13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Qars müqaviləsiBir tərəfdə Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR,o biri tərəfdə - Türkiyə olmaqla Qarsda RSFSR-in iştirakı ilə1921-ci il oktyabrın 13-də bağlanmış müqaviləBir tərəfdə Ermənistan Sosialist Sovet Respublikası, Azərbaycan Sosialist Sovet Respublikası və GürcüstanSosialist Sovet Respublikası hökumətləri və o biri tərəfdə Türkiyə Böyük Millət Məclisi Hökuməti millətlərinqardaşlığına və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsiplərinə şərik çıxan, hər iki tərəfin qarşılıqlımaraqlarına əsaslanan daimi səmimi qarşılıqlı münasibətlərdən və fasiləsiz səmimi dostluq qurmaq istəyindənruhlanaraq Rusiya Sosialist Federativ Sovet Respublikasının iştirakı ilə dostluq haqqında müqavilə bağlamaqqərarına gəlmiş və bunun üçün öz Müvəkkillərini təyin etmişlər:Ermənistan Sosialist Sovet Respublikasının hökuməti: Askanaz Mravyan, xalq xarici işlər komissarı, PoqosMakinzyan, xalq daxili işlər komissarı.Azərbaycan Sovet Respublikasının hökuməti: Behbud Şahtaxtinski, xalq dövlət nəzarəti komissarı.Gürcüstan Sosialist Sovet Respublikasının hökuməti: Şalva Eliva, xalq hərbi-dəniz işləri komissarı,Aleksandr Svanidze xalq xarici işlər komissarı və xalq maliyyə işləri komissarı.Türkiyə Böyük Millət Məclisi hökuməti: Kazım Qarabəkir Paşa, Böyük Millət Məclisində Ədirnədən millətvəkili, Şərq Cəbhəsi komandanı,Vəli bəy, Böyük Millət Məclisində Burdurdan millət vəkili, Muxtar bəy, İctimai İşlər Stats-Sekretarınınkeçmiş müavini, Məmduh Şövkət bəy, Türkiyənin Azərbaycanda səlahiyyətli nümayəndəsi.Rusiya Sosialist Federativ Sovet Respublikasının hökuməti: Yakov Qanetski, Latviyada səlahiyyətlinümayəndə, onlar lazımi və qanuni formada tərtib edilmiş səlahiyyətlərin mübadiləsindən sonra aşağıdakılarbarədə razılığa gəldilər:Maddə 1Türkiyə Böyük Millət Məclisi hökuməti və Ermənistan, Azərbaycan və Gürcüstan Sosialist SovetRespublikaları hazırda razılığa gələn tərəflərin ərazilərinin tərkibinə daxil olan ərazilərdə öz suveren hüquqlarınıəvvəllər həyata keçirmiş dövlətlər arasında bağlanan yuxarıda xatırlanan ərazilərə aid olan müqavilələri, eynidərəcədə üçüncü dövlətlər tərəfindən Zaqafqaziya Respublikalarına dair bağlanmış müqavilələri ləğv edilmiş vəöz qüvvəsini itirmiş hesab edirlər.Müəyyən edilmiş hesab olunur ki, bu maddə Moskvada 16 mart 1921-ci ildə bağlanmış Türkiyə-Rusiyamüqaviləsinə tətbiq edilmir.Maddə 2Razılığa gələn tərəflər onlardan birinin zorla qəbul etməyə məcbur edildiyi hər hansı sülh müqaviləsini vəsair beynəlxalq aktları tanımamaq barədə razılaşırlar. Bunun qüvvəsincə, Ermənistan, Azərbaycan və GürcüstanSosialist Sovet Respublikaları Türkiyəyə dair və hazırda onun Böyük Millət Məclisi ilə təmsil olunan TürkiyəMilli hökumətinin tanımadığı heç bir beynəlxalq aktı tanımamaq barədə razılaşırlar.(Bu müqavilədə Türkiyə anlayışı altında Konistantinopolda Osmanlı deputatlar palatası tərəfindən işlənibhazırlanmış və elan edilmiş, mətbuatda bütün dövlətlərə çatdırılmış 8 yanvar 1920-ci il (1336) tarixli TürkiyəMisaqi-Milli sərhədlərinə daxil edilmiş ərazilər nəzərdə tutulur).Öz tərəfindən Türkiyə Böyük Millət Məclisi Hökuməti bu ölkələrin hazırda Ermənistan, Azərbaycan vəGürcüstan sovetləri ilə təmsil olunan müvafiq Hökumətlərinin tanımadığı hər hansı beynəlxalq aktı tanımamaqbarədə razılaşır.Maddə 3Ermənistan, Azərbaycan və Gürcüstan Sosialist Sovet Respublikaları hökumətləri təslim rejimini hər hansıölkənin azad milli istəkləri ilə, eləcə də onun suveren hüquqlarının tam həyata keçirilməsi ilə bir arayasığmadığını hesab edərək, bu rejimə hər hansı aidiyyəti olan hər hansı hərəkəti və hüququ öz qüvvəsini itirmişvə ləğv edilmiş sayırlar.30

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!