13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Məmmədov, Nailə Vəlixanlı, Sara Aşurbəyli, Teymur Bünyadov, Tofiq Köçərli, Qaraş Mədətov, MahmudIsmayılov, Karim Şükürov, Oktay Sultanov, Qasım Hacıyev, Şahin Fərzəliyev, Havva Məmmədova, NazimMəmmədov, Anar İsgəndərov, Hacı Həsənov, Tofiq Mustafazadə, Cəbi Bəhramov və başqalarının Azərbaycantarixinə, Məmmədağa Şirəliyev, Zərifə Budaqova, Əziz Əfəndizadə, Ağamusa Axundov, Əlövsət Abdullayev vəYusif Seyidovun Azərbaycan dilinə, Əziz Şərif, Məmməd Cəfər, Mir Cəlal, Həmid Araslı, Abbas Zamanov, [səh.55-56] Məmmədhüseyn Təhmasib, Mirzə İbrahimov, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, YaşarQarayev, Azada Rüstəmova və başqalarının Azərbaycan ədəbiyyatına, Aslan Aslanov, Firudin Köçərli, FuadQasımzadənin fəlsəfəyə, Əhməd Mahmudov, Asəf Nadirov, Ziyad Səmədzadə, Bəhmən Axundov, AğasəlimƏləsgərov, Teymur Vəliyev və digərlərinin iqtisadiyyata dair tədqiqat işləri xalqın mənəvi sərvətlərinə çevrilmişdir.Bəhs olunan illərdə nəşr olunmuş üç-cildlik “Müasir Azərbaycan dili” (1978- 1981), üçcildlik “CənubiAzərbaycan ədəbiyyatı antologiyası” (80-ci illərdə), üç-cildlik “Rusca-Azərbaycanca lüğət” (1970-80-ci illərdə),dördcildlik “Azərbaycan dilinin izahlı lüğəti” (1964-1987), “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (1975),“Azərbaycan dilinin etimologiya və onomastikası məsələləri” (1990), “Sovet Azərbaycanın heykəltəraşlığı” (1973),“Azərbaycan etnoqrafiyası” (I cild, 1988), “Azərbaycan Dram Teatrı” (1974), ikicildlik “Azərbaycan teatrısalnaməsi” (1975- 1983), üçcildlik “Azərbaycan xalçaları (1961, 1983, 1987)”, “Sovet Azərbaycanı musiqiincəsənətinin oçerkləri” (1974, 1976), “Azərbaycan tarixi”, “Azərbaycan dekorativ-tətbiqi sənətləri”, “CənubiAzərbaycan tarixinin oçerkləri” (1985), “Cənubi Azərbaycan tarixinin məsələləri” (1991) və başqa ümumiləşdiriciəsərlər nəşr olunaraq yayılmışdır.XX yüzilliyin 70-ci illərində respublika ərazisindəki maddi mədəniyyət abidələri yenidən qeydə alındı, onlarıntədqiqinə, mühafizəsinə və səmərəli istifadə olunmasına diqqət artırıldı.Bütün bunlara baxmayaraq ictimai elmlərin inkişafına “hakim ideologiya”-nın güclü təzyiqi ciddi mənfi təsirgöstərirdi. Xüsusən Azərbaycan tarixinin, ədəbiyyatının, incəsənətinin sovet dövrü birtərəfli öyrənilir, mövcud darinziddiyyətlər və onların kökü, ictimai quruluşun, təsərrüfatçılıq sisteminin qüsurları ilə bağlı səbəblər açıqlanmırdi.Məsələn, 70-ci illərdə müttəfiq respublikaların elmlər akademiyalarının tarix institutlarının əksəriyyəti öz xalqlarınınçoxcildlik tarixini hazırlamağı planlaşdırmışdılar, о cümlədən Azərbaycan E A Rəyasət Heyəti da “Azərbaycantarixi”nin yazılması qərarı ilə Baş redaksiya şurası yaratmışdı, cildlərin redaksiyaları, müəllifləri artıq fəaliyyətəbaşlamışdılar. Bu təşəbbüs Moskvanı çox narahat etmişdi. Hətta Sov. İKP Mərkəzi Komitəsində bu məsələrespublika rəhbərlərinin və tarixçilərinin iştirakı ilə müzakirə olunmuşdu. Müzakirədə hər respublikanın fərdi “çoxcildlik”tarixinin avazina regionlar üzrə birgə kitabın yazılması məsləhət görülmüşdü. Bu səbəbdən bir müddətrespublikalar üzrə çoxcildlik tarixin yazılması ləngidildi. Ancaq Azərbaycan KP MK-nın birinci katibi H.Ə. ƏliyevinMoskvaya göndərdiyi məktublardan sonra işə yenidən başlanıldı. Bu sahədə çox böyük işlər görüldü.SSRİ dövründə Azərbaycanda elmin maddi-texniki bazasının inkişafına lazımi qədər vəsait ayrılmırdı. Elmə,milli gəlirin 0,4 faizindən də az (SSRİ-də 6 faiz idi) vəsait sərf olunurdu. Alimlarin əməyi kifayət qədərqiymətləndirilmirdi. Tədqiqat aparmaq üçün müasir avadanlıq, hesablama texnikası, cihazlar çatmırdı. Alimlaraxarici ədəbiyyatdan, arxivdən istifadə etmək, beynəlxalq alama çıxmaq çatin idi. Əsərlər mərkəzin diktəsilə yazılırdı.[səh. 56-57]Azərbaycan dövləti öz müstəqilliyini yenidən bərpa etdikdən sonra ictimai və humanitar elmlər “sovetdövrünün hakim” ideologiyası təzyiqindən xilas olaraq yeni, özü da çətin, ancaq çox mühüm, azad yaradıcılıqdövrünə başladı. Bu sahəyə diqqət artırıldı.Keçən əsrin 90-cı illərində Azərbaycan tarixinin an mürəkkəb və mübahisəli problemlərini şərh edən əsərləryazıldı. Bu əsərlər tarix sahəsində elmi fikri daha da zənginləşdirdi.Azərbaycan arxeoloqları ilk dəfə “Azərbaycan arxeoloji abidələr Bankı”nı yaratdılar. Qobustan qayaüstütəsvirləri UNESCO xətti ilə Ümumdünya Qayaüstü İncəsənət Arxivinə daxil edildi. 1999-cu ildə ElmlərAkademiyası Rəyasət Heyəti nəzdində “Naxçivan Ensiklopediyası” redaksiya heyəti təşkil olundu. 2002-ci ildə“Naxçivan Ensiklopediyası” çap edildi. Hamin ildə Tarix Institutunda “Azərbaycanın tarixi coğrafiyası”, “MüstəqilAzərbaycan Respublikasinın tarixi”, “Qarabağ tarixi” və digər şöbələr təşkil olundu. Tarix İnstitutunun əməkdaşlarıxarici dövlətlərin arxivlərindəki əhəmiyyətli tarixi mənbələri Azərbaycana gətirərək, onu təhlil edib dünyaictimaiyyətinə çatdırdılar.304

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!