13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────“DQMV” - Qarabağın sızlayan yarasıXIX əsrdə ermənilərin Qarabağa köçürülməsi nəticəsində onların sayı sürətlə artmaqda idi. Bu isə Rusiyanınplanlarına tamamilə uyğun gəlirdi. Hələ 19 may 1783-cü ildə knyaz G.A.Potyomkin II Yekaterinaya yazdığıməktubda: "Fürsət tapan kimi Qarabağı ermənilərin idarəsinə vermək və beləcə Asiyada bir Xristian dövlətiqurmağ"ın vacibliyini bildirirdi.Rus qafqazşünası N.Şavrov yazırdı (1911): "Zaqafqaziyadakı 1,3 milyon erməninin 1 milyondan çoxugəlmədir". Bunlara baxmayaraq 1832-ci ildə Qarabağın 64,4 faizi Azərbaycan türkü, 34,8 faizi erməni idi.Köçürülüb gətirilən ermənilərin Qarabağın dağlıq hissəsində qriqorianlaşmış və erməniləşmiş albanlarınyaşadığı ərazidə məskunlaşdırılması daha geniş hal almışdı. Tarixçi Y.Mahmudov və K.Şükürovun qeyd etdiyikimi, bütün bunlara baxmayaraq, 1916-cı ildə Qarabağda xanlıq sərhədləri daxilində əhalinin yenə də təxminən51 faizi azərbaycanlı, 46 faizi isə erməni (yerli alban mənşəli ermənilərlə birlikdə) idi. Lakin aparılanuzunmüddətli məkrli siyasət nəticəsində, XX əsrin ortalarından başlayaraq ermənilər sayca Dağlıq Qarabağdaüstünlük təşkil etməyə başladılar. Bu səbəbdən 1990-cı ildə DQMV-nin əhalisi 192.000 nəfərə çatdı və artıqburada ermənilər 76 faiz, azərbaycanlılar isə 23 faiz təşkil edirdi.1905-dən üzü bəriErmənilər 1905-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı kütləvi soyqırımları törətdilər. Onlarınazərbaycanlılara qarşı soyqırımı siyasəti Qarabağda daha faciəli şəkil aldı. Məqsəd mifik "böyük Ermənistan"dövləti yaratmaq idi. 1915-ci ildə Osmanlı dövlətindən heç nə "qopara" bilməyən ermənilər Cənubi Qafqazdaçarizmin himayəsi altında azərbaycanlılara qarşı soyqırımlarını davam etdirdilər. Çar hökumətinin devrilməsi ilə(1917, fevral) Qafqazda yaranan hərc-mərclikdən istifadə edən erməni silahlı dəstələri daşnak-bolşeviklərləbirləşərək azərbaycanlılara qarşı 1918-ci ilin martında Bakıda və digər şəhərlərdə kütləvi qırğınlar törətməyəbaşladılar.1918-ci ilin mayın 28-də Şimali Azərbaycanda yeni müstəqil dövlətin yaranması bu qırğınları dayandırabildi. Lakin elə həmin vaxtlar yenicə elan olunmuş Ermənistan (Ararat) Respublikası Qarabağa heç bir əsasıolmayan iddialar irəli sürdü və təbii ki, rədd cavabı aldı.O zaman - 1920-ci il martın 22-də Novruz bayramı günü Qarabağda -Şuşada ermənilərin ən xəyanətkarsilahlı qiyamlarından biri baş verdi. Əslində bu qiyamın arxasında Azərbaycanı işğal etməyə hazırlaşanbolşeviklər dayanırdı. O zaman erməni separatçıları müvəqqəti olaraq Əsgəran qalasını ələ keçirə bilsələr də,Azərbaycan hökuməti çox sürətlə və qətiyyətlə Qarabağda öz suveren hüquqlarını bərpa edə bildi. Qarabağgeneral-qubernatorluğunun yaradılması da az rol oynamadı.Həmin şanlı əməliyyatın iştirakçısı olan, o illər Azərbaycan Ordusunda xidmət edən əsgərlərimizin bəzilərison illərə qədər yaşayırdılar və o günləri qürurla xatırlayırdılar. Həmin hadisələr vaxtı Ağdamdan Əsgəranadoğru hərəkət edən ordu hissələrini müdafiə naziri Səməd Paşa Mehmandarov yola salmışdı. Düşmən üzərinəyüyürən əsgərlərimizin dilindən bu sözlər səslənirdi:Səməd Paşa əsgərlərin pədəri,Çağırar hey silah başı irəli.Belə düşüdü bu millətin qədəri,Getməliyiz. Getmək düşdü ellərə,Düşmən ayaq basmasın bu yerlərə...Ermənilərin xəyanəti davam edirdi və onlar 1920-ci ilin aprel işğalı ərəfəsində ölkənin şimal sərhədlərininmüdafiəsi işinə də ağır zərbə vurdular...Dağlıq Qarabağın muxtariyyət verilən hissəsiAzərbaycanda və Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra daşnak və bolşeviklər əvvəlkiniyyətlərindən əl çəkmədilər və Qarabağın Ermənistana birləşdirilməsi üçün konkret addımlar atmağabaşladılar. Erməni millətçilərinin geniş təmsil olunduğu Rusiya K(b)P MK bu məsələdə birtərəfli, qərəzli mövqenümayiş etdirərək 1921-ci ilin iyununda Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağın Ermənistana270

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!