13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Dağlıq Qarabağ münaqişəsinin hüquqi tərəfləriBeynəlxalq hüquq normaları, BMT qətnamələri və digər beynəlxalq sənədlərAzərbaycanın ərazi bütövlüyünü tanıyırDağlıq Qarabağ münaqişəsi 20 ildən artıqdır ki, davam edir və bu müddət ərzində Ermənistan Azərbaycantorpaqlarını işğal altında saxlamaqdadır. Bununla Ermənistan eyni zamanda beynəlxalq hüquq normalarını dapozaraq, dünya birliyinin bu günə qədər Azərbaycan torpaqlarını işğaldan azad etməklə bağlı çağırışlarınıqulaqardına vurur. Dağlıq Qarabağ münaqişəsinin başlanmasından bu günə qədər BMT-nin, o cümlədən digərbeynəlxalq təşkilatların qətnamələri, ərazi bütövlüyünün toxunulmazlığını qəbuledilməz elan edən beynəlxalqhüquq da Ermənistanın işğalçı ölkə olduğunu təsdiq edir.Ermənistan beynəlxalq hüquq normalarına zidd addımı hələ Azərbaycan torpaqlarını işğal etmək planınınilk mərhələsini yerinə yetirərkən atmışdı. Belə ki, işğalçılıq siyasətini yerinə yetirmək üçün QərbiAzərbaycandan, o cümlədən, Qarabağ bölgəsindən yüz minlərlə azərbaycanlı ermənilər tərəfindən deportasiyaedildi. Bununla da Ermənistan 1966-cı il 16 dekabrda qəbul edilmiş “Mülki-siyasi hüquqlar haqqındaBeynəlxalq Akt”ın, 1984-cü il 10 dekabrda qəbul edilmiş “İnsan ləyaqətini hədəli və digər qəddar, qeyri-bəşərivə ya alçaldıcı müraciət və cəza növləri əleyhinə” Konvensiyanın və digər mühüm beynəlxalq hüquqi sənədlərinəsas prinsiplərini pozdu. Deportasiya siyasəti həyata keçirildikdən sonra Azərbaycan torpaqlarına qarşı erməniordusu hərəkətə keçdi və bəşəriyyətin tarixinə ləkə, qəddarlıqlar, soyqırımılar düşdü.BMT-nin hələ də əməl edilməyən qətnamələriDünya birliyinin də xəbər tutduğu erməni vandalizminin qarşısını almaq üçün Birləşmiş MillətlərTəşkilatı hərəkətə keçdi və Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı bir neçə qətnamə qəbul edildi.Münaqişələrin sülh yolu ilə tənzimlənməsi və kollektiv tədbirlər qəbul etməklə beynəlxalq sülhün vətəhlükəsizliyin qorunub saxlanması prinsipi məqsədlərindən biri olan BMT-nin Təhlükəsizlik Şurasınınmünaqişə ilə bağlı ilk qətnaməsi 1993-cü il aprelin 30-da, Kəlbəcərin erməni hərbi birləşmələri tərəfindənişğalından sonra qəbul edildi. 822 saylı bu qətnamədə təsdiq edilir ki, beynəlxalq sərhədlər toxunulmazdır vəərazi əldə etmək üçün qüvvə tətbiq etmək yolverilməzdir. Qətnamədə həmçinin, bölgədəki bütün dövlətlərinsuverenliyinə və ərazi bütövlüyünə hörmət ifadə edilir. Lakin sonrakı dövr ərzində erməni hərbi birləşmələri822 saylı qətnamənin qeyd olunan şərtlərinə əməl etmədi ki, bu da BMT TŞ-nin münaqişə ilə bağlı əlavəqətnamələrin qəbul edilməsini şərtləndirdi. Dağlıq Qarabağ münaqişəsilə bağlı 1993-cü il iyulun 29-da qəbuledilən 853 saylı qətnamənin qəbuluna səbəb də Ermənistanın əvvəlki qətnaməni saymayaraq, AzərbaycanınAğdam rayonunu işğal etməsi oldu. Bu qətnamədə isə, Ağdam rayonunun işğal olunması xüsusilə qeyd edilir vəhərbi əməliyyatların güclənməsindən təşviş ifadə olunurdu. Dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığınıntəmin olunmasının vacibliyi bir daha vurğulanan bu qətnamədə ATƏM-in (Avropa Təhlükəsizlik vəƏməkdaşlıq Müqaviləsi. 1995-ci ilin yanvarından ATƏT - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatıadlanır) sülh prosesini sürətləndirmək cəhdlərini təqdir etdiyi də qeyd olunurdu. Həmçinin, 853 saylı qətnaməməzmununa və həcminə görə əvvəlki qətnamədən xeyli fərqlənirdi. Belə ki, 822 saylı qətnamədə Azərbaycanərazilərinə daha çox yerli erməni qüvvələrinin təcavüz etməsinə diqqət yetirilirdi. Yeni qətnamədə isə işğalçıkimi artıq konkret olaraq yerli erməni qüvvələrindən bəhs edilmirdi. Bu dəfə ermənilər münaqişədə iştirak edənişğalçı tərəf kimi təqdim olunurdu ki, bu artıq Ermənistanın bir dövlət kimi işğal prosesində iştirak etdiyinə birişarə sayıla bilərdi.Azərbaycan tərəfi münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarı kimi çıxışedərək, BMT TŞ-nin 1993-cü il oktyabrın 14-də sayca üçüncü olan 874 saylı yeni qətnaməsini qəbul etməsinənail oldu. Bu qətnamədə 822 və 853 saylı qətnamələrdə göstərilən şərtlər bir daha təsdiq edilərək bildirilirdi ki,dövlətlərin ərazi bütövlüyü toxunulmazdır.Bununla belə, qətnamələrdə işğalçıya qarşı konkret cəza tədbirlərinin yoxluğu onun 1993-cü ilinoktyabrında Zəngilan rayonunu tutması ilə nəticələndi. Özü də bu fakt ATƏT sədrinin bölgədə səfərdə olduğubir vaxtda baş verdi. Ermənistanın beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə etinasızlığı üzündən 1993-cü ilnoyabrın 11-də BMT TŞ Azərbaycanın növbəti müraciətinə baxaraq, sayca dördüncü olan 884 saylı qətnaməqəbul etdi. Real nəticəsi olmasa da, əslində bu qətnamələrin qəbulu Azərbaycanın Ermənistan üzərindədiplomatik qələbəsinin əsas göstəricilərindən biri sayılmalı, həmçinin beynəlxalq ictimaiyyətin yekdil rəyiniifadə edən mövqe hesab olunmalıdır. Çünki qətnamələrin hamısında Azərbaycanın ərazi bütövlüyü tam tanınırvə işğal olunmuş ərazilərin boşaldılması tələb olunurdu.264

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!