13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Qarabağ uğrunda mübarizəni gücləndirmək üçün Yerevan 2 mart 1988-ci ildə qeyri-qanuni “DQMV-ninErmənistana birləşdirilməsi Komitəsi”nin yaradılması haqqında qərar qəbul etdi. Komitənin əksər üzvləriDQMV-nin şəhər və vilayət deputatları Sovetinin deputatları idilər. Komitə icra orqanı kimi 11 nəfərdən ibarətşura da yaratdı. Martın 5-də şuranın qərarı ilə DQMV-də “Qarabağ” komitəsinin bölməsi olan “Krunk” komitəsiyaradıldı.Artıq təşkilatlaşmış erməni millətçiləri mübarizəni siyasi müstəvidə apararaq Moskvanın qarşısındatələblərlə çıxış etməyə başladılar. Azərbaycan KP-nin Dağlıq Qarabağ Vilayət Komitəsi 17 mart 1988-ci iltarixli plenumunda muxtar vilayətin kommunistlərinin və zəhmətkeşlərinin DQMV-nin Ermənistan SSR-yəbirləşdirilməsi tələbləri haqqında qərar qəbul etdi və plenum Sov.İKP MK-nin Siyasi Bürosundan xahiş etdi ki,DQMV-nin Ermənistan SSR-ə birləşdirilməşi məsələsini müsbət həll etsin. Bir neçə ay sonra isə, DQMV XalqDeputatlarının Vilayət Şurası 12 iyul 1988-ci il tarixində keçirilən sessiyasında vilayətin Azərbaycan SSR-nintərkibindən çıxması haqqında qərar qəbul etdi. Qeyd edək ki, bir gün sonra iyulun 13-də Azərbaycan SSR AliSoveti DQMV Xalq Deputatları Sovetinin 12 iyul 1988-ci il tarixli qərarının qeyri-qanuni olması haqqında qərarqəbul etdi və SSRİ konstitusiyasının 87, Azərbaycan SSR konstitusiyasının 114 və “Dağlıq Qarabağ MuxtarVilayəti haqqında Azərbaycan SSR qanunu”nun 42-ci maddələrinə əsasən qeyd olunan qərarı ləğv etdi.1988-ci ilin yayında “Qarabağ" komitəsi hərbi əməliyyatlara hazırlaşmaq məqsədi ilə hərbi hazırlıq keçməküçün Ermənistanda və DQMV- də könüllülərin toplanmasına başladı. 20 avqust 1988-ci il tarixində “Qarabağ”və “Krunk” komitələrinin Stepanakertdə keçirdikləri mitinqdə azərbaycanlıların vilayətdən zor gücü iləçıxardılması haqqında qərar qəbul olundu. “Qarabağ” komitəsinin yaratdığı silahlı dəstələr həm Ermənistanda,həm də Dağlıq Qarabağda azərbaycanlıların öldürülməsi və evlərinin yandırılması əməliyyatlarına başladılar.1988-ci ilin qışında Ermənistanda yaşayan 250 min azərbaycanlı zor gücünə öz tarixi torpaqlarından qovulubçıxarıldı.VAHİD ÖMƏROV,fəlsəfə üzrə fəlsəfə doktoru“Səs”.-2013.-10 iyul.-№124.-S.15.276

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!