13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Bu gün Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları ilə münasibətlərdə strateji tərəfdaşlıqsəviyyəsinə yüksəlsə də, ABŞ-ın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ciddi addımlar atmamağının da birsıra səbəbləri var:– ABŞ dünyanın digər güclü dövləti olan Rusiyanı bölgədən mümkün qədər uzaq tutmağa çalışsa da, buməsələdə onunla kəskin qarşıdurma yaratmağa meyilli deyil. Çünki Dağlıq Qarabağ məsələsi hələ ki, ABŞ-ınhəyati maraqları səviyyəsinə yüksəlməmişdir;– Amerikadakı erməni lobbisi Dağlıq Qarabağ məsələsində ABŞ siyasətinə təsir göstərəcək səviyyədədir;– Digər bir səbəb, ABŞ-ın əldə iki qapız tutmaq istəməsidir. Belə ki, bir tərəfdən erməni lobbisinin təsiri iləErmənistanla əməkdaşlığı inkişaf etdirən ABŞ, digər tərəfdən Azərbaycan neftinin çıxarılması və daşınmasındasöz və pay sahibi olmağa can atır.Son dövrlərdə ABŞ-ın bu məsələdə Azərbaycanı dəstəklədiyi göz qabağındadır. Lakin erməni lobbisinintəsirinin güclü olduğu həmsədr dövlətlərin münaqişə ilə bağlı cəhdlərinin uğursuzluqla nəticələnməsi göstərir ki,Azərbaycan diplomatiyası bununla əlaqədar daha fəal iş görməlidir.Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə tərəfdar olan digər aktor İran İslamRespublikasıdır. İran öz təhlükəsizliyi və ictimai sabitliyinin qorunması üçün digər aktorların iştirakı ilə də olsa,Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. Çünki Şimalda baş verən hər hansı bir müharibəİrana təsirsiz ötüşə bilməz. İranı da Rusiya kimi qıcıqlandıran məsələ olan Azərbaycanın enerji siyasətinəticəsində Qərbə yönəlməsi Avropa ölkələri və ABŞ-ın burada mövqelərinin daha da möhkəmlənəcəyianlamına gəlir.Münaqişənin həllində Azərbaycana daim tərəf duran yeganə aktor Türkiyə Respublikasıdır. Azərbaycanlaetnik, mədəni və dil yaxınlığı olan Türkiyəyə görə, Azərbaycan Orta Asiyaya çıxış üçün mühüm strateji məkanolmaqla yanaşı, həmçinin enerji təminatçısı rolunu da oynayır. Bu baxımdan da Dağlıq Qarabağın işğalolunması Türkiyə üçün Qafqazla bağlı planlarında əngəl yaradır.Türkiyə münaqişənin sülh yolu ilə həllinə tərəfdar çıxmaqla Azərbaycanın ərazi bötövlüyünün qorunmasınıdəstəkləmiş, hətta işğalçılıq prosesinə görə Ermənistanla sərhədlərini də bağlamışdır.Beləliklə, müasir reallıqlar göstərir ki, Dağlıq Qarabağ münaqişəsi iki ölkə arasında mövcud olan qarşıdurmaolmaqdan çıxaraq, böyük dövlətlərin də müdaxilə etdiyi bir problemə çevrilmişdir. Əslində, münaqişənindondurulmuş şəkildə uzadılmasının da əsas səbəbi üçüncü dövlətlərin burada öz maraqlarını təmin etməkistəyidir. Bir tərəfdən, erməni lobbisi, digər tərəfdən isə enerji təhlükəsizliyi ilə bağlı maraqlar həmin dövlətləribu maraqların ziddinə gedib münaqişə tərəflərinə təzyiq göstərə bilməməsinə səbəb olur.Həmçinin mütəxəssislər hesab edirlər ki, münaqişənin beynəlxalq ictimaiyyət üçün əhəmiyyəti hələ dəaşağıdır. Əksər beynəlxalq iştirakçılar Dağlıq Qarabağ sülh prosesini dəstəkləsələr də, belə bir fikir də genişyayılıb ki, münaqişə çox təhlükəli deyil və onun çözülməsi üçün yeni resursların ayrılmasına ehtiyac yoxdur.Göründüyü kimi, digər dövlətlərin prosesə qoşulması münaqişənin həllinə töhfə verməkdən çox, onların özmaraqlarına uyğun hərəkət etmələri problemin həllində qarışıqlıq yaradır.Lakin Azərbaycan <strong>Prezident</strong>i dəfələrlə beynəlxalq tribunalardan istifadə edərək bildirmişdir ki, münaqişəninsülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə respublikamızın güclü hərbi potensialı hesabınatorpaqlarımızı müharibə yolu ilə qaytarmağa Azərbaycan Respublikasının kifayət qədər gücü var.“Xalq qəzeti”.-2014.-9 avqust.-N 169.-S.4.293

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!