13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Ş.M. Mkrtıçyan 1960-cı ildə yazdığı “Dağlıq Qarabağın tarixi memarlıq abidələri” adlı əsərində Qarabağdakıbütün abidələri erməni abidələri kimi vermişdir. Təəccüb doğuran məsələ ondan ibarətdir ki, yazıçı S. Xanzadyanböhtanla dolu olan bu “əsərə” “dahiyanə” bir rəy də yazmışdır. “Rəy”də Mkrtıçyana məsləhət verilir ki, beləəsərlərinin həcmi və əhatə dairəsi genişləndirilsin. Ş.M. Mkrtıçyanın 1970-ci ildə yazdığı “DQMV-i” adlımonoqrafiya- sı da saxtalığına görə yuxarıda adıçəkilən əsərindən geri qalmır. Əsərdə DQMV-nin iqtisadi və mədəniinkişafı tədqiq edilir. Lakin müəllif çox böyük ustalıqla DQMV-nin iqtisadi və mədəni inkişafını Azərbaycandanayırır. Bu sahədə Ermənistanın rolunu yüksəklərə qaldırır. Halbuki, qərəzsiz elmi araşdırmalar nəticəsində DQMV-iilə Ermənistan arasında iqtisadi əlaqə 0,2 faiz olduğu aşkar edilmişdir. Lakin onu da etiraf edək ki, DQMV-nin təbiisərvətləri gizli yollarla Ermənistana daşınırdı.1988-ci ildə Ermənistan EA-nın 19 akademik və professor-müəllim heyətinin iştirakı ilə yazılmış “DağlıqQarabağ tarixi arayış” kitabında Şuşanın əsasının ermənilər tərəfindən qoyulması bir ovuc “gəlmə” köçərilərin” isə(Pənahəli xan və İbrahim xan nəzərdə tutulur) həmin ermənilərə kömək etməsi” iddiaları “tarixçi” adını daşıyanerməni ziyalılarının ən böyük yalanlarından biridir. Tədqiqatlar isə Şuşanın Azərbaycanın qədim yaşayış məskəniolmasını, Pənahəli xan tərəfindən abadlaşdırılmasını sübut edir.S. Ayvazyan 1976-cı ildə yazdığı “Erməni taleyi” əsərində erməniləri Qarabağın qədim sakini kimi təqdimetməklə azərbaycanlıları “gəlmə” kimi göstərmişdir. Ayvazyan Ermənistanın sərhədlərini Bakı, Şamaxı ərazilərindənkeçdiyini vurğulayır [səh. 60-61] və Azərbaycanın yer adlarını məqsədli şəkildə təhrif edir. Əsərdə müsəlmanlarermənilərin “əbədi düşmənləri” kimi verilmişdir. Ayvazyanın təbirincə, “Xristianların sakit və azad yaşaması üçünbütün müsəlmanlar məhv edilməlidir”. 1988-ci illərdən sonra xalqımıza qarşı törədilən soyqırımı hadisələri bir dahaAyvazyanların təbliğatının nəticəsi idi.Təəssüflər olsun ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tarixini təkcə erməni tarixçi və dilçiləri deyil,hətta şairləri, publisistləri, musiqiçiləri, artistləri - bir sözlə, bütün erməni millətçiləri Qarabağı Azərbaycandanqoparmaq məqsədilə tarixi faktları öz arzularına uyğun təhrif edərək Dağlıq Qarabağı ta qədimdən Ermənistanərazisi kimi “təhlil” etmişlər.Akopyan, Q. Karkaryan, M. Şaginyan, V. Mirzoyan, S. Yeremyan, M. Barxudaryan, Arakelyan, A. Ter-Qvendyan, Q. Svazyan (5) və digərləri Azərbaycanın qədim tarixini saxtalaşdıraraq Kürdən cənubdakı ərazilərimızıntarixən Ermənistana məxsus olması konsepsiyasını irəli sürmüş və Ermənistan ərazisini üç böyük dəniz (Qara dəniz,Xəzər dənizi və Aralıq dənizi) arasında təsvir etmişlər. Təsadüfi deyil ki, erməni millətçiləri Azərbaycana qarşıəsassız ərazi iddiaları irəli sürərkən məhz yuxarıda adıçəkilən saxta konsepsiyadan “qidalanmışlar”.B. Ulubabayan məhz belə mahir alimlərdəndir. Onun 1989-cu ildə Yerevanda nəşr olunan “Dağlıq Qarabağ:tarixin səhifələri” əsəri fitnəkarlıqla yazılmışdı. B. Ulubabayan göstərir ki, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvılərdövründə “böyük Ermənıstan” adlı bır dövlət olmuş “Arsax” adlandırılan Dağlıq Qarabağ Ermənistanın şərqhissəsini əhatə etmişdir. “Yeni Amerika” kəşf edən B. Ulubabayan yəqin ki, M. Kalankaytuklunun, Yegişenin,Xorenatsinin, Y.T. Yeremyanın, A.Q. Sukiasyanın əsərlərindən bixəbərdir. Onlar öz tədqiqatlarında ArsaxınAzərbaycanın tərkib hissəsi olduğunu göstərmişlər.1977-ci ildə P.M. Muradyanın “Ermənistanın gürcü epiqrafikası” kitabı nəşr olunmuşdur. Guya, sənədlərəobyektiv yanaşan Muradyan gürcü sənədlərinə “əsaslanıb” “böyük Ermənistan” xəritəsini çəkmiş və DağlıqQarabağı da həmin tarixdə mövcud olmayan əraziyə aid etmişdir. Ərköyün Muradyan çox böyük acgözlüklə Tiflisidə Ermənistan ərazisi kimi təqdim etmişdir. Bütöv Qafqazı ələ keçirmək niyyətində olan erməni tədqiqatçılarıQarabağı “böyük Ermənistan”ın tərkib hissəsi kimi göstərmişlər. Halbuki aparılan tədqiqatlar QarabağınAzərbaycanın ayrılmaz tərkib hissəsi olması dönə-dönə təsdiqlənmişdir.Y. Barseqov, S. Bors, S. Avanesiyan, N. Şahnazaryan (6) və digərləri öz tədqiqatlarında Dağlıq Qarabağıniqtisadi və siyasi məsələlərinin “təhlili”nə can ataraq erməni millətçilərinə, erməni partiyalarına və onlarınvilayətdəki şovinist mövqeli hərəkətlərinə bəraət qazandırmaq mövqeyindən yanaşmışlar. Onların tədqiqatlarındaDağlıq Qarabağın iqtisadi, siyasi və mədəni həyatına dair tarixi faktların və hadisələrin saxtalaşdırılması aydınmüşahidə edilmişdir. Beləliklə, keçən əsrin 80-ci illərinə qədər Azərbaycanın Dağlıq Qarabağ tarixini tədqiq edənerməni tarixçiləri DQMV-i ərazisinin tarixən Ermənistan ərazisi olması və burada qədımdən yalnız ermənılərınyaşaması kımı saxta əsərlər yazmışlar kı, bütün bunlar ağ yalandır və heç bır elmı əsası yoxdur. [səh. 61-62]307

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!