13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Bu məqsədlə, qətnamə tərəflərin əməkdaşlığa hazır olduğunu vurğulayaraq, BMT sisteminin təşkilat vəproqramlarını, xüsusilə də BMT-nin Ətraf Mühit Proqramını ATƏT-lə əməkdaşlıq etməyə çağırdı. ATƏT-in 4-12 oktyabr 2006-cı il tarixlərində həyata keçirdiyi faktaraşdırıcı missiyası yanğınların zərər çəkmiş ərazilərinətraf mühitinə qısa və uzunmüddətli ziyanını dəyərləndirdi və “yanğınların ətraf mühit və iqtisadiyyata zərərverdiyini və insan sağlamlığı və təhlükəsizliyinə təhlükə yaratdığını” təsdiq etdi.14 mart 2008-ci il tarixində BMT Baş Məclisi özünün 62-ci sessiyasında Azərbaycanın işğal olunmuşərazilərində vəziyyətə dair A/RES/62/244 saylı qətnamə qəbul etdi. Azərbaycan Respublikasının DağlıqQarabağ bölgəsi və ətrafındakı silahlı münaqişənin beynəlxalq sülh və təhlükəsizliyə təhlükə törətdiyindən ciddinarahatlıq keçirən BMT Baş Məclisi Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədətanınmış sərhədlərinin toxunulmazlığına güclü dəstəyini bir daha təsdiq edərək, erməni qoşunlarınınAzərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələbetdi.Baş Məclis, eyni zamanda, işğal olunmuş ərazilərdən qovulmuş əhalinin öz yurd-yuvalarına qayıtmahüququnu bir daha təsdiq etdi. Qətnamə həmçinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsininerməni və azərbaycanlı icmalarına Azərbaycan Respublikası tərkibində səmərəli demokratik özünüidarə sistemiyaratmağa imkan verəcək normal, təhlükəsiz və bərabər əsaslarda yaşama şəraitinin təmin edilməsininzəruriliyini dilə gətirdi. Baş Məclis Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmışvəziyyəti heç bir dövlətin qanuni hesab edə bilməyəcəyini və işğal olunmuş ərazilərə heç bir dövlətin yardımgöstərə bilməyəcəyini də qeyd etdi. Bütün bunlara baxmayaraq, digər hərbi işğal hallarında olduğu kimi,Ermənistan işğal olunmuş ərazilərdə “seçkilər” və “referendumlar” keçirərək, işğal etdiyi ərazilərdə başverənlərlə bağlı öz rolunu ört-basdır etməyə çalışır. Buna misal olaraq 10 dekabr 2006-cı il tarixli “Konstitusiyareferendumu”nu və 19 iyul 2007-ci il tarixli “prezident seçkiləri”ni və sonrakı illərdə edilmiş qanunsuz seçkilərigöstərmək olar. Beynəlxalq ictimaiyyət bu kimi qeyri-qanuni hallar və onların sülh prosesinə mənfi təsiri iləbağlı özünün birmənalı və prinsipial mövqeyini ifadə etmiş, eləcə də Azərbaycanın ərazi bütövlüyünə hörmətinibir daha təsdiq etmişdir.“Xalq qəzeti”.-2014.-6 noyabr.-N 242.-S.6.302

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!