13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────inkişafında da böyük uğurlar olmuşdur. Elm sahəsində nailiyyətlər respublikada iqtisadiyyatın, mədəniyyətininkişafını və mənəvi həyatın bütün sahələrini əhatə edərək inkişafa takan vermişdir.Başdan-ayağadək silahlanmış erməni cəlladları sovet canişinləri ilə əlbir olaraq əliyalın dinc azəri-türklərinəqarşı soyqı- [səh. 58-59] rımı aktını reallaşdıraraq, qəsbkarlıq, işğalçılıq və vəhşilik aktlarmı XX əsrin qısa bir zamankəsiyində həyata keçirdilər. Onlar növbəti dəfə Azərbaycan xalqına qarşı törətdikləri kütləvi zorakılıq vəvəhşiliklərlə bizi dünyanın müasir inkişafından sapdırmağa, “böyük Ermənistan” yaratmağa çalışdılar. Artıq iki yüzildir ki, ermənilər Qafqazda türk və digər müsəlman xalqlarını məhv etmək və bu qədim türk diyarında “Xristianböyük Ermənistan” yaratmaqla məşğuldurlar. Ermənilərin özləri haqqında dediklərini xatırlamaq, yerinə düşərdi.Akademik Manuk Avaqyan “Erməni xalqının ədəbiyyatı” (Yerevan, 1975) kitabında qeyd edir ki, “Erməni xalqınınkökləri hardadır?.. Ermənistana necə, haradan, hansı yolla gəlib?.. Bizdə bunun dəqiq və aydın sübutları yoxdur”.Tanınmış erməni tarixçisi Samvel Lexasi “Yol qeydləri”ndə (Moskva, 1975) qeyd edir ki, “Moldaviyadan İstanbula,Romeliyadan Böyük Venesiyaya elə bir şəhər, kənd yoxdur ki, orada erməni olmasın. Biz-ermənilər toz kimi bütündünya torpaqlarına səpələnmişik” (s.4). Əlbəttə, bu və ya digər tarixi faktlara müraciət edərək ermənilərin kimliyinidünya ictimaiyyatina çatdırmalıyıq.Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı, bölgənin erməni müəllifləri tərəfindənsaxtalaşdırma obyektinə çevrilməsi, erməni terrorunun dünyada təhlükəli qüvvəyə çevrilməsi DQMV-nin tarixinintarixşünaslığını tədqiq etməyi zəruriləşdirdi.Təəssüf hissi ilə qeyd etməliyik ki, DQMV-nin iqtisadi, siyasi və mədəni həyatına həsr olunmuş elmi-tədqiqatəsərlərini nəzərdən keçirərkən məlum olur ki, həmin tədqiqat əsərlərinin demək olar ki, əksəriyyəti ermənimüəlliflərinə “qismət” olmuşdur. DQMV-nin sosializm quruculuğu dövrünü tədqiq edən erməni “alimləri” - Q.B.Abramyan, Q.A. İonesiyan, Q. Koçəryan, Q. Seyriyan, S. Avaqyan, Ş.M. Mkrtıçyan (3) və digərləri AzərbaycanSSR-in DQMV-nin tarixini tamamilə təhrif etmiş, öz əsərlərində “böyük Ermənistan” xülyasını əsaslandırmağaçalışmışlar. Yuxarıda adıçəkilən erməni müəlliflərinin əsərlərini nəzərdən keçirərkən məlum olur ki, həmin tədqiqatişlərindəki tədqiq olunan məsələlərə saxta erməni riyakarlığı mövqeyindən yanaşılmışdır. Erməni tədqiqatçıalimlarinin əsərlərində Dağlıq Qarabağda iqtisadi və mədəni inkişaf inkar edilmir, lakin bu inkişafda Azərbaycanhökumətinin, bölgədə yaşayan əli-qabarlı, zəhmətkeş azərbaycanlıların adi çəkilmir, əksinə inkişafın başlıca amilikimi Ermənistanın və ermənilərin rolu yüksəklərə qaldirılir. Sosializm quruculuğu dövrünə həsr edilmiş ermənimüəlliflərinin tədqiqat işləri birtərəfli, obyektivlikdən kənar aparılmışdır. Məsələn, S. Avaqyanın 1962-ci ildə“Dağlıq Qarabağda mətbuat” mövzusunda yazdığı namizədlik elmi tədqiqat işində, vilayətin ayrı-ayrırayonlarında nəşr olunan qəzetlər haqqında geniş məlumat verilir, lakin qədim tarixə malik Şuşada nəşrolunmuş qəzetlərin adı belə çəkilmir. Dağlıq Qarabağda sosializm quruculuğu dövrünün tadqiqatçılarından sayılanQ.A. İonesiyan isə bir daha hadisələrə riyakar mövqedən yanaşaraq öz dissertasiyasında qabaqcıl kolxoz vəkolxozçuların sırasında heç bir azərbaycanlılar yaşayan kənd və azərbaycanlı adı çəkilməmişdir.Bəzi erməni tarixçiləri isə öz tədqiqat- [səh. 59-60] larında Dağlıq Qarabağın tarixinə dair yazdığı əsərlərindəDQMV-nin tarixini Azərbaycan tarixi kimi yox, Ermənistan tarixinin bir hissəsi kimi yanaşmışlar. Belə tarixçilərəmisal olaraq A. Akopyanı, İ. Aqayanı, Q. Qolayanı (4) və başqalarını göstərmək olar. Onlar faktları təhrif etmiş,Azərbaycanın tarixi həqiqətlərini saxtalaşdırmışlar. Bu tarixçilər Dağlıq Qarabağda və Azərbaycanın digərərazilərində azərbaycanlılara qarşı qırğınlar törədən Dro, Njde və Andranikin çirkin əməllərini ört-basdır edir və yaadmı belə çəkmir, Nuru Paşanın, S. Sultanovun adlarını isə cəfəng uydurmalarla vurğulamışlar.Ş. Mnatsakanyan 1969-cu ildə Yerevanda nəşr etdirdiyi 200 səhifəlik “Qafqaz Albaniyasının ədəbiyyatıhaqqında” əsə- rində saxtakarlığın yüksək zirvəsinə çataraq “böyük Ermənistan”dan ağızdolusu danışır, DağlıqQarabağı da Ermənistanın bir hissəsi kimi qələmə verir və azərbaycanlıların “gəlmə” olması vurğulanır. Müəllif qeydedir ki, “böyük Ermənistan” Sasani və Bizans arasında bölüşdürülmüşdür. Bütün bu uydurma fikirlər Yeremyanın“Ermənistan SSR” əsərində də öz əksini tapmışdır.S.P. Aqayanın 1978-ci ildə nəşr etdirdiyi “Erməni xalqının tarixi taleyində Rusiyanın rolu” kitabı sırfAzərbaycan əleyhinə yazılmış cəfəng bir uydurmadır. Əsərdə “böyük Ermənistan” təbliğ olunur və belə bir bədxahideya vurğulanır ki, “1812-ci ildən Lori, Qafan, Qarabağ, Zəngəzur kimi erməni torpaqları Rusiyaya keçmişdir”. Bu,azğın düşmənin növbəti namərdliyindən başqa bir şey deyildir.306

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!