13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Dağlıq Qarabağ probleminə fərqli münasibətlərSon illərdə beynəlxalq hüquq tətbiq edilmə funksiyasını o qədər itirib ki, böyük dövlətlər beynəlxalq aləmdəyaşanan problemləri özləri tərəfindən yaradılan və sistemləşdirilən beynəlxalq hüquq norma və prinsipləri ilədeyil, açıq-aydın güc tətbiq edərək həll etməyə çalışırlar. Kiçik dövlətlərə gəldikdə isə, onlardan qeyd-şərtsizbeynəlxalq hüquqa riayət etmələrini tələb edirlər. Əlbəttə, böyük dövlətlərin özlərinə məxsus üstünlüklərivardır, qlobal miqyasda iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinə müdaxilə bacarığı, informasiya yaymaq vəyaxud əldə etmək imkanları, milli mənafelərinin qorunması üçün iqtisadi, siyasi və hərbi mexanizmlərə sahibolması və s. Ancaq bütün bunlar belə bölgə və beynəlxalq aləmdə yaşanan problemlərin həll edilməsi üçünböyük dövlətlərə ədalətsiz yanaşmağa haqq vermir. Güc ədalətli olduqda qəbul edilə bilər və özünü doğruldar.Ədalətsiz güc nəinki düşmən qazanmaq, eyni zamanda dostu da itirmək deməkdir.İkiqütblü dünyanın süqutundan sonra başda ABŞ olmaqla beynəlxalq münasibətlər sistemində bəzidövlətlərin sahib olduqları gücdən mütəmadi olaraq ədalətsiz şəkildə istifadə etdikləri müşahidə edilir. Buxüsusilə enerji və təhlükəsizlik məsələlərində daha çox yaşanır. Enerji tələbatının qarşılanması və qlobaltəhlükəsizlik mühitinin təmin edilməsi böyük dövlətlərə kiçik dövlətləri süqut etdirmək və ya yox etmək kimiüstünlük verməməlidir. Bu böyük dövlətlərin özləri tərəfindən yaradılan beynəlxalq hüququn norma vəprinsiplərində ehtiva edilmişdir. Amma reallıqda böyük dövlətlər buna əməl edirlərmi? Xeyr, böyük dövlətlərinözlərinin milli maraqları təhlükə qarşısında qaldığı zaman digər dövlətlərə beynəlxalq hüquq norma vəprinsiplərini diqqətə almadan istədikləri kimi rəftar edirlər. Digər dövlətlərin milli maraqları isə qətiyyən onlarınarahat etmir. Əksinə, bu dövlətlərin qarşılaşdıqları problemlərdən təzyiq vasitəsi kimi istifadə edirlər.Azərbaycan müstəqilliyini elan etdiyi ərəfədə torpaqlarının təxminən 20 faizi Ermənistan tərəfindən işğaledilmişdir və işğal bu günə qədər davam edir. 20 ildən çoxdur işğalın nəticələrinin aradan qaldırılması üçünATƏT Minsk qrupu fəaliyyət göstərsə də, həmsədr dövlətlərin vasitəçilik missiyası hələ ciddi nəticə verməyib.Bunun səbəblərindən biri də həmsədr dövlətlərin beynəlxalq hüququn norma və prinsiplərini diqqətəalmamalarıdır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ problemi ilə bağlı qəbuletdiyi dörd qətnamə həyata keçirilməyib. Ermənistan bölgə və beynəlxalq təhlükəsizliyi təhdid etdiyi üçün onaqarşı heç bir iqtisadi və siyasi sanksiya tətbiq edilməyib, Şimalı Kipr 40 ildən artıqdır iqtisadi və siyasisanksiyalara məruz qalsa da, qondarma DQR rejiminə ABŞ hökuməti hər il milyonlarla dollar yardım edir.Azərbaycanın haqlı olduğu məsələdə etirazları diqqətə alınmır. ABŞ okeanın o tayından milli maraqları üçüntəhdid gördüyü məsələlərdə dünyanın müxtəlif nöqtələrinə hərbi müdaxilə etsə də, torpaqları işğal edilənAzərbaycanın tələblərini görmür və yaxud görmək istəmir. ABŞ və digər həmsədr dövlətlər Azərbaycantorpaqlarını işğaldan azad edilməsi üçün problemin beynəlxalq hüquq və Helsinki sənədinin norma vəprinsipləri çərçivəsində həll edilməsinin vacibliyini vurğulasalar da, yaxın tarixə diqqət etdikdə bu dövlətlərindedikləri norma və prinsiplərə əməl etmədiklərini görmək üçün kahin olmağa ehtiyac yoxdur.Bir neçə gün bundan əvvəl ABŞ Dövlət departamentinin nümayəndəsi Cen Psaki Azərbaycan <strong>Prezident</strong>iİlham Əliyevin verdiyi bəyanatda "Ermənistanın qaranlıq gələcəyi''ndən bəhs etməsini şərh edərkən "ABŞ-ınprinsipləri ilə ziddiyyət təşkil edən alovlu ritorika və bəyanatlar regionda gərginliyi artırır və Dağlıq Qarabağprobleminin həll edilməsi prosesini zədələyir” - demişdir. Psaki eyni zamanda fikirlərini "ATƏT Minskqrupunun həmsədr dövlətləri kimi biz Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi üçün tərəflərə hərzaman kömək etməyə hazırıq... Həmsədr dövlətlərin bəyanatlarında dəqiq göstərilir ki, problemin həll edilməsiBMT nizamnaməsi və Helsinki Yekun Aktına istinad etməlidir.'' deyə ifadə etmişdir.[i]Maraqlı budur ki, Psaki bəyanatında "ABŞ-ın prinsipləri ilə ziddiyyət təşkil edən alovlu ritorika vəbəyanatlar'' ifadəsini işlədir. ABŞ-ın prinsipləri nə zamandan beynəlxalq hüququn norma və prinsipləri kimiqəbul olunmuşdur? Yaxud ümumən ABŞ-ın prinsipləri nələrdir və digər dövlətlər ABŞ-ın prinsiplərini qəbuledirlərmi? ABŞ özünü beynəlxalq hüquq norma və prinsipləri yaradan tək dövlət olmaq iddiasını dünyadövlətlərinə qəti şəkildə qəbul etdirə bilibmi?BMT nizamnaməsinin 51-ci maddəsi dövlətlərə onlara qarşı edilən hər hansı hücum zamanı özlərini müdafiəetməyə və gücdən istifadə etməyə haqq verir. Bu haqqın doğması üçün ani, gözlənilməz və qarşısı alınmaz birvəziyyətin olması şərtdir. Bu cür təhlükənin qarşısının alınması üçün alınan tədbirlər məntiqli, var olan təhlükəilə eyni nisbətdə olmalıdır. Dövlətlər bu haqlarından istifadə etmədən əvvəl Təhlükəsizlik Şurasına məlumatverməli və BMT nizamnaməsinin 41 və 42-ci maddəsinə uyğun olaraq müvəqqəti tədbirlər görməlidirlər.Müvəqqəti görüləcək tədbirlər bunlardır:diplomatik sanksiya;iqtisadi sanksiya;hərbi sanksiya.286

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!