın” yaratdığı imkanlardan istifadə edənerməni millətçiləri daha böyük bir qüvvə ilə Azərbaycana qarşı qərəzli təbliğata başladılar. Z. Balayan, P. Qazaryan,S. Xanzadyan, B. Ulubabayan, S. Kaputikyan və başqalarının Azərbaycan tarixini saxtalaşdıran, azərbaycanlılarıtəhqir edən qızışdırıcı “əsərləri” erməni millətçiliyinin daha da dərinləşməsində, milli münaqişənin alovlanmasındamüstəsna rol oynadı. Z. Balayanın “Ocaq”, “İki od arasında”, “Qəza” kitabları “əzabkeş xalqa” daha emosional təsirgöstərmiş, tətil və nümayişlər dalğasını genişləndirmişdir. 1989-cu il iyunun 2-də SSRİ Xalq Deputatlarının IIqurultayında akademik B. Hambarsumyanın, B. Dadamyanın, Q. Voskanyanın, 1987-ci ildə Parisdə akademik A.Aqambekyanın çıxışları açıq-aşkar antiazərbaycan xarakteri daşımış, Azərbaycan xalqına qarşı böhtanlardeyilmişdir. Onlar Dağlıq Qarabağın tarixən Ermənistana məxsus olmasını, 1923-cü ildən Ermənistandan alınıbAzərbaycana “bağışlanması”, bölgədə yaşayan ermənilərin Azərbaycan rəhbərliyi tərəfindən sıxışdırılması, vilayətinsosial-iqtisadi cəhətdən Ermənistanla bağlılığı və sair cəfəng uydurmalar yazmışlar. Bütün bunlar isə əsassız yalandırvə xalqımızın ünvanına deyilmiş böhtan kimi qiymətləndirilməlidir.Marşal İ.X. Baqramyanın 1979-cu ildə yazdığı “Xatirələr”ində minlərlə azərbaycanlını məhv etmiş Andranikçox böyük məharətlə təriflənmişdir.Ermənilər Dağlıq Qarabağ məsələsində yalanı həqiqət, ağı qara kimi təqdim və təbliğ etməkdə ustadırlar.Hətta iş о yerə çatmışdır ki, erməni təbliğatı akademik D. Saxarov kimi dünyada tanınan alimi də bu işə cəlb edəbilmişdir. Onun 1989-cu ildə yazdığı “Yenidənqurmanın labüdlüyü” əsəri sırf antiazərbaycan xarakteri daşıyırdı.Həmin əsərdə göstərilir ki, “1920-ci illərin əvvəllərində Dağlıq Qarabağ Stalinin təşəbbüsü ilə qeyri-qanuni olaraqErmənistanın tərkibindən çıxarılmış və Azərbaycana birləşdirilmişdir”. Faktlara əsaslanaraq tam əminliklə deyəbilərik ki, tarixin heç bir mərhələsində Dağlıq Qarabağ Ermənistana aid olmayıb ki, о da “qeyri-qanuni çıxarılıbAzərbaycana birləşsin”. Əlbəttə Saxarovun yuxarıdakı saxta fikri xalqımıza qarşı xəyanətkarlıqdan başqa bir şeydeyildir.Uzun müddət Bakıda yaşayan və rus dilində yazan Leonid Qurunts özünün əsərlərində Qarabağı daimErmənistanın “ayrılmaz” ərazisi sırasında xatırladır. Eyni zamanda L. Qurunts Dağlıq Qarabağda yaşayanermənilərin sosial-iqtisadi cəhətdən əziyyət çəkdiklərini, siyasi cəhətdən sıxışdırıldıqlarını çox miskin şəkildəvurğulayır. О göstərir ki, DQMV-i Ermənistan birləşərsə bütün bu və ya digər “problemlər” aradan qalxar. Halbuki,aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, DQMV-də yaşayan ermənilərin sosial-iqtisadi durumuümumrespublika səviyyəsində birinci yerdə dayanmış, bölgədə sıxışdırılma isə yalnız azərbaycanlılara aidedilmişdir.Erməni tədqiqatçıları mənfur niyyətlərinə çatmaq məqsədilə uzun müddət apardıqları antiazərbaycan təbliğatıöz nəticəsini verdi. Amerika Birləşmiş Ştatları, Fransa, Rusiya kimi böyük dövlətlər də ermənilərin sərsəm “böyükErmənistan” yaratmaq ideyasını dəstəklədilər. Həmin ölkələrin tarixşünaslığında Dağlıq Qarabağda gedən [səh. 62-63] proseslər müxtəlif səviyyələrdə, bəzi hallarda isə ziddiyyətli işıqlandırılmışdır.Gverik Eminin 1987-ci ildə 5 dildə 50 min nüsxə ilə nəşr olunan “Ədəbiyyat yolçusu”nda, V. Stupişinin“Rusiyanın Zaqafqaziyada mənafeləri”ndə, Q. Starovoytovanın 1982-1990-cı illərdə “Moskovskiye novosti”qəzetində “Əzab çəkmiş ermənilər”, “Genosid”, “Kütləvi qırğın”, “Ermənilərin hüququ”, “Erməni əhalisinin özmüqəddəratını həll etmək hüququ” və digər məqalələrində, leninqradlı şair M. Dudinin 1988-ci ildə nəşr olunmuş“Ermənistana 3 məktub” əsərində, İ. Belyayevin “Dialoq” jurnalının 6-cı nömrəsində nəşr olunmuş “İslam ayrıseçkiliyi”,“Müsəlman ekstremizmi”, “İslam təməlçiliyi” və sair məqalələrində, L. Belesiyanın 1989-cu ildə nəşrolunmuş “Ərazi təsərrüfat hesabı və münasibətlər” əsərində, A. Saxarovun 1990-1991-ci illərdə “Znamya” jurnalınınmüxtəlif nömrələrindəki məqalələrində və digər erməni millətçilərinin əsərlərində Azərbaycanın Dağlıq Qarabağbölgəsinin tarixi təhrif olunmuş formada təhlil edilmişdir.Ermənilərin Azərbaycana qarşı fitnəkarlığı Ermənistanın kino sənətində də özünü göstərirdi. Belə ki, GverikEminin 1978-ci ildə çəkilmiş “Ermənistan haqqında yeddi nəğmə” filmi (“Mosfilm”), S. Xanzadyanın 1980-ci illərdə“Ermənifilm” və “Mosfilm”in birgə istehsalı olan “Ümid ulduzu” filmi, L. Babacanyanın “Gəncliyin sahili”(“Lenfilm”) filmi və digər filmlər sırf antiazərbaycan motivləri əsasında təqdim olunmuşdur. Eyni zamanda “mahir”erməni heykəltəraşları, rəssamları, musiqiçiləri də öz sənətlərində öz “sözlərini” demişdilər. Belə ki, onlar “əzilən”,“sıxışdırılan”, “kimsəsiz”, “yazıq” erməni obrazı yaradır və bütün dünyada özlərinə qarşı müsbət fikirformalaşdırırdılar.308

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!