13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğaldan azad edilməsi barədə BMT-ninTəhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin icra edilməməsi də məhz bu məqamlardan xəbər verir. Görünür,xristian təəssübkeşliyindən tutmuş supergüclərin geosiyasi maraqlarına qədər çeşidli səbəblər bu qətnamələrinicra edilməməsi, Azərbaycanın dünya birliyi tərəfindən hamılıqla tanınmış ərazisinin 20 faizinin işğal altındasaxlanılmasının davam etdirilməsi və bir milyondan artıq soydaşımızın öz doğma yurdlarına qayıtmasına yolverilməməsini şərtləndirir. Belə bir şəraitdə nəinki bir milyondan artıq qaçqın və məcburi köçkün statusundayaşayan soydaşlarımız, habelə bütün azərbaycanlılar və işğal faktının yolverilməzliyini qəbul edən tərəqqipərvərinsanlar beynəlxalq hüququn məhz güclünün hüququ olmasını, BMT-nin isə güclünün mənafelərinə xidmətedən bir təşkilat olduğunu anlayır.Dünyada sülhün və təhlükəsizliyin təminatçısı olan BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-cibəndində təşkilatın əsas vəzifəsi kimi “beynəlxalq sülhü qorumaq və bu məqsədlə təcavüz hərəkətlərinə və yasülhün pozulmasına yönəlmiş digər pozuntulara qarşı təsirli kollektiv tədbirlər həyata keçirmək” nəzərdətutulur.Təcavüz aktının baş verməsilə təcavüzə məruz qalmış dövlət BMT Nizamnaməsinin 39-cu maddəsinəuyğun olaraq, BMT-nin Təhlükəsizlik Şurası qarşısında təcavüzkar dövlətin məsuliyyəti məsələsini qoyur.Təcavüz anlayışının müddəalarının birində göstərilən faktın olması kifayət edir ki, Təhlükəsizlik Şurasıtəcavüzkara qarşı Nizamnamənin VI-VII fəsillərinə uyğun olaraq məcburiyyət tədbirləri görsün.1974-cü il dekabrın 14-də BMT Baş Məclisinin 29-cu sessiyasının 3314 saylı qətnaməsində ilk dəfəolaraq təcavüz anlayışının mahiyyəti və məzmunu açıqlandı və ona beynəlxalq hüquqi qiymət verildi. 8maddədən ibarət olan qətnamədə təcavüzün nədən ibarət olması müəyyənləşdirildi. 1-ci maddədə göstərilir ki,bir dövlət tərəfindən digər dövlətin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı silahlı qüvvətətbiq edilməsi BMT Nizamnaməsinə ziddir və təcavüzkarlıq hesab olunur. 2-ci maddədə deyilir ki, dövlətinBMT Nizamnaməsini pozaraq birinci olaraq silahlı qüvvə tətbiq etməsi təcavüz aktına sübutdur. 3-cü maddədə:a) bir dövlətin silahlı qüvvələrinin digər dövlətin ərazisinə müdaxilə və ya hücum etməsi, yaxud müvəqqətixarakter daşımasından asılı olmayaraq hər hansı bir hərbi işğal və ya müdaxilə nəticəsində ərazinin ilhaqı; b) birdövlətin silahlı qüvvələri tərəfindən digər dövlətin ərazisinin bombardman edilməsi ..;v) bir dövlət tərəfindən və ya onun adından, silahlı qüvvələrin, qeyri-nizami dəstələrin və yamuzdluların göndərilməsi və s. təcavüz aktı kimi qiymətləndirilir.Qətnamənin 5-ci maddəsində göstərilir ki, heç bir siyasi, iqtisadi, hərbi və ya başqa mülahizələrtəcavüzə haqq qazandıra bilməz; təcavüz beynəlxalq sülhə, əmin-amanlığa qarşı cinayətdir və bu cinayətitörədənlər beynəlxalq məsuliyyət daşımalıdırlar; təcavüz nəticəsində ərazi əldə edilməsi və yaxud hər hansımənfəət qazanılması qeyri-qanunidir.Ermənistan tərəfindən qətnamədəki hər hansı bir bəndin, ümumiyyətlə, əksər maddələrin pozulmasıbelə bir nəticəyə gəlməyə imkan verir ki, bu, əsl təcavüz hərəkətləridir. Ermənistanın bu təcavüzkarlığı BMTNizamnaməsində nəzərdə tutulan öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi deyil,Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması – başqa dövlətin ərazi bütövlüyünə vəsiyasi müstəqilliyinə qarşı zor işlədilməsi deməkdir. Bunu belə bir fakt da təsdiq edir ki, Ermənistan parlamentibütün beynəlxalq hüquq normalarını kobudcasına pozaraq hələ 1989-cu ildə Azərbaycan RespublikasınınDağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi, yəni qonşu dövlətin ərazisinin bir hissəsinin işğalolunması haqqında qeyri-qanuni qərar qəbul etmiş və bu qərarın indiyədək ləğv edilməməsi Ermənistanınölkəmizə qarşı dövlət səviyyəsində ərazi iddiasında olmasına sübutdur.Ümumiyyətlə, Ermənistan Respublikası bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMTNizamnaməsinin I və II maddələrində, 1970-ci il 24 oktyabr tarixli beynəlxalq hüququn prinsipləri haqqındabəyannamədə, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalqhüququn əsas prinsiplərini kobudcasına pozmuşdur. Bununla yanaşı, Ermənistan başqa dövlətlərin ərazisindəyaşayan erməni icmalarının hüquqlarını müstəqil xalqların əsas hissəsinin hüquqları ilə qəsdən üz-üzə qoyur vəmüstəqil dövlətlərin ərazi bütövlüyünə münasibətdə erməni etnik qruplarının hüquqlarına əsassız üstünlük verir.Beynəlxalq hüquq normalarının bu cür ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüyü və sərhədlərindəyişdirilməsinin qeyri-mümkünlüyü haqqında 1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün ParisXartiyasına da tamamilə ziddir və qəbuledilməzdir.Buna baxmayaraq, Ermənistan tərəfi ermənilərin öz müqəddəratını təyinetmə hüququnu əsas gətirərəkDağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çalışır. Ancaq ermənilər öz müqəddəratını təyinetməhüququndan hələ XX əsrin əvvəllərində ən yüksək səviyyədə istifadə edərək özlərinin müstəqil dövlətini –Ermənistan Respublikasını yaratmışlar. Dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bəyan etmişdir ki,bugünkü Ermənistan dövləti 1918-ci ildə qurularkən tarixi Azərbaycan torpaqlarında, İrəvan xanlığı vəZəngəzur mahalı ərazilərində yaradılmışdır.258

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!