13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Azərbaycan-ABŞ əlaqələri kontekstində Dağlıq Qarabağ problemiAzərbaycan-ABŞ əlaqələrinin tədqiqi üzrə görkəmli mütəxəssis professor Ə.Həsənov yazır ki, ABŞ-ınrəsmi siyasəti 90-cı illərin ortalarından başlayaraq "Amerikanın maraqları" çərçivəsində bütün dünya ölkələrinidörd qrupa bölmüş və müvafiq olaraq hər birinə fərqli yanaşma nümayiş etdirir. Bu ölkələrlə münasibətə görəonlar 1) Amerikanın müttəfiqlərinə; 2) müttəfiqliyə doğru düzgün yolla irəliləyənlərə; 3) rəqiblərə, yaxudantiamerika siyasəti yürüdənlərə və nəhayət, 4) heç bir əhəmiyyət kəsb etməyən, problemlərin içində boğulanölkələrə bölünüb.Azərbaycan-ABŞ əlaqələrində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə münasibət o qədər dərəvan olmamışdır. Məlum olduğu kimi, 1993-cü ilin aprel-may aylarında Bakıda və Vaşinqtonda iki ölkəninsəfirlikləri fəaliyyətə başladı. Bunun ardınca konqresmen Qreq Laflinin başçılıq etdiyi nümayəndə heyətinin vəDemokrat Partiyasından Konqresin üzvü Riçard Lemanın rəhbərliyi ilə bir qrup konqresmenin Azərbaycanasəfərləri oldu. Kəlbəcərin Ermənistan tərəfindən işğalı ilə bağlı ABŞ prezidenti Bill Klinton Azərbaycan<strong>Prezident</strong>inə məktub göndərərək, ermənilərin Kəlbəcəri işğal etməsini pislədi. Eyni zamanda, həmin dövrdəABŞ Türkiyə və Rusiya ilə birlikdə erməni silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılması vəmünaqişənin ATƏM çərçivəsində danışıqlar yolu ilə aradan qaldırılması planının hazırlanmasında və onunhəyata keçirilməsi istiqamətində səylər göstərdi. 1993-cü ilin may-iyun aylarında ABŞ-ın DövlətDepartamentinin Dağlıq Qarabağ problemi üzrə danışıqlarda nümayəndəsi Con Mareska və yeni müstəqildövlətlərlə əlaqələr üzrə müşaviri Stroub Talbott Bakıya səfər etdi. Lakin bütün bunlar ABŞ-ın münaqişəyə tamfəallıqla yanaşması, Ermənistan-Azərbaycan münaqişəsinə düzgün qiymət verməsi və Dağlıq Qarabağproblemini aradan qaldırmaq üçün malik olduğu imkanlardan maksimum istifadə etməsi demək deyildir.Hələlik, ABŞ-ın rəsmi dairələri Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin mahiyyəti,təcavüzkar və təcavüzə məruz qalmış tərəflər, münaqişənin həllinin prinsipləri və yolları haqqında tam obyektivvə prinsipial mövqedən çıxış etmirdilər.Ə.Həsənov yazır: "Bir tərəfdən, Ə.Elçibəy hökumətinin passiv xarici siyasəti, digər tərəfdən,Ermənistanın və Amerikada yaşayan erməni lobbisinin anti-Azərbaycan təbliğatı və tədbirləri rəsmi VaşinqtonuAzərbaycandan çox uzaq bir qütbə salmışdı. Məhz elə bunun nəticəsi idi ki, 1993-cü ilin sonuna qədərVaşinqton Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ problemi ilə bağlı dəfələrlə Ermənistanınmövqeyini əks etdirən, onu münaqişədə haqlı hesab edən bəyanatlar yaymış, bu ölkəyə həm mənəvi, siyasi, həmdə maddi yardım göstərmişdir. Azərbaycana münasibətdə isə, əksinə, müxtəlif sanksiyalar tətbiq etmiş, haqq işiuğrunda ədalətli mübarizə apardığı halda, onu günahlandırmışdır. Ermənilər bu dövrdə istədiklərinə qismən nailolsalar da, Azərbaycanda 1993-cü ilin yayında baş verən ictimai-siyasi dəyişikliklər və bunun nəticəsində,Heydər Əliyevin yenidən rəhbərliyə qayıtması onların çirkin əməllərinin qarşısına sipər çəkdi. Ermənistanınanti-Azərbaycan siyasətinə qarşı Azərbaycan rəhbərliyinin daha uzaqgörən və çevik siyasəti qoyuldu. HeydərƏliyev hələ Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsində işləyərkən, dəfələrlə o zamankı Azərbaycanrəhbərliyini xəbərdar etmişdi ki, ermənilərin 1988-ci ildən beynəlxalq aləmdə Azərbaycana qarşı yeritdikləritəbliğat və informasiya müharibəsi çox təhlükəlidir və bu, ağır nəticələrə gətirə bilər.Müəllifin qeyd etdiyi kimi, bu təhlükənin reallığı 1992-ci ilin sonunda tam təsdiqləndi. Məlum oldu ki,əvvəla, keçən dörd ildə ermənilər bütün dünyada Azərbaycan xalqını qaniçən, fundamentalist, sivil dünyadəyərlərindən çox uzaq, erməniləri, xristianları soyqırımına məruz qoyan, məhv edən vəhşi bir millət kimitanıtmış; ikincisi, öz irticaçı və işğalçı sifətlərini məharətlə gizlədərək və dünya ictimai rəyində müsəlmanlarınəhatəsində məhv olan, yazıq erməni siması yaradaraq, Azərbaycan dövlətinə və xalqına qarşı əsil nifrət oyadabilmiş; üçüncüsü formalaşmış anti-Azərbaycan beynəlxalq rəyindən məharətlə istifadə edərək, bir tərəfdən,Azərbaycan torpaqlarını işğal etmiş, yüz minlərlə əhalini öz torpağından didərgin salmış, digər tərəfdən isə,ABŞ və başqa böyük dövlətlərin beynəlxalq himayəsinə və güclü yardımına nail olmuş; dördüncüsü, aparılmıştəbliğat və formalaşmış beynəlxalq rəyə əsaslanaraq, ABŞ-da və onun Avropa müttəfiqlərində Azərbaycananifrət hissi oyatmış, onun tam təcrid olunmasına və müxtəlif dövlətlərin ona qarşı sanksiyalarının tətbiqedilməsinə nail ola bilmişdir.Beləliklə, Ə.Elçibəy iqtidarının, bir tərəfdən, Azərbaycanın ABŞ üçün kəsb etdiyi əhəmiyyəti düzgünqiymətləndirməməsi, bu fövqəldövlət üçün "Azərbaycan maraqları" anlayışının, hələlik, adi mülahizədən başqabir şey olmadığını dərk etməməsi, digər tərəfdən, ABŞ-da etibarlı dayaq və güclü təsir mexanizmlərinə vətəşkilati strukturlara malik olan erməni lobbisinin fəaliyyətinə lazımi əhəmiyyət verməməsi Azərbaycanı 1992-ci ilin sonunda çox ağır vəziyyətə saldı. Hərtərəfli iqtisadi və siyasi yardıma ehtiyacı olan Azərbaycan, o zamanhəyata keçirilən xarici siyasət nəticəsində təkcə ABŞ-ın deyil, eyni zamanda, Vaşinqton ilə bağlı olan və bütünbeynəlxalq məsələlərdə onun rəyini nəzərə alan digər ölkələrin də dəstəyindən məhrum oldu. Bununla daAzərbaycan nəinki təkcə bölgədə, eyni zamanda, beynəlxalq aləmdə təkləndi, yalan və iftira dolu təbliğatısayəsində bir çox dünya dövlətlərinin dəstəyini qazanmış irticaçı erməni qüvvələrinə qarşı apardığı ədalətli267

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!