13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────post”unun üzərinə getməyə özündə cəsarət tapmadı. Daha dəqiqi, münaqişənin həllinin Moskvaya sərfəligörünmədiyini açıq etiraf etməyin vaxtı çatıb.İşğal faktı ilə barışmayacağını hər zaman bəyan edən Azərbaycan danışıqların sonadək nəticəsizqalacağı təqdirdə münaqişənin həllində güc yoluna əl atacağını gizlətmir. Söhbət ondan gedir ki, Ermənistan vəAzərbaycan arasında 1994-cü ilin mayın 12-də atəşkəs rejiminin tətbiqini nəzərdə tutan Bişkek müqaviləsininimzalanmasından 18 il keçsə də, İrəvanın qeyri-konstruktiv, təcavüzkar siyasəti üzündən beynəlxalq birliyinmünaqişəni dinc yolla tənzimləmək cəhdləri hələ ki fayda verməyib. Ötən illərdə ATƏT-in Minsk qrupununhəmsədrlərinin (ABŞ, Fransa, Rusiya) vasitəçiliyi ilə aparılan üzücü və gərgin danışıqlar prosesi bir neçə dəfəproblemin real həlli müstəvisinə yönəlsə də, Ermənistan rəhbərliyinin aşkar siyasi cığallığı və siyasiqətiyyətsizliyi üzündən sülhə gəlmək mümkün olmayıb. Belə görünür ki, hazırda danışıqlar prosesinindondurulması da məhz nizamlanma prosesinin uzadılmasına, Ermənistanın vaxt udmasına hesablanıb. İşğalçıdövlətin belə mövqe tutması onun Minsk qrupu həmsədrlərinə, əsasən də Fransa və Rusiyaya arxalanması iləizah olunur.Minsk qrupuna rəhbərlik edən dövlətlər sanki missiyalarını unudaraq təcavüzkar Ermənistana açıqaşkarhimayədarlıq edirlər. Onlardan biri qeyri-qanuni olaraq Ermənistana 1 milyard dollar məbləğində silahsatır, digəri Azərbaycanın iradəsinin əleyhinə olaraq separatçı rejimə hər il maliyyə yardımı göstərir. Üçüncüsüisə qondarma, saxta “erməni soyqırımı” iddialarını qəbul etməyən, erməni məkrinə etiraz edən vətəndaşlarınıcinayət məsuliyyətinə cəlb etmək istəyir. Bitərəf həmsədrlik institutu budurmu?Azərbaycanın son 18 ildə danışıqlar prosesində ədalətli, prinsipial və beynəlxalq hüquqa əsaslananmövqe nümayiş etdirməsi həm təcavüzkar tərəfə, həm də dolayısı ilə onu təcavüzkarlığa şirnikləndirən ATƏTinMinsk qrupuna həmsədrlik edən dövlətlərə yaxşı məlumdur. Lakin aşkar görünür ki, “demokratiya çətiri”altında özünün imperialist siyasətini yürüdən, geosiyasi və iqtisadi maraqları ətrafında reveranslar edən bəziaparıcı dövlətlərin ikili oyunları beynəlxalq hüququ iflic duruma gətirib. Qarabağ münaqişəsinə ədalətsizyanaşma da kifayət qədər üzdədir. Ermənistanın təcavüzkar dövlət olması, beynəlxalq hüquq normalarını kobudşəkildə pozaraq işğalçılıq siyasəti yürütməsi təəssüf ki, etiraf olunmur. Halbuki BMT ilə yanaşı, ATƏT-in, AŞPA-nın, İƏT-in sənədlərində də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı qeyd olunub.Bütün bunlar hüquqi və siyasi baxımdan xeyrimizə olsa da, reallıqda heç nə dəyişmir.Dünya nizamını müəyyənləşdirən güclər işğala göz yummaqla hələ də təcavüzkarı himayə edirlər.2008-ci ildə BMT-də Azərbaycanın ərazi bütövlüyü ilə bağlı keçirilən səsvermədə həmsədr dövlətlərin bitərəfqalması bunun əyani təcəssümü idi. 2010-cu ildə ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin “ermənisoyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə təkcə qardaş Türkiyənin deyil, həm də Azərbaycanın əleyhinəyönəlmişdi. Belə bir ədalətsiz və qərəzli qətnamənin qəbulu göstərdi ki, Azərbaycan ictimaiyyəti ATƏT-inMinsk qrupuna həmsədrlik edən dövlətlərə qarşı inamsızlıq və etimadsızlıq nümayiş etdirməkdə tamamiləhaqlıdır. Eyni sözləri 2011-ci ildə qondarma “erməni soyqırımı”nı tanımayanların cinayət məsuliyyətinə cəlbedilməsini nəzərdə tutan qanunu qəbul etmək niyyətində olan Fransa haqqında da demək olar.Yaranmış vəziyyət “Kim güclüdürsə, o da haqlıdır” kimi vandal prinsipin hələ də aktual olduğunugöstərir. Dövlət başçısı İlham Əliyev hələ 2009-cu ildə Qəbələ rayonunda məskunlaşmış məcburi köçkünlərləgörüşü zamanı beynəlxalq hüquq normalarının işləməməsinə haqlı etirazını ifadə etmişdi: “Beynəlxalq hüquqnormaları əlbəttə ki, böyük əhəmiyyət daşıyır. Azərbaycan müstəqil, suveren ölkə kimi istəyir ki, bütünməsələlər qanun çərçivəsində, dünyada qəbul edilmiş normalar əsasında həll olunsun. Əgər bu beynəlxalq qanunnormaları pozulursa, onda demək olar ki, dünya birliyinin beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətinitənzimləyən mexanizmlər işləmir. Əgər dünyanın ən böyük, ən mötəbər təşkilatı – BMT-nin TəhlükəsizlikŞurasının, bu da BMT-nin ən vacib orqanıdır, – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlıqəbul edilmiş 4 qətnaməsi icra edilmirsə, onda hansı beynəlxalq hüquq normalarından danışmaq olar”.Dağlıq Qarabağ separatçı rejimindəki seçkilərə münasibətdə də eyni vəziyyətin şahidi oluruq.Doğrudur, İrəvanın ciddi səylərinə baxmayaraq, bu gün heç bir dövlət qondarma Dağlıq Qarabağ separatçırejimini tanımır. Hətta Ermənistan belə Dağlıq Qarabağın tanınmasını nəzərdə tutan qanun qəbul etməyə özündəcəsarət tapmayıb. Lakin buna baxmayaraq, ABŞ, Fransa və digər Qərb ölkələri dolayısı ilə separatçı rejiməmüxtəlif yardımlar göstərirlər. Xankəndidə qeyri-qanuni şəkildə aeroport inşa edilməklə Azərbaycanın havaməkanının təhlükəsizliyinin pozulması faktına göz yumulur. Separatçı rejimə qeyri-qanuni səfərlərin təşkilinəaşkar cəhdlər göstərilir. Belə “ikili standart” yanaşmalara yol verən Qərb dövlətləri digər tərəfdən də RusiyanınGürcüstanın ərazi bütövlüyünü pozmasına, Cənubi Osetiyanı işğal altında saxlamasına guya “etiraz edirlər”.Halbuki həm Azərbaycanın, həm də Gürcüstanın konkret ərazi separatizminə məruz qaldığı, torpaqlarının işğalolunduğu Qərbə aşkar məlumdur. Belə faktları uzatmağa ehtiyac yoxdur – Qərb dövlətlərinin siyasətindəki“ikili standart” yanaşmalar beynəlxalq hüququn güclünün hüququna çevrildiyini bir daha təsdiqləyir.Qarşıdurmada olan bütün dövlətlər bu qaçılmaz reallıqla barışmalı olublar: hər bir münaqişə sonnəticədə danışıqlar masası arxasında, sülh yolu ilə həllini tapmalıdır. Fəqət, bu yanaşmanın özü də şərtidir. Heç260

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!