13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Lakin bütün bunlara baxmayaraq, dünyada bir-birinə qarşı olan siyasi sistemlərin mövcudluğu, dünyasiyasətinə birbaşa təsir göstərmək imkanları olan fövqəl dövlətlərin bir-birinə əks qütblərdə dayanmaları və budövlətlərin geopolitik maraqlarının etdiyi dikto siyasi proseslərin beynəlxalq hüquq çərçivəsindən kənaraçıxmalarını təmin etdi. Dünyanın siyasi taraz- lığını, dayanıqlığını təmin edən əks qütblər arasında “soyuqmüharibə” başladısa da, bu müharibə minlərlə insanın məhvinə səbəb olmuş neçə- neçə qaynar nöqtələrinyaranmasına şərait yaratdı. Fikrimizin təsdiqi olaraq, Vyetnam və Əfqanıstan müharibələrinə nəzər yetirməkkifayətdir.XX əsr dünya siyasətinin xarakterik xüsusiyyətlərindən biri də o oldu ki, dünya imperiyalara “yox” dedi. 40-60-cı illərdə Avropa dövlətlərinin Afrikada, Yaxın Şərqdə və Cənubi Asiyada müstəmləkə siyasətindən əlçəkmələrinin, 90-cı illərdə SSRİ və Yuqoslaviya kimi “qırmızı imperiya"ların dağılmalarının nəticələri şirin,şirin olduğu qədər də acı oldu. Qeyd edək ki, göstərilən proseslərin heç bir münaqişəsiz ötüşmədi və xalqların,millətlərin tarixində qanlı izlər buraxdı.Beynəlxalq hüquq və beynəlxalq münasibətlərlə bağlı ədəbiyyatlarda münaqişələri mahiyyət etibarı ilə 3qrupa bölürlər: 1) etnokonfensional, yəni milli-dini zəmində baş verən münaqişələr (məs. Livan problemi); 2)separatizm və xarici müdaxilə nəticəsində baş verən münaqişələr (məs. Dağlıq Qarabağ problemi; 3) iki dövlətarasında mübahisəli məsələlərlə (ərazi və s.) bağlı baş verən münaqişələr (məs. İraq-İran problemi). Qeyd edəkki, bu münaqişələrin birinin digərinə çevrilmə ehtimalı da vardır. Məsələn, Dağlıq Qarabağ münaqişəsiseparatizm nəticəsində yarandısa da, sonradan Ermənistan-Azərbaycan müharibəsinə çevrildi.XX əsrdə bütün dünyada irili-xırdalı yüzlərlə münaqişə baş vermişdir. Təbii ki, bu münaqişələrin hər birininöyrənilməsinə böyük ehtiyac vardır. Lakin bir kitabda bütün münaqişələri təhlil etmək mümkün olmadığından,bu kitabda yuxarıda qeyd olunan münaqişə qruplarına daxil olan və uzun illərdir ki, beynəlxalq ictimaiyyətindiqqət mərkəzində olan bir neçə münaqişə təhlil edilmişdir. Kitabın hazırlanmasında məqsəd münaqişələrinyaranma səbəblərində oxşar və fərqli cəhətləri göstərərək, münaqişələrin həll olunmasında beynəlxalqtəşkilatların və dünyanın fövqəldövlətlərinin rolunu analiz etməkdən ibarət olmuşdur.Yuxarıda göstərdiyimiz münaqişə qrupları münaqişələrin yaranma səbəblərinə görə sistemləşdirilmişdir. Busəbəblərlə yanaşı münaqişələrin genişlənməsində (bəzən də yaranmasında) münaqişə regionunda maraqları olanfövqəldövlətlərin də fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Məsələn, SSRİ dağıldıqdan sonra müstəqillik əldəetmiş respublikaların Qərbyönümlü siyasət yürüdərək mərkəzdən uzaqlaşması Moskvanın maraqlarına uyğundeyildi. Məhz bu səbəbdən Cənubi Qafqazın iki respublikasında - Azərbaycanda və Gürcüstanda münaqişəocaqlarının yaradılmasına və daha da genişləndirilməsinə Moskvadan dəstək verildi. Azərbaycanda DağlıqQarabağ, Gürcüstanda isə Abxaziya və Cənubi Osetiya separatizmin yuvasına çevrildi. 1992-93-cü illərdəAzərbaycan ərazisinin 20%-nin Ermənistanın hərbi birləşmələri tərəfindən işğal olunmasında, Gürcüstanınfaktiki olaraq bir neçə yerə parçalanmasında Rusiyanın hərbi dəstəyinin böyük rolu olmuşdur. Başqa sözlə,Rusiyasız nə separatist Dağlıq Qarabağ və Abxaziya, nə də təcavüzkar Ermənistan ola bilməzdi.Ermənistanın Azərbaycana qarşı ərazi iddiası 1987-ci ilin sonunda M.Qorbaçovun iqtisadi məsələlər üzrəmüşaviri erməni mənşəli Aqambekyanın Parisdə verdiyi müsahibə ilə rəsmi olaraq başladı. Müsahibə- sindəAqambekyan DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadı baxımdan daha məqsədəuyğun olduğunubildirmişdi. Aqambekyanın bu çıxışı həm DQMV-də, həm də Ermənistanda çoxdan planlaşdırılan siyasi aktlaratəkan verdi. Artıq 1988-ci ilin əvvəllərində Ermənistanda yaradılmış “Qarabağ” komitəsinin qeyri-qanunimitinqlər, tətillər keçirmək və həm Azərbaycan, həm də SSRİ hökumətinə təzyiqlər etməklə, Dağlıq QarabağınErmənistana birləşdirilməsi hərəkatı daha da hərbi xarakter almağa başlayırdı.Yerevanda işlənmiş planlara əsasən 1988-cı ilin yanvar-fevral aylarında DQMV-nin rayonlarındakı əməkkollektivlərində keçirilən toplantılarda, kənd və rayon deputatları şuralarının sessiyalarında keçirilənmüzakirələrdə vilayətin Ermənistana birləşdirilməsi haqqında müraciətlər qəbul olundu və qərarlar Moskvayagöndərildi. DQMV-nin Xalq Deputatları Sovetinin 20 fevral 1988-ci il tarixində keçirilmiş növbədənkənarsessiyasında isə vilayətin Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-yə verilməsi ilə bağlıAzərbaycan SSR və Ermənistan SSR-in Ali Sovetləri qarşısında məsələ qaldırılması ilə bağlı qərar qəbulolundu. Qarabağ ermənilərinin bu qərarından sonra Ermənistan SSR-in Ali Soveti “DQMV Xalq DeputatlarıSovetinin 20 fevral 1988-ci il tarixində keçirilmiş növbədənkənar sessiyasının qərarı haqqında” qətnamə qəbuletdi. Bu qərara görə, Ermənistan tərəfi DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsinə razılıq verir və SSRİ AliSovetindən xahiş olunurdu ki, məsələnin müsbət həllini təmin etsin. Əslində belə bir qərarın qəbul olunmasıhəm SSRİ və Azərbaycan SSR konstitusiyalarının pozulması, həm də beynəlxalq hüququn norma vəprinsiplərinin pozulması demək idi.DQMV-də aparılan işlərlə yanaşı, Ermənistanın özündə də Qarabağ ermənilərinə dəstək məqsədi ilə kütləvimitinqlər təşkil olundu. Mitinqlərdə dünya ermənilərini Qarabağ ermənilərini müdafiəyə səsləyən, ermənilərin“tarixi torpaqları olan Dağlıq Qarabağın “qanuni yolla” Ermənistana birləşdirilməsi, əgər bu baş tutmasa,Ermənistanın Qarabağı anneksiya etməsini Ermənistan hakimiyyət orqanlarından tələb edən çıxışlar səslənirdi.275

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!