13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────“Hərbi əməliyyatlar və bu əməliyyatlardan qabaq geniş surətdə yayılmış etnik düşmənçilik etnikmənsubiyyətinə görə insanların geniş miqyasda yerlərindən qovulmasına və dəhşətli etnik təmizləməkonsepsiyasını xatırladan monoetnik ərazilərin yaradılmasına gətirib çıxarmışdır. Dağlıq Qarabağ regionu hələdə separatçı qüvvələrin nəzarəti altındadır”, - deyə qətnamədə vurğulanır.Ardınca isə, AŞPA tərəfindən Ermənistana 1690 saylı tövsiyə xarakterli sənəd qəbul edildi. Tövsiyəsənədinin birinci bəndində deyilir: “Münaqişə tərəflərini təkidlə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və884 saylı qətnamələrinə əməl etməyə, xüsusilə istənilən hərbi əməliyyatlardan çəkinməyə və silahlı qüvvələriAzərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarmağa çağırırıq”.Bununla yanaşı, İslam Konfransı Təşkilatı da Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin mənafelərinətam cavab verən bir sıra qətnamələr qəbul edib.“Qarşı tərəf beynəlxalq hüquqa hörmət etmədiyini göstərir”2011-ci ildə isə, dünyanın ən güclü hərbi təşkilatı hesab olunan NATO zirvə sammitinin yekunbəyanatının 58-ci maddəsində də Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və dolayısı ilə Ermənistanınişğaçılıq siyasəti bir daha vurğulanır. Belə ki, bəyanatda deyilir ki, NATO Azərbaycanın ərazi bütövlüyü,müstəqilliyi və suverenliyini dəstəkləməkdə davam edir və eyni zamanda regional münaqişələrin sülh yolu iləhəllini dəstəkləməkdə də davam edəcək.Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq hüquq müstəvisində, eyni zamanda dünya ictimaiyyətininmövqeyində baxdıqda Azərbaycanın haqlı mövqeyi ortaya çıxır, Ermənistansa işğalçı dövlət kimi tanınır. Lakinhələ də münaqişə öz həllini tapmayıb.E.Mehdiyev bununla bağlı deyib ki, beynəlxalq hüquq münaqişənin tezliklə Azərbaycanın ərazibütövlüyü çərçivəsində həllini tələb etsə də, onun hələ də davam etməsinin siyasi tərəfləri də var. LakinE.Mehdiyev bildirib ki, erməni tərəfi münaqişənin uzanması və həll edilməməsi üçün xalqların özmüqəddəratını həll etmək prinsipini irəli sürür ki, guya Qarabağda yaşayan ermənilərin hüquqlarıtanınmalıdır:“Beynəlxalq hüquqda ərazi bütövlüyü ilə yanaşı, xalqların öz müqəddəratını təmin etməkprinsipləri də var. Lakin o da qeyd olunur ki, xalqlar dövlətlərin sərhədlərinin toxunulmazlığı çərçivəsində özmüqəddəratını həll edə bilər. Yəni, ilk növbədə Azərbaycanın sərhədləri bərpa edilməli, ərazi bütövlüyü təminedilməlidir ki, sonradan Qarabağdakı ermənilərin müqəddəratı həll edilsin. Bunu Azərbaycan tərəfi dətəsdiqləyir. Bildirir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü təmin edilməli, sonra ermənilər Azərbaycanvətəndaşı kimi o ərazilərdə yaşamağa davam etməlidir”. Onun sözlərinə görə, Qarabağda bölgənin əsas əhalisiolan azərbaycanlılar öz evlərindən deportasiya ediliblər: “Yəni, ermənilərin hüquqlarını tələb edən Ermənistanazərbaycanlıları deportasiya edərək, ilk növbədə bu hüququ tanımadıqlarını göstərir. Bunun özü də qarşı tərəfinbeynəlxalq hüquqa hörmət etmədiyini göstərir”.Onu da qeyd edək ki, Azərbaycanın uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra dövlətlər, o cümlədənLatın Amerikası ölkələri də Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dövlətin apardığı siyasət Azərbaycanıntezliklə öz torpaqlarının beynəlxalq hüquq normaları çərçivəsində geri qaytaracağını deməyə əsas verir.Asif NƏRİMANLI“Paritet”.-2012.-23-24 oktyabr.-№113.-S.5.266

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!