13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────bir danışıq prosesi müddətsiz, nəticəsiz ola bilməz. Hər bir danışıqlar prosesində qarşılıqlı güzəştlər dəbeynəlxalq hüquqla müəyyən olunur. Təcavüzkarla təcavüzə məruz qalan dövlətdən eyni dərəcə güzəşt tələbetmək isə beynəlxalq hüquq normalarını ayaq altına atmaqdır. Təəssüf ki, ATƏT-in Minsk qrupu da belə birədalətsiz mövqeyə tapınıb. Həmsədr dövlətlərin məsuliyyətdən tamamilə yayınması, münaqişə tərəflərinin“istənilən razılaşması”nın məqbul sayılacağını bəyan etməsi isə prinsipsizlik nümunəsi kimi son dərəcəüzücüdür. Bəli, həmsədrlər təkcə prinsipsizlik deyil, həm də təcavüzkarı şirnikləndirmək yolunu seçiblər.Ermənistanın təcavüzkar dövlət olmasına, işğalçılıq siyasəti yürütməsinə açıq-aşkar göz yumulur. Bubir yana, “demokratiya carçıları” Azərbaycandakı müsbət meyillərə kölgə salmağa çalışdıqları halda, təcavüzkardövlətin daxilində cərəyan edən antidemokratik proseslərə, dövlətin antihumanist, insanlığa qarşı yönəlmişzorakı addımlarına da göz yumurlar.“İkili standartlar” digər beynəlxalq təşkilatların da mövqeyində aşkar sezilir. Avropa Parlamentinin buil mayın 24-də Azərbaycanla bağlı qəbul etdiyi “İnsan hüquqları, demokratiya və hüququn aliliyininpozulmasına dair” qətnamə, bu mənada, ölkə ictimaiyyətinin haqlı narazılığı ilə qarşılandı. SənəddəAzərbaycanda guya “söz və mətbuat, sərbəst toplaşmaq azadlıqlarının həyata keçirilməsi ilə bağlı problemlərinmövcudluğu” vurğulanır. Məsələnin absurd tərəfi həm də ondan ibarətdir ki, Avropa Parlamentinin 5fraksiyasının üzvlərinin iştirakı ilə keçirilən toplantıda qurumun 754 deputatından cəmi 56-sı iştirak etmiş,onların 49 nəfəri sənədin lehinə səs vermişdi. Avropa Parlamentinin təxirəsalınmaz prosedurları çərçivəsində,təxminən 30 dəqiqə davam edən dinləmələr nəticəsində tələm-tələsik qəbul edilmiş qətnamədə çoxsaylıyanlışlıqların, yoxlanılmamış müddəaların əksini tapması da onun qərəzliliyinə şübhə yeri qoymur.Müxtəlif insanlar və dövlətlər tərəfindən törədilən analoji hadisələrə əks münasibətlərin sərgilənməsiözünü “ikili standart”ların bariz nümunəsi kimi göstərir. Norveçdə 77 nəfəri qətlə yetirən, məhkəmədə özəməlindən peşman olmadığını və daha çox insanı, habelə müsəlmanı öldürə bilmədiyindən təəssüfləndiyinibildirən Anders Breyvik 21 il müddətinə azadlıqdan məhrum edildiyi halda, bir erməni zabitini qətlə yetirən(baxmayaraq ki, güclü ruhi həyəcan vəziyyəti istisna edilmirdi) Azərbaycan Ordusunun zabiti Ramil SəfərovMacarıstan məhkəməsi tərəfindən ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edildi. Ermənistan bütündünyanın terrorçu kimi tanıdığı Monte Melkumyanın həbsdən buraxılmasını “təşkil” edərək onu Ermənistanagətirib milli qəhrəman adını verərək abidəsini qoyanda və bu qatili öz əməllərini davam etdirmək üçün DağlıqQarabağa göndərəndə (amma o, Dağlıq Qarabağda əsgərlərimiz tərəfindən öldürüldü) heç bir ölkə, heç birbeynəlxalq təşkilat bununla maraqlanmadı. Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun isə beynəlxalqnormalara və Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə uyğun şəkildə Azərbaycana gətirilib ölkə<strong>Prezident</strong>i tərəfindən əfv edilməsi narahatlıq hissi ilə qarşılandı.Bu ilin sentyabr ayının 13-də Avropa Parlamenti “uğurlu təcrübə”sindən istifadə edərək RamilSəfərovun əfv edilməsindən təəssüf hissini ifadə edən qətnamə qəbul etdi. Təbii ki, bu qətnamə də AvropaParlamentinin 754 üzvündən 76 nəfərinin iştirakı ilə, bunlardan da 58 nəfərin sənədin lehinə, 13 nəfərin isəəleyhinə səs verməsi ilə qəbul edildi. Qətnamədə “Ramil Səfərovun Azərbaycanda qəhrəman kimi qarşılanması,ona mayor rütbəsi verilməsi və 8 illik maaşının ödənilməsindən, onun gələcək nəsillərə qoyacağı nümunədən”narahatlıq ifadə olunur. Görünür, Avropa parlamentariləri Ermənistanın Azərbaycan torpaqlarının 20 faiziniişğal etməklə bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün kimi yaşamağa məcbur edilməsini,Xocalıda və digər ərazilərimizdə törətdiyi soyqırımı, bütün dünyanın terrorçu kimi tanıdığı M.Melkumyanlabağlı hərəkətlərini gələcək nəsillərə nümunə hesab etmirlər. Avropa Parlamentinin belə məsələlərlə bağlı“parlaq təcrübə”sini nəzərə alaraq qətnaməni geniş şərh etməyə lüzum yoxdur. Amma Avropa Parlamentininüzvləri 1983-cü ildə qəbul edilmiş “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyasının12-ci maddəsinə diqqət etsələr, daha yaxşı olardı. Həmin maddədə deyilir ki, “hər bir tərəf özününKonstitusiyasına və ya digər qanunlarına uyğun olaraq əfv, amnistiya və ya cəzanın yüngülləşdirilməsi haqqındaqərar verə bilər”. Azərbaycan həmin konvensiyaya 1995-ci ilin martın 21-də qoşulmuş və bu parlamentimiztərəfindən 12 dekabr 2000-ci il tarixdə ratifikasiya edilmişdir. Ramil Səfərovla bağlı məsələ də ölkə <strong>Prezident</strong>itərəfindən həmin konvensiya və Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə uyğun şəkildə həlledilmişdir.Avropa Parlamentinin həmin qətnaməsi ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisi 1 oktyabr2012-ci il tarixdə bəyanat qəbul etmişdir. Bəyanatda deyilir: “Azərbaycan Ordusunun zabiti Ramil Səfərovlabağlı olan sırf hüquqi məsələyə siyasi rəng verilməsi cəhdlərinin davam etməsi dərin təəssüf və narahatlıq hissidoğurur. Bu cəhdlər Avropada bəzi siyasi dairələrin erməni təbliğatının təsiri altında hərəkət etdiklərini, bir çoxhallarda Azərbaycanla bağlı məsələlərdə ikili standartlardan əl çəkmədiklərini göstərir… 1983-cü il iyulun 15-də Fransanın Orli hava limanında törədilmiş terror aktına görə həmin ölkənin məhkəməsi tərəfindən ömürlükhəbs cəzasına məhkum edilmiş Varujan Karapetyanın 2001-ci ildə Ermənistan prezidenti Robert Koçaryanınmüraciətindən və ASALA erməni terror təşkilatının hədələrindən sonra vətəndaşı olmadığı ErmənistanRespublikasına verilməsi və əfv edilməsi, onun, eləcə də müxtəlif dövrlərdə Avropa ölkələrində Türkiyə261

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!