13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Dağlıq Qarabağ münaqişəsi: dəyişən beynəlxalq şərait və ona verilən çevik reaksiyaİbrahim MƏMMƏDOV,əməkdar jurnalistFransa Prezidenti Fransua Ollandın Cənubi Qafqaza səfəri iki mühüm aspektdən xüsusiləmühümdür və çoxsaylı məqamlar sırasından bu iki məqamın ayrılaraq üzərində dayanılması zəruridir.Birincisi, Fransa Prezidenti Şərqi Avropa, postsovet məkanı, o cümlədən Cənubi Qafqazda yaranmış yenisituasiyada Fransanın və Avropa İttifaqının Azərbaycan və Gürcüstanın müstəqilliyinə dəstəyini vəittifaqın regiondakı maraqlarını nümayiş etdirir. Bu, əslində, kontinental Avropanın - Almaniya vəFransanın mövqelərinin güclənməsidir. Son ayların diplomatik gediş-gəlişi göstərir ki, AlmaniyaUkraynada, Fransa isə Cənubi Qafqazda fəallığını artırır.Almaniya Ukraynadakı bütün siyasi məsələlərdə öz təsirini göstərməyə çalışır. Fransa isə Cənubi Qafqazdövlətlərinə dəstək verir və iqtisadi-siyasi əlaqələrini gücləndirir."Ərazi bütövlüyü" prinsipi önə çıxır və "millətlərin öz müqəddəratını təyini" prinsipini üstələyirFransua Ollandın Cənubi Qafqaza, Azərbaycana səfərinin ikinci mühüm aspekti isə separatizməmünasibətdə, münaqişələrin həllində "ərazi bütövlüyü" prinsipinin əsas olduğunu rəsmən bəyan etməsi oldu.Məsələ ondadır ki, Ukraynanın parçalanması və Krımın Rusiyaya birləşdirilməsi, Ukraynanın cənub-şərqindəseparatizmin geniş miqyas alması fonunda Avropa İttifaqının aparıcı dövlətlərinin, ABŞ-ın, BMT-ningündəliyində "ərazi bütövlüyü" prinsipinin aparıcı baza prinsipinə çevrilməsinə səbəb oldu.Belə ki, ABŞ və Avropada siyasi maraqlar "ərazi bütövlüyü" prinsipinin xeyrinə formalaşdı. Bu, bütöv birbeynəlxalq siyasi eranın başlanğıcını göstərən bir transformasiyadır. Sirr deyil ki, beynəlxalq hüququn norma vəprinsipləri də dövlətlərin beynəlxalq siyasi maraqlarına uyğun olaraq ön plana çıxır və ya əksinə, arxa planaçəkilir. Eyni yerdəyişmələr "ərazi bütövlüyü" və "millətlərin öz müqəddəratını təyin etməsi" prinsipləri ətrafındada baş verib və verməkdədir.1945-60-cı illərdə ABŞ və SSRİ dünyada, xüsusilə Afrikada müstəmləkə sisteminin dağılmasında maraqlıolduqları üçün "millətlərin öz müqəddəratını təyin etməsi" prinsipi aparıcı prinsip kimi BMT-ninNizamnaməsinə daxil edildi, müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqda bəyannamə vəbeynəlxalq paktlar qəbul edildi.Müstəmləkə sisteminin dağılması və maraqların sərhədlərinin cızılması ilə "təyini müqəddərat" prinsipidə özünün qlobal önəmini itirdi, "ərazi bütövlüyü" prinsipi yenidən ön sıraya çıxdı. SSRİ-nin dağılmağabaşladığı dövrə qədər, 80-ci illərin sonunda SSRİ-də suverenlik hərəkatı başlandığı dövrdə Qərb dövlətləri vəsovet rəhbərliyi - hər kəs özünə sərfəli kontekstdə (Qərb müttəfiq respublikaları, sovet rəhbərliyi müttəfiqrespublikalardakı muxtar qurumların müstəqilliyini stimullaşdırırdı - İ.M.) yenidən təyini-müqəddərat prinsipiniqabartmağa və hətta muxtar vilayət və respublikaların da müstəqilləşməsi hərəkatlarını dəstəkləməyə başladılar.Bu beynəlxalq dalğada Azərbaycanın, Gürcüstanın və Moldovanın əraziləri parçalanmaya məruz qaldı.Və beynəlxalq hüquq "ərazi bütövlüyü", yoxsa "təyini-müqəddərat" prinsiplərinin əsas götürülməsi haqda uzunmüzakirələr dövrünə qədəm qoydu. Nəhayət, 2011-ci il oktyabrın 4-də AŞ PA-nın Strasburqdakı iclasında qəbuledilmiş 1832 nömrəli qətnamədə deyilir: "Etnik azlığın öz müqəddəratını təyin etməsi hüququ avtomatik olaraqayrılma hüququnu nəzərdə tutmur..." Bu qətnamə artıq ərazi bütövlüyü prinsipinin yenidən ön plana çıxması vəaparıcı Avropa dövlətlərinin siyasi maraqlarına cavab verdiyi bir dövrün başlandığına işarə idi. Ancaq hüquqiəsas yaransa da, yenə bu məsələ praktik siyasətdə əsas hədəf deyildi. Qərb dövlətləri, Gürcüstanla bağlı məsələistisna olmaqla, postsovet məkanında yerdə qalan regional münaqişələr haqda danışarkən hər iki prinsipinparalel vacibliyini vurğulayırdılar. Ancaq son 3 ayda vurğu daha çox "ərazi bütövlüyü" prinsipinə edilir.2014-cü il Ukrayna hadisələri və Ukraynada mərkəzdənqaçma prosesinin güclənməsi "ərazi bütövlüyü"prinsipini nəinki Avropa və ABŞ-ın praktik siyasətinə gətirdi, hətta onu gündəlik fəaliyyətin, dövlət başçılarınınbəyanatlarının aparıcı tezisinə çevirdi. Yenidən, artıq birmənalı şəkildə "ərazi bütövlüyü" prinsipi beynəlxalqsiyasətin prioriteti oldu.ABŞ Prezidenti Barak Obama Ukraynanın ərazi bütövlüyü haqda dəfələrlə bəyanat verdi. HəttaObamanın çoxsaylı rus əhalinin yaşadığı Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə telefon danışığındansonra Ağ evin məlumatında onların "ərazi bütövlüyü və suverenlik prinsipini dəstəkləməyin vacibliyinə dairrazılığa gəldikləri" haqda məlumat yayıldı.Yelisey sarayından verilmiş məlumatda isə qeyd edilirdi ki, Fransa Prezidenti F.Olland, Almaniyakansleri A.Merkel, ABŞ Prezidenti B.Obama, Böyük Britaniyanın Baş naziri Devid Kemeron və İtaliyanın Baş283

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!